Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BiologiyaArılar haqqında bilmədiyimiz 15 maraqlı fakt

Dünyada 16,000-dən çox arı növü mövcuddur. Bunların çoxu sürü halında yaşamayan arılardır. Yalnız yüzdə beş arı növü qrup halıda yaşayır. Ən geniş yayılmış arı növü bal arısıdır.
80,000 qədər arı bir qovanda koloniya halında yaşaya bilir.
Erkək bal arıları yalnız kraliça arı ilə cütləşmək üçün yaşayır. Əgər qovanda yemək çatışmamazlığı varsa işçi arılar tərəfindən qovandan qovulurlar. Xortumları çiçəkdən nektar toplamaq üçün kifayyət qədər uzun olmayan bu arılar qidalana bilmədikləri üçün tələf olurlar.
Erkək bal arıları çoxalma zamanı gövdələrinin alt hissəsi zədələndiyi üçün ölərlər.
Kraliça bal arısı bir deyil bir neçə erkək bal arısı ilə çütləşər. Bir çox fərqli arıdan 70 milyon sperma yığana qədər bu Ardı »

BiologiyaQamçılılar sinfi. Yaşıl evqlena və volvoks

Qamçılılır sinfi. Qamçılılar sinfinin nümayəndələri bir və ya bir neçə qamçıya malikdir. Bəzi nümayəndələrində eyni zamanda həm qamçı, həm də yalançı ayaqlar olur. Xüsusi bədən örtüyünə malik olduqları üçün əksəriyyəti nisbi sabit bədən formasına malikdirlər. Əksəriyyəti heterotrof, bəziləri isə avtotrof yolla qidalanırlar. Əksəriyyəti sərbəst yaşayır, digərləri isə parazitdirlər.
Yaşıl evqlena və volvoks. Çirklənmiş şirin sulu gölməçələrdə yaşayan yaşıl evqlenin bədəninin uzunluğu 0,05 mm-ə qədərdir (şəkil 8). Yaşıl evqlen işıqda yaşıl bitkilər kimi avtotrof yolla qidalanaraq qeyri-üzvi maddələrdən üzvi maddələr sintez edirlər. Şəkil 8. Yaşıl evqlenanın quruluşu
Uzun müddət qaranlıqda qaldıqda evqlenin bədənindəki xloroplastlar rəngsizləşir və o əksər heyvan orqanizmləri kimi hazır üzvi maddələrlə Ardı »

BiologiyaSevimli güllər haqqında

Qızılgül - dekorativ çiçək becərmədə gülçiçəklilər fəsiləsinin itburnu cinsinə aid mədəni bitki növlərinin qəbul olunmuş adı. Qızılgülün kök sistemi milvarıdır və torpağın 5 mdərinliyinə kimi işləyir. Çox gövdəli olmaqla, budaqlıdır. 1,5-2 mhündürlükdə koldur, yaşıl və ya qırmızı-yaşıl tikanlı gövdəsi vardır. Yarpaqları gövdə üzərində növbə ilə yerləşir. İri kolunda 800-1000 ədəd çiçək əmələ gəlməklə, çiçəyində 60-120 ləçək olur. Ətraf mühitdən asılı olaraq,efiryağlı qızılgül 30-50 il ömür sürür. Bu dövrdə bitkinin budaqları tez-tez dəyişir. Qızılgüldə iki tip çoxillik budaqlar: Əsas və ya anac və boyu tükənən budaqlar mövcuddur. Beş tip birillik zoğları (boy-verən, vaxtsız çıxan, yağlı, generativ və silleptik) vardır. Əsas və ya Ardı »

BiologiyaAnatomiya

İnsanın biologiyası iki bölməyə ayrılır: morfologiya və fiziologiya.
Morfologiya orqanizmin formasından, daxili quruluşundan - strukturasından bəhs edən elmə deyilir. Fiziologiya üzvlərin vəzifələrindən bəhs edən elmdir. Forma və vəzifə bir-birilə sıx rabitədədir, bir-birini tamamlayır. Forma vəzifəyə təsir etdiyi kimi vəzifə də formaya təsir edir ki, onlar daim bir-biri ilə qarşılıqlı əlaqədə olur.
Anatomiya morfoloji elmdir və tədqiqetmə metoduna görə iki şöbəyə ayrılmışdır: makroskopik və mikroskopik anatomiya. Makroskopik anatomiya orqanizmi cihazsız, göz ilə yaxud bəzən az dərəcədə böyüdücü optik alətlərlə öyrənir. Mikroskopik anatomiya mikroskop vasitəsi ilə orqanizmin incə quruluşunu tədqiq edir. Bu elm öz növbəsində bir neçə şöbəyə ayrılır: 1) sitologiya - hüceyrələrdən, 2) histologiya Ardı »

