Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ginekoloq MeslehetleriBedenimizdeki qanin miqdari

Bedenimizdeki qanin miqdari

+

Vücudumuzdakı qan miqdarı, böyüklüyümüzden asılıdır. Meselen, 40 kilo ağırlığındakı bir uşağın qan miqdarı teqriben 2.5 litrdir. Eger onun atası 80 kiloqramdırsa, qan midarı onun iki mislidir, yeni 5 litrdir. Bir aylıq körpede texminen 300 qram qan olur.
Hündür yerlerde daha az oksigen var. Düzdü hava temizdir, ancaq sıxlığı az olduğuna göre oksigen miqdarı da azalır. Kifayet qeder oksigen ala bilmek üçün daha çox qana ehtiyacımız var. Göresen, deniz seviyyesinden çox yüksekde yaşayanlarda qan miqdarı çoxdurmu?
Beli, kifayet qeder çoxdur.
Vücud makinamızda, yaşadığımız yere göre, ehtiyacımız olan qeder qan miqdarı mövcuddur.
Ardı »

Ginekoloq MeslehetleriAna mənə necə qıydın? — ABORT...

Abort… abort çoxlarımız üçün adi səslənən bir söz. Abort… Bu sözü bilməyən bir kəs varmı?
Çoxumuz onunla daha yaxından tanışıq. Ətrafımızda yaxınlarımız, bizə doğma olan insanlar, qonşular – bütün dünyada milyonlarla qadın aborta məruz qalır. Kimsə özü bu yolu keçməli olub, kimsə də bunu başqasına məsləhət görüb.
“Abort – hamiləliyin istənilən mərhələsində onun dayandırılmasıdır”. Bu quru, adi tibbi terminin arxasında daha qorxulu, dəhşətli səslənən – “uşaq qətli” durur.
memorial-for-unborn-childrenAbort mahiyyət etibarı ilə insana qarşı (Allahın kainatı məhz onun üçün yaratdığı halda) yönəlmiş ən dəhşətli cinayətdir. Özü də özünü müdafiə etməyi bacaran yetkin insana qarşı yox, əksinə müdafiəsiz, kiçik insana qarşı yönəlmiş cinayət. Bəs kim Ardı »

Ginekoloq MeslehetleriDırnaq yeyənlərin diqqətinə

+
Psixiatorlar dırnaq yemə probleminin düşünüldüyündən daha ciddi bir problem olduğunu açıqlayıblar.
Dırnaq yemənin insandakı sıxıntıdan xəbər verdiyini vurğulayan mütəxəssislər “dırnaq yemə insanların həyat keyfiyyətini aşağı salan bir çox narahatlığın əlaməti ola bilər’’ fikrini irəli sürüb. İnsanlarda dırnaq yemə alışqanlığının hansısa sıxıntının əlaməti olduğunu söyləyən psixiatorlar özünə güvənin olmaması və keçmişdə alçaldılmaya məruz qalma kimi səbəblərin bu vərdişə gətirib çıxardığını bildirib. İnsanların dırnaq yemə vərdişindən xilas olması üçün acı dodaq boyası ya da taxılma dırnaq kimi yollara əl atıldığını xatırladan mütəxəssislər “dırnaq yemə kiçik bir sıxıntıdan psixoz xəstəliyinə qədər bir çox xəstəliyin əlaməti sayıla bilər. Qardaşını qısqanmaq və yalnızlıq hissi bu problemin ən Ardı »

Ginekoloq MeslehetleriMenstrual siklin pozulması

Ağrılı menstruasiya alqomenoreya adlanır, onun requlyarlığının pozulması isə dismenoreya kimi terminləşdirilmişdir.Bu hallar tibbi təcrübədə daha çox gənc yaşlarda rast gəlinir.Menstruasiya zamanı əzələvi orqan olan uşaqlıq yığılır.Bütün bu orqanik prosesə prostoqlandinlər nəzarət edir. Uşaqlıq əzələlərinin spastik yığılmasınnın birincili səbəbi kimi prosroqlandinlərin normadan artıq sintez olunmasıdır.Ancaq bununla belə alqomenoreya və dismenoreyanın səbəbi mioma, endometrioz kimi sırf orqanik səbəblər də ola bilər.Qarın nahiyyəsinin davamlı spastik ağrılarından başqa qasıq, baş nahiyyələrində də şiddətli ağrılar müşahidə oluna bilər.Bu ürək-damar sistemi pozğunluqları, psixoloji narahatlıq və digər beyin əlamətləri ilə də müşayiət oluna bilər.

