Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BiologiyaDünyanın ən qeyri-adi göbələklər növləri

Lactarius indigo



Mycena interrupta





Lycoperdon umbrinum





Xanthoria elegans





Amanita muscaria





Clavaria zollingeri





Aseroe rubra





Rhodotus palmatus





Geastrum saccatum





Polyporus squamosus





Clavulinopsis corallinorosacea





Panellus stipticus





Tremella mesenterica





Boletus





Morchella conica Ardı »

BiologiyaBotanikanın tarixi

Botanika biologiyanın mühüm tərkib hissəsi olub, müstəqil bir elm kimi bitkilərin quruluşunu, təbiətdə yayılmasını, həyat tərzini, çoxalmasını, inkişafını, mənşəyini və s. öyrənir, tədqiq edir.
Botanika elmi öz inkişafına qədim dövrlərdən başlamışdır. Elmin meydana gəlməsi insan cəmiyyətinin bitkilərdən istifadə etməsi ilə əlaqədardır. Təxminən bizim eradan 20 min il əvvəl mağaralarda yaşayan insanlar bitkilərdən qida və dərman kimi istifadə etməyi, faydalılarla zərərliləri fərqləndirməyi bacarmışlar.
Kənd təsərrüfatı ilə məşğul olmağa başlayan insanların bitkilər haqqında bilikləri daha da artmış və onlar elmin inkişafına təkan vermişlər. İnsanların kənd təsərrüfatı bitkilərindən istifadə etməsi eramızdan əvvəl 6000 — 2000-ci illərə təsadüf edir. Qazıntı qalıqlarından məlum olur ki, o dövrdə Ardı »

BiologiyaBitki hüceyrələri

Çiçəkli bitkilərin bütün orqanları hüceyrədən təşkil olunmuşdur. Hüceyrə orqanizmin ən kiçik bioloji vahididir. Onlar ölçülərinə, formalarına görə müxtəlifdir. Pambıq və kətan lifi hüceyrələri uzunsovdur, onların uzunluğu 4 sm-dən artıqdır. Bu hüceyrələri adi gözlə görmək mümkündür.
Bitki hüceyrələri, adətən, çox kİçİkdir. Onları adi gözlə deyil, ancaq böyüdücü cihazlarla görmək olar.
Hüceyrələr kürəvarı, oval, uzunsov, dördkünclü, çoxkünclü, ulduzşəkilli, şaxələnmiş və i.a. formada olur. Biz hüceyrənin quruluşunu soğan dəriciyindən hazırlanmış preparata mikroskopla baxdıqda görə bilərik. Bu hüceyrələr uzunsov olub bir-birinə yaxın və sıx yerləşir. Onlar içərisi selikli maddə ilə dolu xırda qovuqcuğu və ya kisəciyi xatırladır.
Hər bir hüceyrə xaricdən möhkəm qılafla örtülmüşdür. Bəzi yerlərdə qılafın məsamələri Ardı »

BiologiyaGövdə,zoğ,tumurcuq

Gövdə: Bitkinin ən mühüm vegetativ orqanlarından biri gövdədir.Yerləşdiyi mühitdən asılı olmayaraq üzərində normal və ya şəkil dəyişmiş yarpaq və tumurcuqlar yerləşən bitki orqanına gövdə deyilir.Əsas funksiyası bitkilərin digər orqanları arasında əlaqə yaratmaqdır.
Gövdənin yarpaqla örtülü cavan hissəsinə zoğ deyilir.Yarpağın zoğa birləşdiyi yer buğum , zoğun iki qonşu buğumu arasındakı hissəsi isə buğumarası adlanır.
zoğ,bitki zoğunun quruluşu

Tumurcuqlar:
Tumurcuqlar gövdənin özərində tutduqları mövqeyə görə iki qrupa bölünür: Təpə tumurcuqları və yan tumurcuqlar.
Istər təpə tumurcuqları , istərsə də yan tumurcuqlar yarpaq qoltuğunda yerləşdiyi üçün qoltuq tumurcuqları adlanır.Bu tumurcuqlar böyüyərək gövdənin yuxarı və yanlara doğru boy atmasını təmin edir. Bəzən bu tumurcuqlara , bir və Ardı »

BiologiyaBirləpəlilər və ikiləpəlilər sinfi

Birləpəlilər sinfi:
Zanbaq fəsiləsi:

Çiçək formulu:

K0 L3+3E6 D1.

Meyvələri qutucuq və giləmeyvədir.Kökümsov və ya soğanaqlı gövdəyə sahibdirlər. Çiçək zoğlarında çiçəklər tək-tək, yaxud dəstələrlə yerləşir. Aid olduğu bitkilər: zanbaq,inciçiçəyi, dağ laləsi və s.

