Ibretamiz şerler → Könül savaşı
Sən könül savaşına
Çəkmə məni, ay gözəl –
Görmürsünmi yanıram?!
Kül oldum, insafa gəl.
Mən ki sənin başına
Dönürəm, dolanıram
Canımı almaqla sən
Xeyirmi görəcəksən?
Demirəm şuxluq etmə
Yerində et, çox etmə!
Mən başına dönəndə
Sən də döndər başını
Lal olubsan – dilə gəl
Dəryasan – sahilə gəl.
Tök ətəyindən daşı
İncitmə vətəndaşı
Gəmisən? – Limana gəl
Kafirsən? – İmana gəl
Axır düz yola düzəl.
Gəl imkan ver, ay gözəl
Ay bal dodaq, gül yanaq
Bu könül savaşını
İkimiz də qazanaq! Ardı »