Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BiologiyaÇiçək, meyvə və toxum

Çiçək şəklini dəyişmiş, böyüməsi məhdudlaşmış qısalmış zoğdur.
Çiçəkdən gələcəkdə meyvə və toxum əmələ gəldiyi üçün onu bitkinin çoxalma orqanı adlandırırıq.
Həm erkəkciklərin həm də dişicikləri olan çiçəklərə ikicinsli çiçəklər, yalnız erkəkciyi və ya dişiciyi olan çiçəklərə isə bircinsli çiçəklər deyilir. Əgər çiçəkdə yalnız erkəkciklər olarsa, buna erkək çiçək yalnız dişicik olarsa , buna dişi çiçək deyilir.
Eyni bitkidə həm erkək , həm də dişi çiçəklər olarsa, belə bitkilərə birevli bitkilər deyilir.
Məsələn, xiyar və qağıdalı gövdələrində dişi və erkək çiçəklər eyni bitkidə yerləşir. Deməli, bunlar birevli bitkilərdir. Çətənə ,qovaq və soyüddə isə erkək və dişi çiçəklər eyni bitkidə deyil, ayrı-ayrı bitkilərdə olur. Ardı »

BiologiyaBiologiya rəqəmlərdə

1.Nt=N0.2n n=t/20
Nt-müəyyən zaman müddətində əmələ gələn yeni bakteriya sayını,N0-başlanğıc bakteriya sayını,n-həm bölünmələrin,həm əmələ gələn nəsil sayını,t-müəyyən zamanı,Nt-N0=bölünməyə məruz qalan bakteriya sayını,2n-bakteriyaların neçə dəfə artdığını göstərir.
2.Lupa əşyanı 2-25 dəfə böyüdür.
3.Lupada 1 böyüdücü şüşə olur.
4.A.V.Levenhukun mikroskopu 270 dəfə böyüdürdü.
5.Müasir işıq mikroskopu əşyanı 3600 dəfə böyüdür.
6.Okulyarda 2 böyüdücü şüşə olur.
7.2 cür kök sistemi var:mil və saçaqlı.
8.Mənşəyinə görə 3 cür(əsas,əlavə və yan)kök var.
9.Növbəli düzülüşdə hər buğumdan 1 yarpaq(tumurcuq)çıxır.
10.Qarşı-qarşıya düzülüşdə hər buğumdan 2 yarpaq(tumurcuq) çıxır.

11.Topalı düzülüşdə hər buğumdan 3 yarpaq(tumurcuq) çıxır.
12.Darı toxumunun cücərməsi üçün onun çəkisindən 4 dəfə az su tələb olunur.
13.Bir yay ərzində quşəppəyi Ardı »

BiologiyaBonsai sənəti

Bonsai, xüsusi texnikalarla ağacların qab içində budanarak
və bodurlaştırarak böyüdülməsi sənətidir.

Yaponca olan bu söz, nimçə ( qab ) mənasını verən " bon " və bitki mənasını verən " sai " sözlərindən götürülmüşdür, saxsıdaki ağac və ya bitki mənasını verər. Bonsai sənəti Yaponiyaya 7-9. əsrlərdə Çindən gəlmişdir. Çində Penjing adı verilən ağac minyatürleştirme sənətinin minlərlə illik tarixi var. Yalnız penjingin bir fərqi vardır. Penjingde bir tək saxsıda bir ağac deyil, məsələn bir neçə miniatür ağacın kölgəsində oturan bir kəndli təsvir edilməkdə idi.

Yetişdirilməsi
Bonsailer miniatür olmalarına baxmayaraq ətrafımızda gördüyümüz ağaclardan heç bir fərqləri yoxdur. Diqqətlə seçilən ağac budaqları, budanarak və maraqla yetiştirilerek miniatür ağac Ardı »

BiologiyaPiltdown Adamı Saxtakarlığı

Həvəskar paleontoloq olan Charles Dawson 1912-ci ildə İngiltərədə Piltdown yaxınlığındakı çuxurda bir çənə və bir kəllə sümüyü tapdığı iddiası ilə ortaya çıxdı. Çənə sümüyü meymun çənəsinə oxşamasına baxmayaraq, dişlər və kəllə sümüyü insanlarınkına oxşayırdı. Bu nümunəyə "Piltdown Adamı" adı verilib, 500 min illik yaş təyin edilərək müxtəlif muzeylərdə insan təkamülünə dəqiq dəlil olaraq nümayiş etdirildi. 40 ildən çox bu barədə elmi məqalələr yazıldı, izahlar verildi və rəsimlər çəkildi, insanın təkamülünə əhəmiyyətli dəlil olaraq təqdim olundu. Ancaq 1949-cu ildə skeleti bir daha araşdıran mütəxəssislər bunun saxta olduğunu, insanın kəllə sümüyünə bir oranqutan çənəsi birləşdirməklə düzəldildiyini aşkar etdilər.

