Ginekoloq Meslehetleri → Hamiləlik zamanı dəridə olan problemlər
Hamiləlik zamanı qadının bütün orqanizmi müxtəlif dəyişikliklərə uğrayır. Dəri də burada istisna deyil.
Hamiləliyin, demək olar, ilkin müddətlərində qadının dərisində piqmentasiya artır. Bunun da nəticəsində qadının üzündə və boyun hissəsində müxtəlif ölçülü və formalı piqment ləkələri əmələ gəlir. Əsasən belə ləkələr qadının alnında, burnunda, dodağın altında olur. Həkimlərin müşahidələrinə əsasən, belə piqment ləkələri hamilə qadınların 90%-ndə əmələ gəlir.
Qarabuğdayı qadınlarda belə piqmentasiya daha tez-tez hallarda olur. Bu ləkələrdən qorxmaq, utanmaq və xüsusilə də onlarla mübarizə aparmaq lazım deyil. Uşaq dünyaya gəldikdən sonra piqment ləkələri tez bir zamanda yox olacaq.
Hamiləlik zamanı piqmentasiyanın əmələ gəlməsini minimuma çatdırmaq üçün üzünüzü gün şüalanmadan qoruyun, yay günlərində evdən Ardı »