Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi Melumat"Filarmoniya"-nın tarixi

XIX əsrdə Avropa və Amerikanın bir sıra şəhərlərində (Peterburq, Moskva, Berlin, Nyu-York və s.) yaradılan filarmonik cəmiyyətlər, əsasən simfonik musiqini təbliğ ediblər. 20-ci əsrdə buna bənzər cəmiyyətlər daha geniş yayılaraq, Avropanın sosialist ölkələrində dövlət müəssisəsinə çevrilib.

İlk filarmoniya 1921-ci ildə Peterburqda, 1922-ci ildə isə Moskvada təşkil olunub. Azərbaycanda filarmoniya təşkilinin tarixi 30-cu illərə gedib çıxır, 1936-cı ildə təşkil olunan filarmoniya elə həmin ildən də Müslüm Maqomayevin adını daşıyır. Sovet dövründə Azərbaycan Dövlət Filarmoniyası respublikanın ən böyük konsert müəssisəsi hesab olunurdu. Bu mədəniyyət ocağının nəzdində simfonik orkestr, mahnı və rəqs ansamblı, Xor Kopellası və simli kvartet fəaliyyət göstərib.

Ardı »

Ümumi MelumatMolokanlar haqda (молокане)

Molokanlar — xristian dini təriqətlərindən birinin daşıyıcılarıdırlar. Molokanların di­ni hərəkatının əsasını XVIII əsrin 80-ci illərində Tambov quberniyasının kəndlisi Semyon Uklein(Семен Уклеин) qoymuşdur. Öncə pravoslav olan Uklein duxobor (pravoslav kilsəsi mərasimlərini rədd edən dini təriqət) təriqətinə daxil olur, sonra onlardan ayrılaraq özünün xüsusi dərnəyini yaradır. O, yeni təlimi açıq şəkildə təbliğ etmək üçün öz ardıcıllarından 70 «apostol» («həvari») seçərək, onlarla birgə «Zəbur»dan surələri ucadan oxuyaraq Tambova daxil olur. Lakin polis onları həbs edir. Yalançı «apostollar» pravoslav dininə qayıdaraq azad olunurlar, Ukleinin özü isə, tənbeh olunması üçün ruhanilərin ixtiyarına verilir. О da özünü pravoslavlığa qayıtmış kimi göstərərək azad olunur. Ancaq bundan sonra da, Ardı »

Ümumi MelumatKəlbəcər rayonu

Kəlbəcər — Azərbaycan Respublikası ərazisində rayon. İnzibati mərkəzi Kəlbəcər şəhəridir.
Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.

Tarixi

«Kəlbəcər» toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car «qala» mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər.

Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır.

Kəlbəcər ən qədim insan məskənlərindən Ardı »

Ümumi MelumatBalaxanı

Bakı kəndləri arasında Balaxanı tarixən tutduğu iqtisadi mövqeyə və qədim irsinə görə seçilir. Kənd Bakının şimal-qərbində, Abşeron yarımadasının ortasında yerləşir, Sabunçu qəsəbəsi, Ramana kəndi, Digah və Məhəmmədi kəndləri ilə qonşudur. Şimal səmtindəki yüksəklikdə kəndi iki - “Yuxarı” və “Aşağı” - məhəlləyə bölən qədim qəbiristanlıq var. Balaxanının şimal hissəsi “Rzaqulu kəndi”, cənub hissəsi əhali tərəfindən “Canhüseyn məhəlləsi” adlanır. Kənd demək olar ki, bu günə qədər özünün ənənəvi plan-forma quruluşunu saxlaya bilib. Evlər bir-birinə yaxın, ensiz küçələr, ənənəvi həyətyanı sahələri, mövcud məhəllə sistemi ilə seçilir.

