Ümumi Melumat → Bakı məscidləri
Qədim Bakının müxtəlif dövrlərə aid çoxsaylı tarixi-memarlıq abidələrindən ən önəmlisi İçərişəhərdir. 22 ha. ərazisi olan bu kiçik və «müstəqil» şəhər içində şəhər keçmişimizlə bu günümüz arasında mənəvi körpü, qala divarları ilə əhatə olunmuş qədim və möhtəşəm abidədir.
Bakını başqa tarixi şəhərlərimizdən fərqləndirən onun ilk çağlarda dini mərkəz , müqəddəs şəhər kimi yaranmasıdır. Bakı toponiminin mənası haqqında müxtəlif mülahizələr söylənsə də, onlar arasında görkəmli tarixçi S.Aşurbəylinin “Allah şəhəri”, “Allah yeri” anlamı bu mənada inandırıcıdır. Özündə və ətrafında çıxan təbii qaz qaynaqları üzərində tikilən çoxlu od məbədləri Bakını yalnız Qafqazın deyil, İran, Orta Asiya və Hindistan atəşpərəstlərinin də nüfuzlu dini mərkəzinə çevirmış, bu şəhərin Ardı »