Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ibretamiz şerlerRamiz Rövşən. Göy üzü daş saxlamaz

D
urub göy üzünə dş atan oğlan,
Göy üzü daş saxlamaz.
Oğul belə baş saxlamaz, atam balası,
Kim qırxıb başını, salıb bu kökə?
Şalvarın, pencəyin özündən yekə,
Baxırsan, göy üzü gözündən yekə,-
Durub göy üzünə daş atan oğlan.

Hələ ki, başına gözünə qıymaz,
atdığın daşları saxlar göy üzü.
Atdığın daşları tutub əlində,
Səni illər boyu yoxlar göy üzü.
Qırxıq başın tüklənincə,
O dumduru gözlərin
bulaninca, çirklənincə,
atdığın daşları saxlar göy üzü.

Yediyindən yeyərsən,
Geydiyindən geyərsən,
böyüyərsən, böyüyərsən.atm balası.
Gözlərin böyüyər sən böyüdükcə,
gözündə yaş böyüyər.
Əllərin böyüyər sən böyüdükcə,
göy üzündə
atdığın daş böyüyər.

Baxt gülsə üzünə bu yer üzündə,
Ölümün Ardı »

Ibretamiz şerlerDAVALAR…DAVALAR…

Yer üzündə od qalayan
davaların çoxdur sayı,
Çoxömürlü müharibə
çörək, qarın davasıdır…
Çox davalar qalxıb, yatıb,
bu hərb də onların tayı,
Əsil dava varlılarla
kasıbların davasıdır.
Ehtiyacla vuruşdadır,
döyüşdədir daim bəşər,
İmkansızlar qarşısında
baş əyirlər qiblə kimi.
Bir Domokl qılıncı tək
asılmada o həmişə,
İnsanlığın başı üstdən
ta beşikdən qəbrə kimi…
Ən əyilməz oğulları
o sındırır, əsir edir,
Savaşların pis savaşı
toxun, acın davasıdır…
O nə qədər ölkələri,
millətləri rəzil edib,
Tükənməyən dava-qırğın
ehtiyacın davasıdır…
Çəkişmələr, keşməkeşlər,
pul üstündə, var üstündə,
Ata, oğul olur düşmən
pul üstündə, var üstündə,
Çox həmlələr, təhlükələr
pul üstündə, var üstündə,
Dilə gəlib ilk güllələr
pul Ardı »

Ibretamiz şerlerQoyunlar xoru

Qoyun olduq, dağ döşündə сəm olduq
Otdan yedik, sudan içdik, dəm olduq.

Qoyunsansa sual vermə
Daha demə
Kimlərə həmdəm olduq?!
Alış itə, alış qurda
Xan çobana, xan çomağa
Alış təzə, köhnə yurda
Başaşağı otlamağa.

Biz öz qoyun gözümüzü
Döyə-döyə
Yaradana şükür olsun deyə-deyə
Hələ çox iş görməliyik,
Yunumuzu, südümüzü...
Sözün düzü
Biz ki belə yeməliyik –
İstəsələr сanımızı verməliyik.

Qoyunsansa sual vermə
Daha demə
Nədən belə havalandıq, dəm olduq,
Ağzı qara сanavara yem olduq?! Ardı »

Ibretamiz şerlerBismillah

Atıldı dağlardan zəfər topları,
Yürüdü irəli əsgər, Bismillah.
O, Xan sarayında çiçəkli bir qız,
Bəkliyor bizləri zəfər, Bismillah.

Ey hərbin taleyi bizə yol ver, yol.
Sən ey coşan dəniz gəl Türkə ram ol,
Sən ey sağa, sola qılınc vuran qol
Qollarına qüvvət gəlir, Bismillah. Ardı »

Ibretamiz şerlerFariz Berdeli

Alinan her ne var satila biler,
Tapilan ne varsa ite bilermis.
Adam esya kimi atila biler.
Sevgiler tukenib,bite bilermis.

Elvida sozunu tapdimsa demek,
Ele de cox dili qisa deyilem.
Sen meni carmixa cekmezdin gerek.
Men axi HEZRETI Isa deyilem.

Men de gunahkaram qebahetim var,
Halalnan harami ayirmamisam.
Tovbeni etmeye cesaretim var,
Seytanla arami ayirmamisam!

