Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümumi MelumatNaftalanın əfsanəvi kəşfi

Azərbaycanın köksündə damarlarından sarı-qızılı qarışığı olan tünd qonuru rəngli qan axan bir ürək döyünür.
Bu naftalandır, yəni, “müalicəvi neft”.

Naftalanın tarixi qədimlərə, eramızın VI əsrinə gedib çıxır. O zamanlar indiki Naftalanın yerində tutqun, bulanlıq sulu gölməçələr mövcud idi. Bu yerlərdən yolu düşən tacir karvanlarının sahibləri dəvələrin bu gölməçələrdən su içməsinə icazə vermirdilər. Karvan sahibləri bu bulanıq gölməçələrin suyunun dəvələrin sağlamlığına ziyan vura biləcəyindən ehtiyatlanırdılar.

Bir dəfə bir hadisə baş verir və bu hadisədən sonra Naftalan haqqında əfsanələr bütün aləmə yayılır. Belə ki, keçmiş zamanlarda indiki Naftalan yerləşən ərazilərdən karvan keçirmiş. Bu karvanda olan dəvələrin içərisində zorla hərəkət edən, ayaqları üstə zorla dayanan bir xəstə Ardı »

Ümumi MelumatNardaran...

Bakının dənizkənarı kəndlərindən olan Nardaranda bir çox meyvə və tərəvəzlər yetişir. Yay mövsümündə buranın havası xüsusilə gözəldir. Ölkəmizin hər bir tərəfindən burada dəniz kənarı bağlarda dincəlməyə gələnlərin sayı həddən artıq çox olur. Hətta xarici ölkələrdən buraya gəlib bağlarda dincələn turistlər bu torpaqda bitən tut, əncir, üzüm (xüsusən ağ şanı), iydə və s. meyvələrdən yeyib dadından doya bilmirlər. Buranın havası barədə sadəcə onu qeyd etmək kifayət edər ki, bir fransız mesenatı ölüm ayağında olan və son günlərini Xəzər dənizi sahilində keçirmək istəyən qızı üçün burada uca bir ev tikdirir. Nardaranın dəniz havası qıza şəfa verir. Onun üçün inşa edilən tikilidən isə sonralar Ardı »

Ümumi MelumatAzərbaycanda təsviri sənət XX əsrin ikinci yarısında

Müharibədən sonra, 50 illərin ortalarında Azərbaycan təsviri sənəti bədii kamillik dövrünə qədəm qoydu. Bunun inkişafında keçirilən sərgilərin mühüm rolu olmuşdur.
SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü M.Abdullayevin tablolarında respublikanın geniş, rəngarəng panoramı təsvir olunmuşdur. Rəssamın «Axşam», «Mingəçevir işıqları», «Azərbaycan çöllərində» (triptix), «Sevinc» və s. əsərlərində əmək adamları məişət səhnələri lirik səpkidə verilmişdir. «Hindistan silsiləsi»nə görə M.Abdullayev beynəlxalq Nehru mükafatına (1970) layiq görülmüşdür. Xalq rəssamının çoxillik yaradıcılıq fəaliyyəti "Şöhrət" (1997), "İstiqlal" ordenləri ilə qiymətləndirilmişdir.

SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü xalq rəssamı T.Salahovun «Növbədən qayıdanlar», «Səhər qatarı», «Abşeron qadınları», «Yeni dəniz» tablolarında dövrün qəhrəmanlıq pafosu, Xəzərdə yüksələn polad adaların əzəməti duyulur. T.Salahovun yaratdığı «Bəstəkar Qara Ardı »

Ümumi MelumatAt muraddır

Azərbaycan xalqının milli qəhrəmanı Koroğlunun Qıratı azadlıq və haqq-ədalət uğrunda vuruşan bir millətin yüksək bədiiliklə səciyyələndirilən rəmzidir. Yəqin ki, «At igidin dostudur» xalq məsəli də döyüş meydanlarında yaranmışdır. Bədii ədəbiyyatda, folklorumuzda Azərbaycan atlarının təsvirinə tez-tez rast gəlirik. Böyük Nizaminin «Xosrov və Şirin» poemasında Şirinin çox sevdiyi «Gülgün», Qaçaq Nəbinin, onun silahdaşı Həcər xanımın xilaskarı «Bozat» dillər əzbəri olmuşdur.
El arasında deyildiyi kimi, at muraddır, at insanların sədaqətli dostudur. At həm də ən ali, ən dəyərli hədiyyədir...
Ötən əsrin əvvəllərində Şuşa xanı Böyük Britaniya kraliçasına Qarabağ cinsli «Zaman» adlı kəhər bağışlamışdır.
Makedoniyalı İsgəndər, İran hökmdarı Dara kimi sərkərdələr öz süvari qoşunlarını Qarabağ atları hesabına gücləndirmişlər. Ardı »

Ümumi MelumatŞəmkir rayonu

Şəmkir — Azərbaycanda rayondur. Azərbaycan Respublikasının şimal-qərbində yerləşir. Şəmkir rayonu (1991-ci ilədək Şamxor) 1930-cu ildə təşkil olunmuşdur.

