Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ibretamiz şerlerƏsgərlik oğraşlıq məktəbi olub!

Bu sistem içiboş, başından yırtıq,
Çoxunu edibdir həyasız, sırtıq.
Əvvəllər kişilik idisə, artıq,
Əsgərlik oğraşlıq məktəbi olub..!
Orduda şərəfsiz nə qədər
çoxdur?!
Haqqı söylədimi?! Zindana soxdur!
Kişilik sözünün "k" hərfi yoxdur.
Əsgərlik oğraşlıq məktəbi olub..!
On adam birləşər, döyərlər səni,
Haqqı axtararsan, yeyərlər səni.
“Suka” çağırarlar, söyərlər səni.
Əsgərlik oğraşlıq məktəbi olub..!
Hər 3 ay böyük bir dəstə qayıdır.
Sağlam gedənlər də xəstə qayıdır.
Bəzən də mafanın üstə qayıdır.
Əsgərlik oğraşlıq məktəbi olub..!
Vətən övladını öldürən düşmən,
Erməni axtarma o biri tayda sən,
Ən əclaf, ən böyük erməni
sənsən!!
Əsgərlik oğraşlıq məktəbi olub..!
Fağırın, kasıbın gözün oyursa,
Ətini didirsə, dərin soyursa,
Ananı bir ömür ağlar qoyursa
Əsgərlik oğraşlıq məktəbi olub..!
Əvvəl daydaylılar gəlib seçilir,
Nə zibil etsələr, ötüb keçilir,
Yetim balasının qanı içilir,
Əsgərlik oğraşlıq məktəbi olub..!
Ordu alçaqlarla bele dolubsa,
Çox Ardı »

Ibretamiz şerlerFÜZULİ

FÜZULİ

Şair öz yurdundan uzaqda öldü,
Öldü, bir balaca otaqda öldü.
Göz yumub yuxuya daldı Füzuli,
Vətən arzusuna çata bilmədi.
Fəqət bu xəbərdən obası, eli
İllərlə göz yumub yata bilmədi.
Onu tapşırdılar zülmət məzara,
Bütün Azərbaycan saraldı, soldu.
Gəncə başdan-başa geyindi qara,
Kəpəzin, Şah dağın gözləri doldu.
Körpə uşaq kimi tutuldu Xəzər,
Səma da ağladı, yer də ağladı.
Bakı uyumadı, mehriban şəhər,
Şirvan yasa batdı, Bərdə ağladı.
O vaxt doğma yurdu dolandı bu söz,
Dedi çöllərimiz, çəmənlərimiz,
Dedi könül verib, sevənlərimiz,
Ellərin sədası düşdü hər yana:
Gətirin şairi Azərbaycana!
Dedilər nə vaxtdır həsrətik ona:
Gətirin şairi Azərbaycana!

Uçdu Kərbəlaya xəyal atımız,
Ardı »

Ibretamiz şerlerBilməm nə görürdür bizim oğlan oxumaqdan?!

Bilməm nə görübdür bizim oğlan oxumaqdan?!
Dəng oldu qulağım!
Jurnal, qəzetə, hərzəvi hədyan oxumaqdan
İncəldi yşağım!
Əqlin aparəb bəs ki, baxır gündə qərayə,
Ya rəb, nə həmaqət,
Söz etməz əsər, çarə qalib imdi duayə,
Tədbir elə, övrət!
Lənət sənə, ifritə, sənindir bu cəhalət.
Etdin nə vəyanət!
Səndən törənibdir bizim evdə belə bidət,
Ey mayeyi- hiylət!
Dutsun çörəyim gözlərinin ağü qarasın,
Ey həmsəri- bədxah!
Haşa, oda yaxmaz ana istəkli balasın,
Kəssin səni allah!
Bu tifli oxutmaqlığa etdin məni tərgib,
Hər eylədin iğva.
İmdi nədi fikrin? İşimiz oldu bu tərkib,
çarəsi əsla.
Heyhat ki, tədbir ola da xanəxərabə,
Zail olub əqli.
Dərsə, qəzetə, Ardı »

Ibretamiz şerlerSen olmuyan Dunyani istemirem men!

