Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BiologiyaZoologiyanın bölmələri

Hazırda zoologiya vahid bir elm deyildir. Bu sistemə daxil olan elm sahələri heyvanat aləmini ayrı-ayrı nöqteyi-nəzərdən öyrənir. Nisbi olaraq və öyrənmək məqsədilə həmin elm sahələrini iki qrupa bölmək olar: heyvanat aləminin ümumi məsələlərindən bəhs edən elmlər və ayrı-ayrı qrup heyvanlardan bəhs edən elmlər. Ümumi məsələlərdən bəhs edən aşağıdakı elm sahələrini göstərmək olar:
Morfologiya. Morfologiya yunan sözü olub, morfe — forma, loqos — elm deməkdir. Morfologiya şərait və mənşəyi ilə əlaqədar olaraq heyvanların quruluşunu öyrənən elmdir.
Embriologiya. Heyvanların rüşeym inkişafı və onun inkişaf qanunauyğunluqlarını öyrənir. K.F. Volf (1759), L. Treler və K.M. Berin erkən Ardı »

BiologiyaDarvinizm

Çarlz Darvinin baxışlarına əsaslanan, Yer kürəsində üzvi aləmin materialist təkamülü (tarixi inkişafı) nəzəriyyəsi. "Biql" gəmisində 5 illik (1831-1836) dünya səyahətindəki müşahidələr, dövrün bioloji və seleksiya təcrübəsi nailiyyətlərinin ümumiləşdirilməsi təkamül nəzəriyyəsinin yaradılması üçün Ç. Darvinə əsas verdi. Ç. Darvin 1837-ci ildə təkamül nəzəriyyəsini işləməyə başalmış lakin onu ilk dəfə 1858-ci ildə Londonda, Linney cəmiyyətinin iclasında təbbi seçmə nəzəriyyəsinin əsas müddəalarına dair məruzəsində təqdim etmişdir. Həmin içlasda çıxış edən A. Uollesin baxışları Ç. Darvinin baxışları ilə üst-üstə düşmüşdü. Lakin A. Uolles etiraf etdi ki,Darvin təkamül nəzəriyyəsini ondan əvvəl daha dolğun və dərin işləmişdir. O, 1889-cu ildə çap etdirdiyi kitabını da "Darvinizm" adlandırmışdır. Darvinizm Ardı »

BiologiyaDünyanın ən qəribə 10 meyvəsi

Rambutan — Məxluq görünüşlü bu meyvə dünyada yalnız tropik iqlimı sahib bölgələrdə yetişir. Olduqca şirin və ləzzətli olan rambutan xarici qabığı qızardığında yeməyə hazır vəziyyətə gəlir.



Durian - Köhnəlmiş corabı xatırladan qoxusuyla dünyanın ən çox iy verən meyvəsi olaraq bilinən durian 3 kiloqrama qədər böyüyə bilir. Meyvənin xarici qabığındakı buynuzvari kiçik çıxıntılar ilk baxışda diqqəti cəlb edir. Damaq dadınıza görə meyvənin xəstəsi olmanız və ya xoşlamamanız mümkün.



Budhanın Əli Meyvesi - Budhanın əli limonu və ya barmaqlı ağac qovunu olaraq da bilinən bu sarı rəngli bu qəribə meyvə xoş qoxusu ilə diqqət çəkir və Asiya qitəsində yetişir. Bu meyvə salatlarda, o cümlədən balıq Ardı »

BiologiyaXXI əsrin əvvəlində biologiya

Müasir təsnifatda heyvanları tip, sinif, dəstə, fəsilə, cins, növ kateqoriyalarına uyğun təsnifləşdirirlər. Bu qruplar da öz növbəsində daha kiçik qruplara ayrıla bilər. Müasir təsnifatda heyvanlar aləmi 24 tipdə cəmləşir.
Hazırda dünyada mövcud olan canlıları hüceyrəsiz varlıqlara (viruslar), birhüceyrəlilərə və çoxhüceyrəlilərə bölürlər.
Elmin tədqiq etdiyi canlılar aləmi çox müxtəlif və rəngarəngdir. Belə ki, Yer üzərində 500 minə yaxın bitki, 2 milyondan çox heyvan, yüz minlərlə göbələk, bakteriya növü qeydə alınmışdır. Canlı və cansız təbiət bir-biri ilə sıx bağlıdır. Onların bir sıra ümumi və xüsusi əlamətləri vardır.

