Ibretamiz şerler → Ay su dərdi çəkən yar
Gözündən sevgi yağsın
Ay qaş-qabaq tökən yar.
Bulaqlar şır-şır axsın
Ay su dərdi çəkən yar.
"Su yoxdur, çay da yoxdur"
Deyib işvə satan yar,
Çay yoxdur – farağat dur,
Dalda qaş-göz atan yar.
Saçlarının ucunu
Əllərində əzən yar
Boynuna al suçunu
Ay məndə suç gəzən yar.
Qonağa nə deyərlər?
- Göz üstündə yerin var.
Nə döyər, nə söyərlər
Mahnı deyər samavar.
Boynunu yana əyib
Nəlbəkini düz, gözəl
Pürrəngi çay dəmləyib
İstəkana süz, gözəl.
Pürrəngi çay dəmləyib
İstəkana süzəndə
Mən sözümü cəmləyib
Çatdım son iki bəndə:
Can alan, naz satanlar
O tay, bu tayda çoxdur
Sevgidə nə desən var
Sevgidə qayda yoxdur. Ardı »