Taxıllar fəsiləsi:



Çiçək formulu:

Ç2+2 E3 D1

Meyvələri dən meyvədir. Çiçəkləri əsasən mürəkkəb sünbül, süpürgə və salxım çiçək qrupuna toplanır. Taxılların əksəriyyəti birillik. yaxud çoxillik otlardır. Gövdələri interkalyar böyüyür. Bir çox növləri qamış,qarğı, çayır və ayrıq otunda olduğu kimi kökümsovlüdür. Aid olduğu bitkilər: buğda , çovdar, çəltik, vələmir, pişikquyruğu, darı və s.



İkiləpəlilər sinfi

Xaççiçəklilər fəsiləsi:

Çiçək formulu:

K4 L4 E4+2 D1 (2).

Meyvələri buynuz, buynuzcuq və fındıqca meyvədir. Salxım çiçək qrupu sarı və Ardı »

BiologiyaZoologiyaya aid 100 məlumat,termin və qayda

1.Cücüləri öyrənən elm entomologiya adlanır.
2.Məməliləri öyrənən elm teriologiya adlanır.
3.Heyvanların quruluş xüsusiyyətlərini öyrənən elm morfologiya adlanır.
4.Heyvanların yayılmasını öyrənən elm zoocoğrafiya adlanır.
5.Heyvanların davranışını öyrənən elm etologiya adlanır.
6.İlk dəfə sistematikanın prinsiplərini qeyd edərək onları 6 sinfə bölən,növ haqqında təlim yaradan,müasir sistematikanın əsasını qoyaraq insanı zooloji növ kimi göstərən alim Karl Linney olmuşdur.
7.İbtidai onurğasızları öyrənən,heyvanların 14 sinfini qeyd edən,heyvanları onurğasızlar və onurğalılara bölən,təbiətin tarixi inkişafı-təkamül təliminin banisi,ilk dəfə insanın insanabənzər meymundan əmələ gəlməsi hipotezini irəli sürən alim Jan Batist Lamark olmuşdur.
8.Təkamül təlimi nəzəriyyəsini şərh edən,təbii seçmə anlayışını elmə gətirən alim Çarlz Darvin olmuşdur.
9.Ən böyük aralıq vahid(sistem vahidlərindən əlavə vahid) imperiyadır.(canlılar imperiyası)
10.İbtidailəri ilk dəfə Ardı »

BiologiyaBiologiya = bios+loqos

Biologiya (yunanca «bios» — həyat, «loqos» — elm) həyat, onun forma və qanunauyğunluqları haqqında elmdir. Bu termini elmə ilk dəfə 1802-ci ildə fransız alimi J.B. Lamark və alman təbiətşünası Q.R. Treviranus bir-birindən xəbərsiz daxil etmişlər. Biologiya elmi canlılara məxsus bütün xüsusiyyətləri daşıyan orqanizmləri öyrənir.
Biologiya canlı təbiət, nəsli kəsilmiş və hazırda yaşayan canlı varlıqların quruluşunu, funksiyasını, əmələ gəlməsi, yayılması, çoxalması və inkişafını, orqanizmlərlə cansız təbiət arasında mövcud olan qarşılıqlı əlaqəni öyrənir. Bütün canlı orqanizmlər bir-birindən fərdi xüsusiyyətlərinə görə fərqlənir. Lakin onları birləşdirən yeganə xassə həyatdır.
Həyat nədir? Bu çox mürəkkəb anlayışdır. Sadə formada həyata belə tərif vermək olar: həyat materiyanın bioloji hərəkət Ardı »

BiologiyaAzərbaycanda fiziologiyanın tarixi

Dünyada qədimdən başlayaraq tarixin ayrı-ayrı inkişaf dövrlərində, tələbat və şəraitdən asılı olaraq, fizioloji fikirlər öz həqiqi inkişaf yolunu tapa bilmişdir. Azərbaycanda da fizioloji fikirlərin meydana gəlməsi və inkişafı müəyyən mərhələ keçmişdir.
Bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da fiziologiya elmi ancaq XX əsrin birinci yarısından inkişafa başlamışdır.
Bakıda universitet təsis olmamışdan qabaq, azərbaycanlılardan fiziologiya sahəsi ilə maraqlananlar və bu elmə dair tədqiqat işi aparanlar olmuşdur. Belələrinə Mirzə Məhəmməd Təbrizini (1805 - 1885), İ. İbrahimovu, H.Zərdabini (1837 - 1907) və Ə.Hüseynzadəni misal göstərmək olar.
İ. İbrahimov Xarkov universitetinin rus fizioloqu və bioloqlarından V.İ. Danilevskinin (1832 - 1939) laboratoriyasında elektro-fiziologiya sahəsinə dair elmitədqiqat işi aparmışdır. Onun Ardı »