Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi MelumatOdlar Yurdu - Azerbaycan

Biz sizə ecazkar bir diyardan - Azərbaycandan, onun təkrarsız təbiətindən, çoxəsrlik mədəniyyətindən, tarixindən, bu diyarın qədim sakinlərindən - onun həyatından, müxtəlif mədəniyyətlərə və sivilizasiyalara məxsus elementləri ahəngdar şəkildə özündə birləşdirən adət və ənənələrindən söhbət açmaq istəyirik.

Azərbaycan coğrafi addır. Bu ad bir tərəfdən bu ərazidə eradan çox-çox əvvəl yaşayan əhalinin əksəriyyətinin atəşpərəst olması ilə bağlıdır. Yəni bu ərazidə yaşayan əhali odu allah sayırdılar, oda tapınırdılar. "Azər" - od, atəş deməkdir. O biri tərəfdən, Azərbaycan ərazisində qədim zamanlarda türk soylu "Azər" sözündəndir. "Azər" - "az" və "ər" tərkibindən ibarətdir. Türk dillərində "az"ın yaxşı niyyət, uğurlu tale kimi anlamları var. "Azər" - yəni Ardı »

Ümumi MelumatMilli valyuta

Yazı və ədəbiyyat mövzusuna həsr olunmuşdur.

Əskinas 120 x 70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur.Əskinasın üz tərəfində ədəbi simalar, qədim kitablar, dövlət himnindən parça çap olunmuşdur.Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri verilmiş,Azərbaycanın inkişaf tarixi – Qobustan qaya heroqlifləri, Orxon–Yenisey əlifbası, müasir yazımız çap edilmişdir.

Mühafizə elementləri:

Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.

Ardı »

Ümumi MelumatÜmid sənədir ancaq ,Azərbaycan əsgəri! | Qabil

Uzanır danışıqlar,imzalanır sənədlər.
Xəritədə aləmə göstərilir sərhədlər.
Səsimizə səs verir dünya başbilənləri;
Ümid sənədir ancaq,Azərbaycan əsgəri!

Dəyirmi masalarda izi var dirsəklərin,
Ağla sığan söhbəti,sözü var dəstəklərin.
Yardım bağlamasında özü var dəstəklərin,
Lap ləl-cəvahir olsun hər yardımın dəyəri.
Ümid sənədir ancaq,Azərbaycan əsgəri!!!!

Diplomat cənabların hər biri hörmətlidir.
Bu məqamda ölkəmə təşrifi qiymətlidir.
Səyi təqdirə layiq ,rəyi ədalətlidir.
Gözdən-nəzərdən salan kimdir ki,bu işləri?
Ümid sənədir ancaq,Azərbaycan əsgəri!!!!

İşğal altında qalır torpağımız-daşımız,
Nələr görmür gözümüz,nələr çəkmir başımız....
Qarışıb bir-birinə baharımız-qışımız.
Çadır göstərmək olub hər çatana peşəmiz.
Sərgi olmasın deyə bu Mil-Muğan düzləri,
Ümid sənədir ancaq,Azərbaycan əsgəri!!!!

Ali qonaqlar gəlir dünyanın hər yerindən.
Ürək yanır,göz dolur Şəhid qəbirlərindən.
Düşünüb daşınıram,özlüyümdə dərindən;
İntiqam ala bilməz,məzarları bəzəyən ehtiram çiçəkləri
Ümid sənədir ancaq,Azərbaycan əsgəri!!!!

Söhbətlər çözələnir,bir şey görünmür hələ,
Heyyətlər təzələnir,bir şey görünmür Ardı »

Ümumi Melumatİçərişəhərin arxeoloji abidələrinə səyahət

Hər tərəfdən yarımdairəvi qülləli möhkəm qala divarları ilə əhatələnmiş mülayim iqlimli, xoş mühitli və çox zəngin sərvətli Bakı şəhəri orta əsrlərdə Azərbaycanın inkişaf etmiş ticarət-sənətkarlıq və mədəni mərkəzi olmuşdur. Ölkənin sosial-iqtisadi və siyasi həyatından mühüm rol oynamaqla yanaşı karvan yollarının qovşağında yerləşən Bakı Azərbaycanın və qonşu ölkələrin şəhərləri ilə sıx iqtisadi-ticarət əlaqələri saxlayırdı. Xəzər sahilindəki buxtada yerləşən bu qədim şəhər fırtınalı küləklərdən qorunan yaxşı təchiz edilmiş liman tikililərinə, müvafiq relyef və dərinlikli körpülərə malik idi ki, bu da şəhərin bir sıra ölkələr arasında aparılan tranzit ticarətə cəlb olunmasını təmin edirdi. Ölkədə müxtəlif təsərrüfat sənaye və məişət sahələrinin intensiv inkişafı nəticəsində Bakı Ardı »

Ümumi Melumatİvanovka

İvanovka (rus. Ивановка) – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Sovet dövrüdən ölkədə qalan tək kolxoz.