BiologiyaKlonlaşdırma

Klon - yunan sözü olub, «budaq», «gövdə» mənalarını verir və hər şeydən əvvəl vegetativ çoxalmanı nəzərdə tutur. 4 min ildən çoxdur ki, kənd təsərrüfatında qələm vasitəsilə klonlaşdırma edilir. Bitkilər toxumlama zamanı, zoğ təbəqələşməsində toxumalar totipotent (istənilən toxumanın yaranmasını təmin edə bilən) xüsusiyyətlərini itirmirlər. Yəni nüvədəki bütün genetik informasiyanı realizə etmək bacarığını qoruyurlar. Buna görə də, demək olar ki, istənilən bitki toxumu təbəqələşmə zamanı yeni orqanizmə başlanğıc verə bilər. Bitki toxumalarının bu xüsusiyyəti bir çox genetika və seleksiya metodlarının əsasını təşkil edir.

Klonlaşdrmanın tarixi
Ötən əsrin 70-ci illərinin sonunda alimlər suda-quruda yaşayan canlılar üzərində apardıqları təcrübələri məməlilərə (siçan, qoyun) tətbiq etdilər. 80-ci illərdə isə Ardı »

BiologiyaDracula simia- Meymun səhləbi

Dracula simia, çox nadir çiçək. İkinci adı — meymun səhləbi. Məsələ ondadır ki, qönçəni ortasında həqiqətən də meymunun sifətinə bənzəyir. Yeri gəlmişkən, gül yalnız dağ rayonlarında Ekvador, Kolumbiya və Peru üzərində dəniz səviyyəsindən 2000 metrdən 1000 metrədək yüksəklikdə artır. Kolleksiyaçılar deyirlər ki, meymun səhləbi yetişmiş portağalın iyi gəlir. Ardı »

Biologiya"Kalaniya Orxideya"

Yaşıl qitədə təxminən 2sm. ölçüdə, formasına görə ördəyi xatırladan qeyri-adi görünüşlü səhləb çiçəyi «Kalaniya Orxideya» mövcuddur. Təbiət əbəs yerə heç nə etmir və burda da özünün bir izahı var.

İnsan üçün bəlli olan səhləb çiçəyinin bu növü formaca ördəyi xatırladır. Çiçəyi yuxarı hissəsi dişinin xatırladır və bu erkəkləri cəlb edir. Yox, orxideya onları yemir. Sadəcə olaraq, o çiçək tozcuğu transportyor kimi, tozlanma üçün erkəklərdən istifadə edir. Erkək bir müddət çiçəyin tələsinə düşür və birmənalı şəkildə tozcuqla örtülür. Ardı »

BiologiyaMeyoz cinsi bölünmə kimi

Qametogenez prosesində xromosom sayının iki dəfə azalmasına meyoz və yareduksion bölünmə deyilir. Cinsi yol ilə çoxalan bütün orqanizmləri cinsi hüceyrələr, yaxud qametlər əmələgətirir. Cinsi hüceyrələrin əmələ gəlmə prosesinə qametogenez deyilir. Qametlərin əmələ gəlməsində hüceyrə nüvəsinin bölünməsinin xüsusi halımeyoz əsas sələf hesab olunur. Meyoz yunanca- meyozis- azalma deməkdir. Meyoz,mitozdan kəskin surətdə fərqlənir.Meyozun bioloji mahiyyətini başa düşmək üçün bilmək lazımdır ki, bütün örtülütoxumlu bitkilərin inkişaf sikli iki fazadan diploid, yaxud sporofit fazaları və haploid,yaxud qametofit fazası cinsi hüceyrələrin əmələ gəlməsinə qədər bütün dövrü əhatəedir. Haploid faza isə qametin fəaliyyəti ilə əlaqədardır. Diploid fazası hüceyrəninnüvəsində xromosom haploiddə olduğundan iki dəfə çox olur.
Meyozun bölünməsi

Meyozun biolojo Ardı »