Ümumi məlumat

Şəmkir haqqında tarixi məlumat...

Şəhər və iri qəsəbələrin adları

Şəmkir rayonunda 1 şəhər, 4 şəhər tipli qəsəbə, 59 kənd vardır.

Şəmkir haqqında tarixi məlumat...

Sərhəd rayonlar

Göygöl, Gədəbəy, Daşkəsən, Tovuz, Samux rayonları ilə həmsərhəddir.

Əhali

Şəmkir haqqında tarixi məlumat...

Ərazi

Şəmkir haqqında tarixi məlumat...

Tarix

Şəmkir toponiminin mənası haqqında müxtəlif mülahizələr mövcuddur. Orta əsr ərəb və fars mənbələrində Şəmkür, türk mənbələrində isə Şəmkür, Şəmkir kimi göstərilmişdir. 1924-cü ildə İstanbulda «Müxtəsər Azərbaycan tarixi» kitabının çap etdirən Zeynaloğlu bu adı aşağıdakı kimi izah etmişdir. Şəms-Günəş-Kür-Tapınan, yəni Günəşə tapınanlar yurdu deməkdir. Dilçi alim Cahangirov isə bu adı Ardı »

Ümumi MelumatAzərbaycan Respublikasının Dövlət Himni

28 may 1918-ci il tarixdə Azərbaycan istiqlaliyyəti elan olunduqdan sonra ADR-in Dövlət bayrağı və Dövlət gerbi ilə bərabər Dövlət himninin də yaradılması və qəbul edilməsi məsələsi qarşıya çıxdı.
"Himn" yunanca "təntənəli nəğmə" deməkdir. O, siyasi təbliğatda mühüm vasitə olmaqla müəyyən mütəşəkkillik və səfərbərlik rolu da oynayır. Himnin ifası əsasən bayram şən­likləri, siyasi nümayişlər, rəsmi dövlət qəbulları, hərbi paradlarda nəzərdə tutulur.
Dövlət himninin mətni və melodiyası xalqın bütün sosial təbəqələrinə asan anlaşılmalıdır.
ADR dövründə dahi bəstəkarımız Ardı »

Ümumi MelumatToy adətləri

Azərbaycanın milli toy adətləri — Azərbaycan mədəniyyətinin tərkib hissəsi. Əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid və zəngin bir adət sisteminə çevrilmişdir. Toy rəsmi nigah mərasimi olmaqla yanaşı bir-biri ilə bağlı tətənəli ənənələr ( qız bəyənmə, elçilik, nişanlılıq dövrü, toy öncəsi adətlər, toy və s.) sistemidir. Milli toy adətlərində azərbaycan xalqına xas olan bütün müsbət xüsusiyyətlər öz əksini tapmışdır.

Milli toy adət-ənənələrimiz həm başqa xalqların adətlərinə təsir etmiş, həm də özü digər xalqların mədəniyyətindən müəyyən elementlər götürmüşdür. Toy adətlərinə zəmanənin də təsiri hiss edilməkdədir. Son dövrlərdə toyların bir qayda olaraq xüsusi şadlıq saraylarında təşkil edilməsi, bəy-gəlin rəqsinin hazırlanması, mələk libasında Ardı »

Ümumi MelumatLaçın haqqında bilmədiklərimiz

Laçın əvvəllər Abdallar adlanıb, 1923-cü ildən şəhər statusu alıb və 1926-cı ildən Laçın adlandırılıb.

1930-cu ildə Laçın inzibati rayonu təşkil edilərkən Laçın şəhəri onun mərkəzinə çevrilib.

Məşhur hind şairi Əmir Xosrov Dəhləvinin həyatından bəhs edən mənbələrdə onun atasının soyadında «Laçın» sözü diqqəti cəlb edir.Onun adı belədir: Əmir Mahmud Şəms Laçın. Tarixi mənbələrdən aydın olur ki, onun ata-babası Hindistana Orta Asiyanın işğalı ilə əlaqədar gəlmişlər. O zaman «Laçın» türk tayfası Türkmənistanın cənubunda Kopetdağında məskunlaşmışdılar. Hindistanda yaşayıb-yaratmış, dövrünün ən böyük şairi Əmir Xosrov Dəhləvinin adında tayfasının adı göstərilmişdir.

«Laçın» türk tayfası XIII əsrin əvvəllərində Türkmənistanın cənubundakı ərazilərdə yaşayırdı. Monqolların hücumu zamanı Laçın tayfalarının bir hissəsi Azərbaycana Ardı »