Ümumi Melumat → Azərbaycanın inzibati-ərazi vahidləri
Azərbaycan xalqının inkişafında mühüm rol oynamış ölkənin inzibati ərazi quruluşu onun ərazi bölgüsünün coğrafi əsasını təşkil edir. Azərbaycanın yaşayış məntəqələrinin yaranması qədim zamanlardan başlayaraq mürəkkəb tarixi dövr keçmişdir. Hər bir tarixi dövrdə məskunlaşma sisteminin təşəkkülü, yüksəlməsi və tənəzzülü prosesləri baş vermiş və bunun üçün konkret iqtisadi-siyasi zəmin yaranmışdır. Mövcud olan sosialiqtisadi münasibətlərin dəyişməsi ilə birgə dövlətin inzibati ərazi quruluşu da dəyişmişdir. Hakimiyyətə gələn sinif özünə xas olan dövlət quruluşunu və ona uyğun inzibati ərazi bölgüsünü yaratmışdır.
Azərbaycanda ictimai quruluş dövlətlər, əmirliklər, bəylərbəyiklər, xanlıqlar, sultanlıqlar, vilayətlər, əyalətlər, quberniyalar, qəzalar, dairələr, mahallar və rayonlardan ibarət olmaqla bir neçə dəfə köklü surətdə dəyişmişdir. XVIII əsrin Ardı »