Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dunya ve tarixiKlavdi

Tiberi Klavdi Neron Germanik (E.ə. 10, Luqdunum-eramızın 54 ili) Yulilər-Klavdilər sülaləsindən Roma imperatoru (41-54). Klavdi senatın hesabına imperator hakimiyyətini genişləndirmiş, əyalət adamlarına, xüsusən qallara Roma vətəndaşlığı hüququ vermiş, maliyyə işini yaxşılaşdırmış, böyük tikinti aparmışdı. 43 ildə Britaniyanı, 44-45 illərdə Mavretaniyanı Romaya birləşdirmişdi. Klavdi bizə çatmamış iki tarix əsərin müəllifidir. Arvadı Aqrippina zəhərləmişdir. Ardı »

Dunya ve tarixiParqalı İbrahim Paşa

Parqalı İbrahim Paşa - Sultan Süleyman Qanuninin hakimiyyəti dövründə, 1523 - 1536-cı illərdə Sədrəzamlıq etmiş dövlət xadimi.Mündəricat [gizlə]
1 Milliyyəti
2 Yüksəlişi
3 Hakimiyyətinin genişlənməsi
4 Ölümü
5 Ədəbiyyat
6 Həmçinin bax

[redaktə]
Milliyyəti

İbrahim Paşa, bu gün Yunanıstan ərazisində yerləşən Parga şəhəri yaxınlığında yerləşən kənddə anadan olmuşdur. Müxtəlif qaynaqlarda miliyyəti haqqında məlumatlar verilmişdir. Bəzi qaynaqlar Rumıniyalı, bəziləri isə İtaliyalı olduğunu göstərmişdilər. Parqalı İbrahim Paşa haqqında olan məlumatlarda, atasının balıqçı olduğu məlumdur. 6 yaşında dəniz quldurları tərəfindən qaçırılaraq, Manisa ili yaxınlığında dul bir qadına satılmışdır. Bu qadın İbrahimin elm və tərbiyə almasında böyük rol oynamışdır. İbrahim Paşanın musiqi təhsilinidə bu qadından aldığı ehtimal olunur. Mənbələrdə İbrahim Paşanın ud Ardı »

Dunya ve tarixiŞahin Gəray

Şahin Gəray — Krımın sonuncu xanı. Birinci dəfə 1777-1782, ikinci dəfə isə 1782-1783-cü illərdə hakimiyyətdə olmuşdu. Gəraylardan şahzadə Topal Əhmədin (ö. 1750-ci ildə) oğlu və Krım xanı II Dövlət Gərayın nəvəsi idi.

Şahin Gəray 1745-ci ildə Ədirnədə anadan olmuşdur. Yunanıstan və İtaliyada təhsil almış, Kırım tatarcası və Osmanlıcayla yanaşı yunanca və italyancanı da öyrənmişdi.

Şahin Gərayın gənçlik illərinə təsadüf edən Rus-türk müharibəsi (1768-1774) Krım tatarları üçin büyük itkilərlə nəticələnmişdi. Xüsusilə, 21 iyul 1770-ci il tarixində baş vermiş Qartal döyüşündə Osmanlı-Tatar ordusu ağır məğlubiyyətə uğradı. Bü döyüş nəticəsində ruslar Krımdakı bütün strateji qalaları ələ keçirdilər. Döyüşün sonunda - 21 iyul 1774-cü il tarixində, imzalanmış Ardı »

Dunya ve tarixiMüharibənin sonu

1918-ci ilin yazında alman komandanlığı ABŞ-ın iri silahlı qüvvələri Avropaya gəlib çıxana qədər ingilis-fransız qoşunlarını darmadağın etməyə cəhd göstərdi. Alman komandanlığı əsgərləri inandırmağa çalışırdı ki, bu, həlledici və son döyüş olacaqdır. Beləliklə, Almaniya martın axırında hücuma başladı. Alman qoşunları böyük tələfat bahasına Parisə tərəf irəliləyə, xeyli əsir ala və qənimət ələ keçirə bildilər. Lakin ABŞ qoşunlarının əsas hissələri gələnədək ingilis-fransız ordularını əzmək mümkün olmadı. Almaniyanın yalnız maddi ehtiyatları deyil, həm də insan ehtiyatları tükənirdi. Cəbhəyə artıq yeniyetmələri göndərməyə başlamışdılar. Əsgərlər əldən düşmüşdülər və vuruşmaq istəmirdilər, bəziləri isə ordudan qaçırdı. Alman qoşunlarının hücumu müvəffəqiyyətsizliyə uğradı və təşəbbüs Antantaya keçdi. İngilis-fransız orduları və Ardı »

