Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BiologiyaSporlular tipi. Malyariya paraziti

Sporlular tipinin bütün nümayəndələri parazitdirlər. Əksər növlərdə qeyri-cinsi çoxalma, cinsi çoxalma və spor əmələgətirmə növbələşir. Çoxlu sayda nümayəndələri insanda və heyvanda ağır xəstəliklərin törədiciləridir. Parazit həyat tərzi ilə əlaqədar olaraq quruluş xüsusiyyətləri sadələşmişdir. Bu tip iki sinfi özündə birləşdirir: koksidikimilər və qreqarinlər.
Koksidikimilər sinfi. Bu sinfin nümayəndələri hüceyrədaxili parazitlərdir. Qeyri-cinsi çoxalması çoxlu sayda bölünmə (sizoqoniya) formasında baş verir. Sinfin tipik nümayəndəsi malyariya parazitidir. Bu parazitin cinsi çoxalması anofeles cinsindən olan dişi ağcaqanadın bədənində, qeyri-cinsi çoxalması isə insan orqanizmində baş verir. Malyariya paraziti ilə yoluxmuş ağcaqanad insanın qanını sorarkən parazitin sporozoiti insanın qanına düşür. Sporozoitlər (şəkil 12) qan dövranı ilə bədənə yayılır və Ardı »

BiologiyaYarpaq və yarpağın quruluşu

Bitkinin ən mühüm orqanı yarpaqdır.Heç bir bitki orqanı, yarpaq qədər çox vəzifə daşımır.
Yarpaq, aya və saplaqdan ibarətdir. Yarpağın ayası müxtəlif bitkilərdə müxtəlif şəkildə olur. Yarpağın ikinci hissəsi olan saplaq, yarpaq ayasını zoğa birləşdirir. Saplaq yarpaq ayasını günəş şüalarına doğru yönəldir. Sapalaqsız yarpağa oturaq yarpaq deyilir.
Yarpaq ayaları bir-birindən formalarına və kənarlarına görə də fərqlənir.
Yarpağın fizioloji vəzifələri

Yarpaqda fizioloji prosesləri yerinə yetirən hüceyrələr

Yarpaqda fizoloji prosesləri yerinə yetirən orqanoidlər

Fotosintez

Ağızcıq hüceyrələri Süngər parexim ya sütunvari parexim hüceyrələri

Xloroplast

Tənəffüz

Yarpağın bütün toxuma hüceyrələri

Mitoxondri

Transpirasiya
Ağızcıq hüceyrələri

Quttasiya

Daha iri ağızcıq hüceyrələri (hidatod)



Yarpağın fizioloji vəzifələri

Proses zamanı sərf olunan maddələr

Proses zamanı əmələ gələn maddələr

Fotosintez

CO2 , H2O

CO2 , H2O

Tənəffüz

C6 H12O6 , O2

C6 H12O6 Ardı »

BiologiyaEkologiya

Ekologiya (yunanca «ekos», «okos» yaşayış yeri, vətən, mənzil, «loqos» elm deməkdir) təbiət elmlərinin ən öncül, xüsusi əhəmiyyətə malik sahəsi olub orqanizmlərin bir-biri və xarici mühit amilləri ilə qarşılıqlı əlaqələrini, onların yaşayış tərzində, inkişafında, çoxalmasında həmin amillərin rolunu, təbiətin (hava, su, torpaq, heyvan və bitki aləmi, faydalı qazıntılar və s.) mühafizəsini, təbii sərvətlərdən istifadə olunmasının qanunauyğunluqlarını, ekosistemləri, onların əlaqəsini, təbiətin dialektikasını öyrədir.
«Ekologiya» sözünü ilk dəfə D.Q. Toro (1858) işlətmişdir. Lakin ekologiyanın tərifini 1866-cı ildə alman bioloqu professor Ernest Hekkel vermişdir. Bu elmin tarixi çox qədim olmaqla onun haqqında hələ antik dövrün mütəfəkkiri sayılan Heraklit, Demokrit, Epikur, Aristotel, Platon, Empedokl, Teofrast və başqalarının Ardı »

BiologiyaNüvənin quruluşu və kimyəvi tərkibi

Nüvə hüceyrənin əsas hissəsi olub irsiyyətdə çox mühüm rol oynayır. 1831-ciildə Robert Braun tərəfindən öyrənilmişdir. Nüvə çox zaman yumru və ya ellipsvarıformada olub, özünün membranı ilə sitoplazmadan ayrılır. Adi işıq mikroskopundanüvə hüceyrə bölünmədiyi dövrdə eyni cinsli bir kütlə kimi görünür. Hətta onuniçərisində bir və ya bir neçə yumru cisimciklər-nüvəciklərdə müşahidə olunur.Nüvənin daxili boşluğunda olan şirəyə karioplazma deyilir. Nüvənin kimyəvitərkibi əsasən zülallardan 70-90% DNT və RNT-dən ibarətdir. Nüvəcikdə az miqdarDNT, lakin çoxlu miqdarda RNT və zülal vardır. Nüvəcikdə ribosom RNT-si sintezivə ribosomların formalaşması baş verir.
Hüceyrədə nüvə və nüvəciyin görünüşü
Ribosomlar endoplozmatik şəbəkənin üstmembranında sintez olunur. İki xırda zülal elementinin yəni subvahidciklərin birləşməsinə bir Ardı »