Bütün bu kimi kliniki halların medikamentoz müalicəsindən başqa sakitlik və rahatlıq mütləq şəkildə təmin olunmalıdır.Maqnezium Ardı »

Ginekoloq MeslehetleriHamiləlik haqqında (qadınlar üçün)

1 Hamilə qalmağın az və çox ehtimalı

Texniki cəhətdən hamiləlik üçün əlverişli vaxt 12 saatdan 24 saata kimi hesab olunur. Bu zaman ovulyasiya baş verir və toxumalar yetişir. Aybaşı dövriyyəsi müxtəlifdirsə, onda ovulyasiya baş verən vaxtı təyin et, menstruasiya başlamazdan qabaq və sonra üzərinə 2 gün (təxminən, 5 gün götürülür) əlavə et və çıx. Bu, hamilə qalmağın riskli dövrü hesab olunur. Ümumiyyətlə, ovulyasiya aybaşıya 14 gün qalmış başlayır. Dəqiq günü təyin etmək üçün aybaşının neçə gün davam etdiyini bilmək lazımdır. Məsələn, aybaşın 32 gündən sonra başlayırsa, onda 14 çıxıb, 18-ə bərabər etmək lazımdır. Dövriyyənin birinci günü başlanğıc gün kimi hesablanır. Lakin Ardı »

Ginekoloq MeslehetleriUşaq ginekologiyası

Uşaqların ginekologiya ilə nə əlaqəsi ola bilər? Əgər uşaq ginekologiyası mövcuddursa, o nə ilə məşğul olur? Uşaq və yeniyetmə ginekologiyası qızların normal cinsiyyət funksiyası ilə, həmçinin əsasən uşaq və yeniyetmə dövrlərində cinsiyyət orqanlarının zədələnməsi nəticəsində əmələ gələn xəstəliklərlə, o cümlədən bu xəstəliklərin qarşısının alınması tədbirlərinin həyata keçirilməsi ilə məşğul olur. Axı, nəsilartırma funksiyasının saxlanılmasına yönəldilmiş hər bir tədbir sonradan sağlam ana və uşaq probleminin həllinin rəhnidir.
Cinsiyyət sisteminin bioloji xüsusiyyətləri, yəni anatomik-fizioloji göstəriciləri baxımından insanın inkişafı və cinsi yetkinliyi prosesində əmələ gələn fizioloji və psixi-emosional dəyişiklikləri mərhələ-mərhələ izləmək olar. İnsanın həyatı, bir qayda olaraq, aşağıdakı dövrlərə bölünür: uşaqlıq, yeniyetməlik, gənclik, yetginlik, qocalıq. Ardı »

Ginekoloq MeslehetleriHamilə qalmaq üçün 6 gün

Mütəxəssislər övlad sahibi olmaq istəyən cütlüklərin cinsi həyatlarını yenidən proqramlaşdırmasını tövsiyə edir.
Onların fikrincə, hamilə qalmaq istəyən qadınlar üçün bir ay boyunca 6 gün çox əhəmiyyətlidir. Qadının hamilə qalması üçün ən uyğun dövr menstruasiyanın ilk günündən etibarən 11-17-ci günləri arasıdır. Bu günlərdə hamilə qalma şansının artdığı deyilir.
Mütəxəssislər planlaşdırılmış hamiləliyin həm ana, həm də körpə üçün sağlam olduğunu söyləyir: “Əvvəlcə qadın fiziki və ruhi baxımdan analığa hazır olmalıdır. Xüsusilə hamilə qalmamaq üçün həblərdən istifadə edən qadınlar ən az 3 ay əvvəl həbləri buraxmalı, keçən müddətdə nəzarətli cinsi əlaqədə olmalıdır. Hamilə qalmazdan 2 ay əvvəldən başlayıb, hamiləliyin ilk 3 ayında Ardı »

Ginekoloq MeslehetleriUşağın cinsinin planlaşdırılması

İnsan bədəni milyonlarla hüceyrələrdən ibarətdir. Hər hüceyrənin içərisində nüvə, nüvənin içərisində – xromosomlar yerləşir.

Qadınların xromosom dəsti – 46XX, kişilərin – 46XY. 44 xromosom hər insanın bütün xüsusiyyətlərindən (gözlərin, saçların, dərinin rəngi, maddələr mübadiləsi və s.) məlumat daşıyır, qalan 2 xromosom isə – cinsi xromosomlardır.

Spermatozoid və yumurta hüceyrəsində 23 sayda xromosom olur – 22 qeyri-cinsi xromosom + 1 cinsi xromosom. Qadınlarda bütün yumurta hüceyrələrində yalnız bir X cinsi xromosomu (qadın orqanizmində digər cinsi xromosom mövcud deyil!) olur – 23X. Kişi spermatozoidi isə ya X, ya da Y cinsi xromosomlarına malik olur (23X və ya 23Y).

Bu hüceyrələrin birləşməsi (mayalanma) nəticəsində yeni orqanizmin xromosom Ardı »