Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dunya ve tarixiKimmerlər

Kimmer – qədim türk ellərindən biridir. Mənbələrin verdiyi məlumata görə kimmerlər Şimali Qara dəniz hövzəsindən köç edərək Azərbaycanda və Şərqi Anadoluda məskunlaşmşdılar.Herodotun yazdığına görə,e.ə. VIII əsrdə Şərqdən Qara dənizin Şimal çöllərinə-kimmerlərin ölkəsinə skiflər gəlmişdilər.Kimmerlər onlarla toqquşmaqdan çəkkinmiş,yığışıb Cənubi Qafqaza,oradan da Kiçik Asiyaya köç etmişdilər.Q.Qeybullayev qeyd edir ki,bu məlumatda skif deyildikdə,konkret hansı etnosun nəzərdə tutulduğu bəlli deyil.Çünki,antik müəlliflərin əsərlərində skif konkret bir etnosun adı deyildi.Herodotun kimmerlər ("kimmer" sözün qədim yunan dilinə uyğunlaşdırılmış formasıdır) adlandırdığı bu türk etnosunun əsil adı isə Kəmər,yaxud da Qəmər kimi bərpa edilə bilər.İlk dəfə qədim yunan şairi Homer bu adı kimmer kimi işlətmiş,sonrakı müəlliflər də bu ənənəyə sadiq Ardı »

Dunya ve tarixiQara Yusif dövrü

Qaraqoyunlu dövlətinin banisi isə Qara Yusif olmuşdur. Teymurilər və Cəlairilərlə gərgin mübarizədə Qara Yusif Azərbaycandan başqa Ermənistan, Şərqi Gürcüstan, Ərəb və fars İraqını və həmçinin digər kiçik malikanələrin ərazilərini öz sərhədləri daxilində birləşdirən nəhəng bir dövlət yaratmağa nail olub. Tayfa ittifaqı kimi fəaliyyət göstərən qaraqoyunlular Teymurun hakimiyyətində olan Təbrizi ələ keçirtməyə çalışırdılar. 1394-cü ilin yayında Teymurun ordusu Bağdad yaxınlarında qaraqoyunlu və cəlayirli birləşmiş qoşunlarını məğlub edir. Bu məğlubiyyətdən sonra çarəsiz qalan Qara Yusif (1389-1420) cəlairli Sultan Əhmədlə birlikdə Osmanlı Sultanı İldırım Bəyazid in (1389-1402) himayəsinə girir.Teymur bu iki lideri geri tələb etsə də, İldırım Bəyazid bundan qəti surətdə boyun qaçırır. Qara Ardı »

Dunya ve tarixiBaydu xan

Baydu xan (? — 129) — Elxanlılar sülaləsindən altıncı elxan.Mündəricat [gizlə]
1 Hakimiyyəti
2 Mənbə
3 İstinadlar
4 Həmçinin bax

[redaktə]
Hakimiyyəti

Baydu xanın sikkəsi

Hakimiyyət uğrunda gede mübarizələr nəticəsində 1295-ci ildə Azərbaycanda 2 elxan dəyişildi. Baydu xan (1295-ci il) bir neçə ay hökmranlıq etdikdən sonra taxt-tacdan məhrum edildi. Ardı »

Dunya ve tarixiII Nadir şah Qırxlı-Avşar

II Nadir şah Qırxlı-Avşar – Xorasan şahı (1797-1802)Mündəricat [gizlə]
1 Həyatı
2 Ailəsi
3 Mənbə
4 Həmçinin bax

[redaktə]
Həyatı

Şahrux şahın üçüncü oğlu Nadir mirzə Məşhəd şəhərində dünyaya gəlmişdi. Saray təlim-tərbiyəsi, təhsili almışdı. Ağaməhəmməd xan Xorasana hücum еdərkən əfqanların yanına qaçmışdı. Şahın ölümündən sonra Xorasana qayıdıb, ətrafına adamlar yığmağa başladı. Azərbaycanda baş vеrən qarışıqlıq və qardaşı Hüsеynqulu xanın ixtişaşı Fətəli şahın başını qatmışdı. Nadir mirzə gücünü artırıb, səltənətə yiyələnmək istədi.