Dunya ve tarixiHelian Dinq

Helian Dinq son Hsia şanyüsüdür. Qardaşı Helian Çanqın əsir götürülməsindən sonra imperator olmuşdur. 430-cu ildə Sonq sülaləsi imperatoru Vei ilə müttəfiq olan Dinq 431-ci ildə Qərbi Qin krallığını dağıdaraq onun torpaqlarına köçdü. Həmin il paytaxt Piqnlianqı müdafiə edən qardaşları Helian Duluqu və Helian Şeqan Şimal Veyə təslim oldu. Helian Dinq əmisi Helian Veifanı müharibə üçün göndərdi və Qərbi Qin dövlətinin qalan torpaqlarını da tutdu. Helian Dinq gözlənilmədən Tuyuhun dövləti tərəfindən hücuma məruz qaldı və əsir edilərək Şimal Veyə göndərildi. Dinq orda edam olundu və üçüncü hun dövlətinin də sonu gəldi. Ardı »

Dunya ve tarixiŞeyx Heydər türbəsi

Şirvanşah Fərrux Yasarla döyüşdə məğlub olan Şeyx Heydər elə öldüyü yerdə də dəfn olunub.Hər iki qoşun arasında döyüş Ruzbihan Fəzlullahın yazdığına görə Elbrus (Qafqaz) dağlarının ətəklərində getmişdir. V.F. Minoriskiyə görə Elbrus Şahdağdır. Şeyx Heydər 9 iyul 1488-ci ildə baş vermiş vuruşmada məğlub olaraq döyüş meydanında qəhrəmancasına həlak olur və müridləri tərəfindən orada da dəfn olunur. Onun məqbərəsi Xızı rayonunun Tıxlı kəndindən 3-4-km şimal-şərqdə, Beşbarmaq dağının arxasındadır. Türbə üzərində aşkar edilmiş daş lövhədəki üçsətirlik farsca kitabə (1,21x0,67m) süls elementli nəsx xətti ilə həkk olunmuşdur. Kitabənin birinci sətri iri, aydın nəsx xətti ilə, ikinci, üçüncü sətirdəki sözlər 5-6 cərgədə, yuxarı qaldırılaraq üst-üstə süls Ardı »

Dunya ve tarixiBuntürklər

Buntürklər—Qədim türk tayfası.

Mündəricat [gizlə]
1 Tarixi və etimologiyası
2 Mənbə
3 İstinadlar
4 Həmçinin bax
5 Xarici keçidlər

[redaktə]
Tarixi və etimologiyası

Azərbaycan xalqının soykökündə duran güclü qəbilələrdən biri də Buntürklər//Bunturqlardır. Bu türk qəbiləsinin e.ə. IV yüzillikdə Azərbaycan və qonşu ölkələrdə yaşaması haqqında bilgi vardır. VII-IX yüzilliyinə aid "Kartlinin müraciəti" anonim əsərində deyilir: "Nə vaxt Aleksandr Makendonskiy Lotanın oğlanlarının nəslini qaçmağa məcbur etdi və onları gecəyarı ölkəsinə sıxışdırdı, orada öncə qəddar, qəzəbli Buntürklərə tuş oldu. Onlar Kür çayının sahilində yaşayırdılar; dörd şəhərdə yerləşmişdilər. Onların şahı duruş gətirə bilməyəcəyindən uzaqlaşdı. Bu zaman xaldeylilər tərəfindən köçürülmüş honlar gəldilər; Buntürklərin hökmdarından bac ödəmək şərti ilə, yer istədilər və Zanavanda yerləşdilər… Ardı »

Dunya ve tarixiMark Avreli

Mark Avreli (* 26 aprel, 121 – † 17 mart, 180) — Roma imperatoru (161-180), filosof. İlk vaxtlar imperiyanı Lusi Verlə birgə idarə etmişdir. Parfiyalılar (162-166), german və sarmatlarla (166-180, Markoman müharibəsində) hərblər aparmışdır. Stoisizmin ardıcıllarından olan Mark Avreli fəlsəfədə ("Özü ilə təklikdə" əsəri) əxlaqi kamilliyi təbliğ etmiş, siyasi quruluşu təkmilləşdirməyin qeyri-mümkünlüyü ideyasını irəli sürmüşdür.Mündəricat [gizlə]
1 Həyatı
1.1 Ailəsi və uşaqları
1.2 İmperatorluğu
1.3 Filosof Mark Avreli
1.4 Ölümü və adına ehtiram
1.5 Nerva-Antonin sülaləsinin zaman xətti
2 Istinadlar
3 Mənbə
4 Xarici keçid

[redaktə]
Həyatı

[1]139 cu ildə atası vəfat etdikdən sonra imperator Antonin Piy tərəfindən oğulluğa götürüldükdən sonra Mark Avreli Ver Sezar adlandırılmağa başlanmışdır.[2] Gözəl təhsilə yiyələnmiş Ardı »