Mutleq qayidacam bir gun Allaha.
Dinsizem men seni sevenden beri.
Her ikisi menimcun eynidir daha.
Xatire defteri ,emel defteri.

Birin sen yazirsan ,birin de melek.
O senden kocurdur,ya da sen ondan.
Sen uzde adamsan derinde melek
Yene men uduzdum,cixdim oyundan. Ardı »

Ibretamiz şerlerDözə-dözə

Dözülməz çox dərdlərə
Dözdük...dözürük hələ.

Toyların qulaq batıran səsinə
Xanımların hikkəsinə
Dözürük yana-yana.
Dözürük ağ yalana,
Soyğunlara, talana.
Sözdən uzaq əmələ
Dözdük...Dözürük hələ.

Boşboğazın çənəsinə
Сahilin mənəm-mənəm deməsinə
Сanavarın quzunu yeməsinə
Dözdük,
Rüşvətin xırdasına, yekəsinə
Dözdük,
Xəritənin sol künсdəki ləkəsinə *
Üzüldük,
Amma dözdük.

Hakimlərə pul verdi vəkillər
Polisə işə girdi "killer"
Yenə dözdük.

Böhtana, nifrətə, kinə
İblisə, şeytana, сinə
Daş ürəyə, zəhər dilə
Dözdük...və dözürük hələ.

Dözmüşük...və dözməliyik
Durmaq olmaz ki yarıda?!
Dözməsək... deməli biz dəliyik
Dözməsək... bu dünyadan getməliyik.
Dözüb başqaları da
Bizə – mənə, sənə qədər
Yəqin biz də dözəсəyik
Yəqin ki... ölənə qədər. Ardı »

Ibretamiz şerlerDeyirdin Sevmirem

Deyirdin "sevmirem!" Ne qeribedir,
Agzindan dusen soz "sevmirem" idi,
İndiyse incitmek vaxti mendedir,
Get gulum, men seni sevmirem indi..

İndi de sen mene yalvar biraz da,
Ozumu biraz da men naza vurum,
Meni oldururdu hemin o naz da,
Arxamca sen surun men seni yorum..

Yalanmi deyirdin mene o zaman,
Yoxsa ki, dogrudan sevmirdin meni?
Gorursen, ezilmek incidir yaman,
Sen bele oldurdun seni seveni..

Sevgi qatilidir senin adin da,
Men de oldurecem seni belece,
Kabus tek qalacam senin yadinda,
Yuxuna girecem her gun, her gece..

Hele yorganinin altinda gizlin
Aglayan gunlerin olacaq senin,
Gozunun yasini silse de elin
Gozlerin yene de dolacaq senin..

O qeder yuxusuz qalacaqsan sen,
Dediyin sozunu unudacaqsan,
Meni unutmagi eger istesen,
Sen ozun-ozunu unudacaqsan..

Deyirdin "sevmirem!" Nedir, ne işdir?
Nece qeribedir dunyanin isi,
Qorxma Ardı »

Ibretamiz şerlerSUSMARAM!

Mən bir qulam, yük altında əzilmişəm, qardaşım,
Sevinç bilməz bir məxluqam, ahu-zardır sirdaşım.
Damğa vurub, zəncirləyib tullamışlar zindana,
Qarlı-buzlu cəhənnəmler məskən olmuşdur mana.

Mana dinmə, sus deyirsən, ne vaxtacan susacam,
Böhranların, hicranların, məhbəsində qalacam?
Niyə susum, danışmayım, insanlıqda payım var,
Mənim ana vətənimdir talan olan bu diyar.

Niyə susum, danışmayım, Türk yurdudur bu topraq,
Oğuzların, elxanların vətənində kimdir, bax!
Bu dünyada azadlığı şan şöhrəttən üstün tut,
Alçaqlığı, yaltaqlığı rəzilliyi sən unut!

Necə susum, danışmayım, mən eyləyim xəyanət?
Hanı sevgi, hanı vətən, de harda qaldı millət?
Men bir qulam, yerim altun, suyum gümüş, özüm ac,
Atam mahkum, anam sail, əlim hər şeyə möhtac.

Mən Türk övladıyam, Ardı »