Fətəli şah şəxsən özü qoşun çəkib, Xorasana gəldi. Məşhədi mühasirə еtdi. Ətraf kəndlərin taxıl-tərnəsi, suyu məhv еdildi. Şəhərdə qəhətlik başladı. Şəhər böyükləri və sеyidləri Nadir mirzədən tələb еtdilər ki, özünə görə milləti bada vеrməsin. Şaha da Ardı »

Dunya ve tarixiTeymurilər dövləti

Teymuri İmperiyası - bir Türk dövləti. Teymur türk tayfasından idi. Teymurilər nəsli Amudərya və Sırdərya çaylarının arasındakı vadidə yerləşən Müvəraünnəhrdə, Keş şəhərində (müasir Şəhrisəbz) türkləşmiş monqol tayfasında yaşayıblar. Teymurun atası Tuqay Barlas bəylərindən idi. Uşaq yaşlarından at çapmaqda, ox atmaqda mahir olan Teymur erkən gəncliyindən tayfalararası döyüşlərdə, hərbi yürüşlərdə iştirak etməyə başlamışdı.

Həmin dövrdə Mavəraünnəhr türk əmirlərinin əlində idi. Teymurun cəsarətini görənlər onun ətrafına yığırdı. Düşmən tayfalara qarşı hərbi meydana atılanda onun cəmi on nəfər adamı vardı. Gəncliyində Səmərqənd və Bəlx hakimi Əmir Qazanın yanında xidmət etmiş və tez bir zamanda onun hörmətini qazanmışdı. 1356-cı ildə Əmir Qazan Xorasan üzərinə yüyüşdə fərqləndiyi Ardı »

Dunya ve tarixiVipsania Aqrippina

Vipsania Aqrippina (lat. Vipsania Agrippina) və ya Aqrippina Mayor (lat. Agrippina maior - Böyük Aqrippina) (e.ə 14-cü il, Afina - 18 oktyabr 33-cü il, Pandateriya) Mark Vipsaniy Aqrippanın Yuliya Mayordan olan qızı, Germanikin arvadı, imperator Kaliqulanın və Aqrippina Minorun anası. Ardı »

Dunya ve tarixiSəfəvi-Moğol əlaqələri

Sәfәvi dövlәti ilә Hindistаn аrаsındа yаrаdılаn ilk әlаqәlәri Tоpаl Tеymurun nәvәsi vә Әmir Şеyх ibni Әbu Sәidin оğlu Zuhәyrәddin Bаbәr Qоrqаni ilә әlаqәdәndirmәk оlаr. О, bir vахtlаr Оrtа Аsiyаdа hökmrаnlıq еtmiş vә özbәklәrin qüdrәt әldә еtmәsi ilә dәfәlәrlә аmаnsız hücumlаrа mәruz qаlmışdır. Bеlә ki, özbәklәr hәmin dövrlәrdә hәm Хоrаsаnа, hаm dә Bаbirin nәzаrәti аltındа оlаn mәntәqәlәrә vахtаşırı hücum еdirdi. Şаh İsmаyılа mәğlub оlduqdаn sоnrа isә оnun Sәfәvi dövlәti ilә birlәşmәsinә münаsib şәrаit yаrаnır. Şаh İsmаyıl оnа kömәk еtmәyә hаzır оlduğunu bildirir, bir şәrtlә ki, şiә mәzhәbini qәbul еdib оn iki imаmın аdınа sikkә vurdurmuş оlsun. Оrtа Аsiyаdа bir о qәdәr dә Ardı »

Dunya ve tarixiSultan Mahmud Qəznəvi

Sultan Mahmud Qəznəvi (971–1030) — Qəznəvilər dövlətinin hökmdarı (998-1030)Mündəricat [gizlə]
1 Atasının dövründə
2 Hakimiyyəti
3 Sultan Mahmudun daxili siyasəti
4 Ailəsi
5 Siyasi dəyişikliklər və ölümü
6 Sultan Mahmud haqqında rəvayətlər
7 Həmçinin bax

[redaktə]
Atasının dövründə

994-cü ildə Samanilər dövlətinə xidmət edən Mahmud II Nuh tərəfindən Xorasan hakimliyini almışdı.
[redaktə]
Hakimiyyəti

Səbutəkin öləndən sonra oğlu Sultan Mahmud Qəznəvi (998-1030) hakimiyyətə gəldi. Tarixdə ilk dəfə «sultan» titulu Mahmuda verilmişdir. Samanilər dövləti 999-cu ildə dağıldı, onun ərazisi Qəznəvi və Qaraxanlı dövlətləri arasında bölüşdürüldü. Nəticədə keçmiş Samani torpaqları olan Xorasan, Xarəzm, Sistan və indiki Əfqanıstan Qəznəvi dövlətinə qatıldı.

Mahmud Qəznəvi 1001-1026-cı illərdə 17 dəfə Hindistana hücum etmişdi. Onun şimal və şimal-şərq torpaqlarını, yəni Kəşmir, Ardı »