Kəndin adının mənası Qılman İlkinin “Bakı və bakılılar” kitabında qeyd olunub: “bala” - yuxarı, hündür, “xana” - ev deməkdir. Ardı »

Ümumi MelumatQrızlar

Qrız sözü haqqında əsası olmayan rəvayətlər söyləyənlər olmuşdur. Belə ki, Qrız- qrits sözü qırmaq feli ilə təsadüfən fonetik səsləşir və ona görə də bu rəvayətlər uydurmadır. Tök-tökmək, var-gəldi-gələcək-gəlir fellərinin qrız dilində təsnifatını və s. Verdikdə Q elementinə, daha doğrusu söz önlüyünə rast gəlinir. Həmin Q elementi yüksəklik, ucalıq, hündürlük, açıqlıq mənasını verir, Rit sisə hamar, cila mənasını verir. Cilalanmış daş ritsə-xud, cilalanmış taxta-ritsə-təxtə yer bildirir. Kəndin mövyeyinə görə belə adlanır. Qrızların tarixi demək olar ki, öyrənilməyib. Qədim yunan alimi Strabon özünün 17 cildlik Coğrafiya əsərində qeyd edir ki, Qafqaz Albaniyasında 26 alban tayfası yaşayır və həmin tayfalanın hamısı öz dilində danışır. Ardı »

Ümumi MelumatAzərbaycanda tolerantlıq

XX əsrin sonunu əsasən sosialist düşərgəsinin süqutu nəticəsində, dünyanın mövcud siyasi xəritəsinin dəyişməsi, habelə ictimai həyatın müxtəlif sahələri ilə bağlı bir sıra qlobal problemlərin yaranması və gərginləşməsi ilə səciyələndirmək olar. İqtisadi, ekoloji və demoqrafik problemlərlə yanaşı, əxlaqi-etik dəyərlərə lazımi diqqət yetirilməməsi nəticəsində mənəviyyat problemləri də kəskinləşmişdir. Bundan başqa, dünya dinləri arasında mövcud fərqlərə əsaslanan "sivilizasiyaların toqquşması" nəzəriyyəsi meydana çıxmış və öz tərəfdarlarını tapmışdır. Bəzi separatçı qruplaşmalar bir çox hallarda öz fəaliyyətlərinə bəraət qazandırmaq məqsədilə dini amildən istifadə edirlər.

Belə bir şəraitdə bəşər sivilizasiyanın müxtəlif mədəniyyətlərinin qorunması üçün dinlər və mədəniyyətlər arasında dialoqun yaranması böyük əhəmiyyət kəsb edir. Bu baxımdan tolerantlıq və Ardı »

Ümumi Melumat"Bakı Ağ şəhər"

"BAKI AĞ ŞƏHƏR" LAYİHƏSİ


"Bakı Ağ Şəhər" layihəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “2006-2010 illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planının” təsdiq edilməsi barədə fərmanının icrası çərçivəsində və Bakı Şəhər İcra Hakimiyyətinin 11 iyun 2007 il tarixli sərəncamına əsasən Azərbaycanda həyata keçirilən ən böyük miqyaslı şəhərsalma layihələrindən biridir.

Layihə, 221 hektar sahədə yerləşən şəhər mərkəzinin şərq hissəsinin (Qara Şəhərin) bərpa və inkişafı, həmçinin, Bakının yeni müasir mərkəzinə çevrilməsini nəzərdə tutur ki, bu da investisiyaların cəlb edilməsi üçün əlavə imkanlar yaradır.

"Bakı Ağ Şəhər" layihəsinin Baş Planı 10 universal şəhər tipli rayonun yaradılmasını nəzərdə tutur. Bu Ardı »

Ümumi MelumatAzərbaycan qalaları

Əzəmət, vüqar, yenilməzlik rəmzi olan qalalar xalqımızın öz torpağına necə möhkəm bağlı olduğunun daha bir göstəricisidir. Qız qalası, Ramana qalası, Mərdəkan qalası, Koroğlu qalası, Əlincə qalası və onlarca digər qalalarımız həm də yüksək tarixi memarlıq dəyərlərinə malikdir. El sənətkarlarımız özlərinin bütün sənət təxəyyülünü, arzu-istəklərini, xalqın bədii-estetik və mənəvi duyumunu qalalarda da əks etdirmişdir.
Azərbaycanda ən qədim qalalar sillop tikintiləridir.
Sillop tikintiləri Eneolit, ən çox Son Tunc, III Dəmir dövrələrinə aiddir. Erkən orta əsr qəsr və qalaları son sillop tikintiləri sayılır.
Sillop tikintilərinin adı qədim yunanlar tərəfindən əfsanəvi nəhənglərə (silloplara) aid edilən Migena mədəniyyəti tikilisinə verilmiş və Meqalit abidələrinə aid edilmişdir. Meqalit tikintilər təbii və Ardı »