Həm canlılar, həm də cansızlar kimyəvi tərkibcə yaxın olub, eyni kimyəvi elementlərdən təşkil olunmuşlar. Lakin canlılarda bunlardan əsasən 4 Ardı »

BiologiyaTəkamül nəzəriyyəsi

Təkamül nəzəriyyəsi - Yer kürəsinin biosferasının, onu ayrı-ayrı növlərinin tarixi inkişafını iddia edən ideya və konsepsiyaların cəmindən ibarətdir. Birinci təkamül ideyaları antik dövrdən irəli sürülürdü, ancaq Çarlz Darvinin əsərləri təkamülü biologiyanın əsas konsepsiyası edir. Baxmayaq ki, vahid və ümumi qəbul olunmuş bioloji təkamül nəzərəriyyəsi indiyə qədər yaradılmayıb, təkamülü təsdiq edən coxlu sayda elmi dəlilər və nəzəriyyələr mövcud oldugu üçün təkamül faktı elmi ictimaiyyətdə şübhə dogurmur.

Kimyəvi təkamül
Qeyri canlı materialların təşəkkülü nəticəsi kimi sadə canlı sistemin yaranması haqqındakı təsəvvürlər ancaq son zamanlar zənginləşdi. Bu təsəvvür yolunda əhəmiyyətli şaxə 1953 –cü ildə ilk dəfə əsas bioloji molekulların ən sadə kimyəvi reaksiyalar nəticəsində yaranması mümkünlüyünü Ardı »

BiologiyaTəbiət elmlərinin tarixi

Qədim natur-fəlsəfədə təbiət haqqında fikirlərə rast gəlinir. Onlar təbiət elmlərinin bünövrəsi olmuşdur. Təbiət elmləri əvvəllər təbiəti seyr etməklə, yəni müşahidə metodu ilə öyrənilirdi. Təbiəti öyrənməyin müasir metodları yarandıqdan sonra təbiət elmləri, o cümlədən biologiya elmi sürətlə inkişafa başladı.
N.Kopernikin dünyanın heliosentrik sistemi haqqında ilk təlimi təbiət elmlərinin inkişafında inqilab yaratdı. XVI - XVIII əsrlərdə təbiətin sirlərinin öyrənilməsi ilə bağlı çoxlu faktik materiallar toplandı. XIX əsrdə enerjinin saxlanması və itməməsi qanunu, canlı orqanizmlərin hüceyrə quruluşu nəzəriyyəsi,
Ç.Darvinin təkamül təlimi təbiət elmlərinin inkişafında əsaslı dönüş yaratdı. Bütün bunlar biologiya elminin inkişafına müsbət təsir göstərdi.elm inkişaf edir
Kimya elmində Ardı »

BiologiyaÇoxalmanın tipləri

Hüceyrə və onun struktur elementləri orqanizmlərin çoxalmasının maddi əsasınıtəşkil edir. Buna görə də həyatın mabədi təmin edilmiş olur. Çoxalma - hər hansı növ bitkinin və heyvanın vacib yaşayış şəraitidir. Orqanizmlər iki əsas çoxalma tipinə mənsubdur. Qeyri - cinsi və cinsi çoxalma.
Qeyri cinsi çoxalma zamanı bir valideyn fərdindən spor əmələ gətirmə vəvegetativ yolla nəsil əmələ gətirməyi başa düşülür. Birinci halda yeni orqanizm birhüceyrəlidən yaranma ilə - sporlarla inkişaf edir. Bu qayda ilə göbələklər, ayı döşəyikimilər və s. çoxalırlar.
Vegetativ yolla çoxalma zamanı yeni bitkilər ata fərddən ayrılmış bədənhissəsindən, kökdən, gövdədən yaxud digər vegetativ orqandan əmələ gəlirlər. Çoxillik otlar - kökləri ilə, Ardı »

BiologiyaHüceyrənin mitotik sikli

Hüceyrə bölünmə yolu ilə çoxalır. Təkamül prosesində əlamət və xassələrinnəslə ötürülməsində üç əsas mexanizm meydana gəlmişdir. I. Mitoz. II. Meyoz və III.Mayalanma Mitoz - yaxud hüceyrələrin qeyri müntəzəm bölünməsi (yunanca - mitoz- teldeməkdir). Bu fasiləsiz prosesdir, bunun nəticəsində əvvəlcə ikiləşmə, sonra isəyenidən əmələ gəlmiş iki hüceyrələr arasında, xromosomlarda olan irsi materialınbərabər bölünməsi baş verir. Onun bioloji əhəmiyyəti bundan ibarətdir. Nüvəninbölünməsi özlüyündə bütün hüceyrənin bölünməsi deməkdir. Bu proses sitogenezadlanır. (yunanca - sitoz - hüceyrə deməkdir). Mitoz zamanı hüceyrə beş faza keçirir. İnterfaza - hazırlıq mərhələsidir; profaza, metafaza, anafaza və telofaza.İnterfaza. İki mitoz arasında vəziyyət interfaza yaxud intergenez adlanır. Burdamitoza hazırlıq gedir. Hüceyrənin Ardı »