Illerin yorgunu oldum dunyada,
Ne qeder gileyli qaldim dunyada..
Sensiz xezan vurdu,soldum dunyada,
Sen olan dunyani isteyirem men...

Seninle ureyim yungulluk tapar,
Yetirmedi sene sozumu capar...
Meni oz dunyana gel qonaq apar,
Sen olan dunyani isteyirem men...

Qis gunesi kimi sefeqler sacim,
Sene ureyimi gizlice acim,
Izn ver yenede yanina qacim,
Sen olan dunyani isteyirem men.

Yene de qoy senin hemdemin olum,
Gelib saclarinda men denin olum.
Hec kesin olmayim,tek senin olum,
Sen olan dunyani isteyirem men...

Sen meni neceyem elece tani.
Yanina menimtek yarasan hani?
Cennete donderim senin dunyani,
Sen olan dunyani isteyirem men.

Qacaq bu virane,yalan dunyadan,
Qacaq ayriliqlar salan dunyadan.
Qacaq seni menden alan dunyadan,
Sen olan dunyani isteyirem men...

----NEZAKET_NEMAN---- Ardı »

Ibretamiz şerlerDÜNYA QƏFİL İŞIQLANSA

Qəfil gün doğsa bir gecə,
Dünya düm ağ işıqlansa;
Şəhər-şəhər, küçə-küçə,
Otaq-otaq işıqlansa,
Görərik kimlərin əli
kimlərin cibindən çıxır.
Kimlər əyilə-əyilə
kimlərin evindən çıxır.

Qəfil gün doğsa bir gecə,
Min-min gizli günah görsək,
Üstünü örtə bilməsə,
Bu dünyanı çılpaq görsək,
Başımıza hava gələr,
ağlımız çaşar bəlkə də.
Hamı birdən baş götürüb
dünyadan qaçar bəlkə də.

Bu dünyada bəs kim qalar,
Kim böyüdər, uşaqları?!.
…Nə yaxşı ki, bu dünyamız
Yavaş-yavaş işıqlanır… Ardı »

Ibretamiz şerlerŞeirlərdən parçalar:

Deyinibsən gödək donu
Hara gedir işin sonu?
Bir quru сanım var, onu
Al, sənə qurban demişəm. ("Demişəm")

Səni çox tərif etsələr
Səndən heç yoxdur desələr
Sənə xoş gəlsə də belə
Çox aldanma şirin dilə
İnsan bəzən yalan deyir
Bilə-bilə. ("Tərif")

Ürəyimdə odlu sevgi bəslədim
Sevgilimə açdım onu mən fağır.
Onda da bir xoş üz görmək istədim
Gördüm...üz-gözündən zəhrimar yağır.

Təbiət insanla ittifaq qurmur
Günəş istəyirsən, sulu qar yağır.
Yar üçün özünü lap oda da vur
Yenə də başına tufanlar yağır. ("Sulu qar")

Aşiq məşuqə yetməsə
Ortada ah-zar olaсaq.
İki qəlb yola getməsə
De, kim günahkar olaсaq
Mənmi, yoxsa sənmi, gülüm? ("Mənmi, yoxsa sənmi?" Ardı »

Ibretamiz şerlerDeyishmek

Həyatımda nə dəyişıb, nə?
-Heç nə
bir onu bilirəm bu il
otağımda tək
kitab rəfinin yerini dəyişdirmişəm. Ardı »

Ibretamiz şerlerŞəhid anası

Titrək əllərinlə alıb şəklini,
Ah çəkib ağlama,şəhid anası!
Dizlərin üstünə əyib belini
Sellər tək çağlama,şəhid anası!
Baxırsan gəldiyi cığıra,izə.
Quzu otardığı çəmənə,düzə.
Yaralı könlünü hey üzə-üzə,
Dünyanı dağlama,şəhid anası!
Ruhu ildrımda,şimşəklərdədir,
Qarabağdan əsən küləklərdədir,
Həsrətli,ümüdlüürəklərdədir,
Çox matəm saxlama,şəhid anası!
Nə deyim,nə yazım,qələmim donur?
Şairin dünyası odlanır,yanır.
Sənin dözümündən yağılar sınır,
Qara şal bağlama,səhid anası Ardı »