Ibretamiz şerler → Nə olardı?
Nə olardı, gülüm, dəyişməyəydin,
Gözündən qığılсım yox olmayaydı
Tale bəxş edənə boyun əyəydin
Od saçan gözlərə yaş dolmayaydı?!
Nə olardı, gülüm, susa biləydin
Səbirdən sənə də bir pay düşəydi
Ağlamaq yerinə deyib-güləydin
Qara bulud bizdən yan ötüşəydi?!
Səndən ilham alıb şeir yazaydım
Bizi məst edəydi bu eşqin dadı
Hər şeyi sevgiyə, eşqə yozaydım
Bax onda deyərdim: həyat röyadı Ardı »