İvanovka İsmayıllı rayonunun mərkəzindən 12-14 km cənub-qərbdə, Acınohur ön dağlığında yerləşir.Kəndin əsası 1847 – cı ildə çar hakimiyyəti dövründə Qafqaza köçürülmüş ruslar tərəfindən qoyulmuşdur.

Kəndin adı da onun yaradıcısı olan kəndçi İvan Perşinin şərəfinə qoyulmuşdur. Onlar tez bir zamanda özlərinə yurd salıb qurub, qonşuları olan azərbaycanlılarla yaxın dost münasibətləri qurmuşlar.

Kənddə yeni orta məktəb, kitabxana, xəstəxana, doğum evi, uşaq bağçası, elektron ATS var.

930-cı ildə İvanovkada o vaxtlar hər yerdə olduğu kimi «kolxoz» quruldu və o bu günki günə kimi öz fəaliyyətini davam etdirir. Ardı »

Ümumi MelumatAzərbaycanda din

Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi burada müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, islam və bir çox başqa dini inanclar ölkədə bu və ya digər dərəcədə yayıla bilmiş, bir-birinə qarşılıqlı təsir göstərmiş, dini həyatın özəlliyini şərtləndirmişdi.


Bütpərəstlik


Çoxallahlılıqla bağlı inancların məcmusu kimi bütpərəstlik ibtidai dinlərin zəminində yaranmışdır. Azərbaycan əhalisinin bütpərstlik təsəvvürlərinin kökləri çox qədimlərə gedib çıxır və animizm, fetişizm, totemizm, şamanlıqdan tutmuş tanrıçılığa qədər müxtəlif xalq inanclarını ehtiva edir. Filoloji və etnoqrafik araşdırmalar ölkə ərazisində bütpərəstliyin mənzərəsini yaratmağa imkan verir. Arxeoloji qazıntılar Xınıslı, Dağkolanı, Çırağlıda qədim tarixə malik iri daş bütlər, İsmayıllıda Ardı »

Ümumi MelumatDağ yəhudiləri haqqında

Azərbaycanda üç yəhudi icması — dağ yəhudiləri (Горские евреи), Avropa yəhudiləri-aşkenazi yəhudiləri(Ашкеназские евреи) və gürcü yəhudiləri icmaları vardır. Bütövlükdə ölkədə yəhudilərin sayı 16.000-dir. Bunlardan 11.000-i dağ yəhudiləridir ki, təxminən 6.000-i Bakıda, 4.000-i Qubada, min nəfəri isə başqa şəhərlərdə yaşayır.
Dağ yəhudiləri 5 yerli qrupa bölünür:
qaytağlılar (qаytoği) – Dağıstanın Qaytağı rayonu
dərbəndlilər (dərbəndi) — Dağıstanın Dərbənd rayonu
qubalılar (quboi) — Azərbaycanın Quba rayonu, əsasən Qırmızı qəsəbə
şirvanlılar (şirvoni) — Azərbaycanın şimal-şərqi, Şamaxı rayonunun keçmiş Müci kəndi, habelə Bakı
oğuzlular — Oğuz şəhəri, Gəncə, İsmayıllı, Şamaxı (təxminən 2000 nəfər).
Bəzən Nalçik və Qroznı yəhudiləri qrupunu da ayırırlar.

Tanınmış dağ yəhudiləri

Yekutiel («Kuti») Adam (Адам Иекутиэль)– döyüşdə həlak olmuş ən yüksək rütbəli Ardı »

Ümumi MelumatÖlülər incimirlər

Biz ölüyük. Bilirsiz nə vaxt ölmüşük? Yox bilmirsiz. Əlbəttə bilmirsiz. Hardan biləsiz?! Düzünü desəm də, deməsəm də heç özüm də bilmirəm. Niyə bilməliyəm ki?! Siz bilmirsiz, mən də bilmirəm. Biz heç nə bilmirik. Yalnız bir şeydən başqa. O da ölü olmağımızdı. Bax bunu mən də bilirəm, siz də. Fəlsəfəni zadı atın qırağa. Bir onu bilirəm ki, heç nə bilmirəm tipli zir-zibilllə beynimi xarab eləməyin. Bilirəm, eləyənlər olacaq. Axı hamınız ən azından filosofsuz. Hə, hər bir azərbaycanlı ən azından filosofdu. Həkim oldu, hüquqşünas oldu, jurnalist oldu fərq eləmir. O həm də filosofdu.

Belə götürəndə filosof olmağa nə var ee. Özünü ətraf aləmdən bir Ardı »