Flor metoduna əsaslanaraq aparılan araşdırmalar kəllə Ardı »

BiologiyaToxumların yuxu dövrü

Yüz illərlə saxladığımız halda, cücərməyən toxumlar nə üçün torpağa atıldıqda cücərir?
Toxumların yuxu dövrünün ilk mərhələsi qurutma ilə başlayır. Toxum, toxumalardan suyu itirərək yuxuya gedir.
Canlı bitki toxumlarında 90-95% su olduğu halda, yuxu dövründə olan toxumların toxumalarında 5% və ya ən çox 15% qədər su olur. Bu proses müəyyən sıralama ilə genetik nəzarət altında baş verir.
Prossesin həyata keçməsində əsas amil abscisic acid adlandırılan hormondur.
Abscisic acid hormon bitkinin böyüməsinə mane olan hormonlardan biridir.
Bu hormona görə toxumda olan funksiyalar zəifləyir. Yuxu dövründə olan toxumun hüceyrələrində tənəffüs xeyli zəifləyir, qidalanma və inkişaf da baş vermir. On illərlə, hətta əsrlərlə yuxu Ardı »

BiologiyaBöyüdücü cihazlar

Bitkinin həyatını daha yaxşı başa düşmək üçün onun orqanları və daxili quruluşu ilə tanış olmaq lazımdır. Çiçəkli bitkilərin orqanlarını (kök , gövdə , yarpaq, çiçək , meyvə və toxum) adi gözlə görmək mümkündür.
Bitkilərin daxili quruluşunu öyrənməkdə bizə lupa (böyüdücü cihaz) kömək edir. Lupa iki tərəfdən qabarıq şüşədən ibarətdir. Lupadan istifadəni asanlaşdırmaq üçün böyüdücü şüşəni yanına dəstək bərkidilmiş çərçivənin içinə salırlar ( 10 ).
Lupadan istifadə edərkən, onun dəstəyindən tutub, baxılan əşyanı yaxşı görünə biləcək məsafəyə qədər yaxınlaşdırmaq lazımdır. Lupa baxılan əşyaları 2-25 dəfəyə qədər boyüdür.
Ən təkmilləşmiş böyüdücü cihaz - mikroskopdur. Mikroskop ilk dəfə XVII əsrdə hazırlanmışdır. 0 zamanlar üçün ən çox təkmilləşdirilmiş Ardı »

BiologiyaBitkilər aləmi

Təbiət və cəmiyyətin inkişafında bitkilərin əhəmiyyəti böyükdür. Onlar daim Günəş enerjisini müxtəlif yanacaq enerjisinə və yüksək kalorili qida maddələrinə çevirir. Bitkilərin insanlara xidməti misilsizdir, bu xidmətdə onların havatəmizləyici rolu, insanların sağlamlığı keşiyində durması xüsusi yer tutur.
Planetin bitki örtüyü zəngin və müxtəlifdir. Dün­yada 560 min bitki növü mövcuddur ki, onların 300 350 mini mədəni bitkilərdir.Bitkilərin əmələ gəlməsi görkəmli alim K.A. Timiryazevin kəşf etdiyi fotosintez prosesinin nəticəsidir. Fotosintez prosesində günəş enerjisinin köməyi ilə atmosfer havasındakı karbon qazı, torpaqdakı su və mineral maddələr yaşıl kütləyə çevrilir. Fotosintez zamanı ilk maddə kimi qlükoza və oksigen qazı alınır.
Yayın isti günlərində yer səthi çoxlu günəş enerjisi alır. Ardı »

BiologiyaNektarsız bitkilər necə döllənirlə

Bəzi bitkilər həşəratları özlərinə çəkmək üçün nektarları olmadığı halda, nektarları olan çiçəklərin rəngində olurlar. Aralıq dənizi iqlimində olan meşələrdə bir yerdə bitən bənövşəyi zəngçiçəyi ilə orxideya növü olan qırmızı sefalanda bitkisi buna gözəl nümunədir.

Bənövşəyi zəngçiçəkləri arılar üçün cəzbedici nektar ifraz edir, qırmızı sefalanda isə bu xüsusiyyətə sahib deyil. Hər baxımdan bir-birindən fərqli olan iki bitkini yarpaq kəsən çöl arıları dölləndirirlər. Yarpaq kəsən arılar zəngçiçəyini dölləndirərkən, qırmızı sefalandanın da döllənməyə ehtiyacı olduğunu bilirlər. Nektarı olmayan bitkini dölləndirən arılar elm adamlarını maraqlandırmış və onlar bunun səbəbini araşdırmışlar.

Bu sualın cavabı spektrofotometr adlandırılan bir alətlə aparılan araşdırma nəticəsində ortaya çıxmışdır. Məlum olmuşdur ki, çiçəklərin Ardı »