BiologiyaÇarlz Darvini təkamül nəzəriyyəsi haqqında

Çarlz Darvinin (Charles Darwin) 1859-cu ildə işıq üzü görmüş “Növlərin mənşəyi” adlı kitabı ilə gündəmə gələn təbii seçməyə əsaslanan Təkamül nəzəriyyəsi elə o vaxtdan bu günə qədər müzakirə predmetinə çevrilmişdir. Bu nəzəriyyə dünyadakı həyatın təsadüf nəticəsində meydana gəldiyini və bütün canlıların ortaq bir canlıdan törədiyini irəli sürür. Nəzəriyyəyə görə insan nəslinə ən yaxın canlılar meymunlardır.

Təkamülü müdafiə edən nisbətən insaflı alimlər bunun bir nəzəriyyə olduğunu etiraf etsələr də, nəzəriyyə insanlara elmi həqiqət kimi təqdim edilmişdir. Halbuki bunun yanlış olduğunu göstərən və gündən-günə çoxalan elmi dəlillər var. Bu yaxınlarda isə insanlarla meymunların genetik oxşarlığı iddiasının da yanlış olduğu isbat edildi. Məşhur “Nature” jurnalının Ardı »

BiologiyaGöbələklər

Göbələk lat. Fungi - təbiətin canlı amilləri sırasına daxil olan bir canlıdır. Bu canlı əbiətin hər cür şəraitində yaşamağa uyğunlaşmışdır. Onu torpağda , ağacın oduncağı və yarpağı üzərində, çürümüş ərzağın, çörəyin , ölmüş heyvanın və hətta insanın və heyvanın bədənində tapmaq mümkündür. Göbələkləri öyrənən elm mikologiya adlanır.
Fərqli mühitlərdə göbələklərin funksiyası müxtəlif olsa da, onları birləşdirən bir neçə amil var:

* Göbələklərin əksəriyyəti kök, gövdə və papaqcıqdan ibarətdir.
* Onların hamısı sporla çoxalır.
* Papağın alt hissəsində sporangilər yerləşir.
* Göbələklər çox vaxt tumucuqlanma yolu ilə çoxalır.
* Göbələklərin ömrü çox deyil.
* Göbələk kölgəsevən canlılardır.

Göbələklər torpaqda, xüsusən də onun ölü bitki qalıqları (meşə döşənəyi, töküntülər və s.) Ardı »

BiologiyaBiologiya rəqəmlərdə-1

1. Lupa əşyanı 2-25 dəfə böyüdür.
2. Lupada 1 böyüdücü şüşə olur.
3. Levenhukun mikroskopu 270 dəfə böyüdürdü.
4. Müasir işıq mikroskopu əşyanı 3600 dəfə böyüdür.
5. Okulyarda 2 böyüdücü şüşə olur.
6. Palıd ağacının ömrü 1000 ildir.
7. Alma bitkisinin kökü 3-4 m dərinliyə, 15 m yanlara yayılır.
8. Kökün əmici tellərinin uzunluğu 10 mm-dən çox olmur.
9. Dəvətikanı bitkisinin kökü 15 m dərinliyə gedir.
10. 2 cür kök sitemi var: mil və saçaqlı.

11. Ardı »

BiologiyaZoologiya

Zoologiya heyvanat aləmini öyrənən elmdir. Zoologiya yunan sözü olub, zoon — heyvan, loqos — elm deməkdir. Geniş mənada isə zoologiya heyvanat aləminin müxtəlifliyini, heyvanların quruluşunu və həyat proseslərini, onların inkişafını, həyat tərzini, yayılmasını, xarici mühitin müxtəlif amillərdən asılılığını, heyvanat aləminin tarixi inkişaf qanunauyğunluqlarını öyrənən elmdir.
Heyvanat aləmi təbiətin maraqlı, insanları özünə aludə edən cazibədar bir hissəsidir. İnsanlar onlardan maddi nemətlər istehsal etməklə yanaşı, həm də onlardan mənəvi zövq alırlar. Məhz buna görədir ki, insanlar yarandıqları ilk dövrlərdən heyvanlarla maraqlanmış və onlara sıx bağlanmışlar. Onlar heyvanları vəsf etmiş, onların şəklini ağac, daş üzərinə həkk etmiş, sonradan büstlərini qoymuş, müqəvvalarını düzəltmişlər. Get-gedə insanlar faydalı Ardı »