Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azerbaycan EdebiyyatindanKor Qız

Allahdan heç vaxtı ümid kəsilməz
Sən özün bilirsən fələk nə sayır
Əgər şər deməsən xeyirdə gəlməz
Sabahın işini bilmək olmayır

Baxsada ətrafa heç nəyi görmür
Çox gözəl olsada gözləri kordur
Qəlbində var olan ümidlər sönmür
Ümidlər o qədər saysızdır çoxdur

Saçını tökübsən yenə yanına
Oturub özün üçün xəyal qurursan
Vurğunam qap qara kirpik qaşına
Sevgilim həyatım niyə susursan?

İlahi bu qədər gözəl qız olar
Sənə hər baxanda gözlərim dolar
Niyə gözlərin tutuldu sənin
Allahım gözləri açılsın nə olar

Hər gecə əlimi açıb Allaha
Sənin tək canına dua edərəm
İstəməm inanki girim günaha
İnanki mən səni atıb getmərəm Ardı »

Azerbaycan EdebiyyatindanBu Sönmüş Ocağa Külün Varmı,de...?

Hər kəs bir arzuyla çağlayıb coşur
Kimisi yolunu ,həddini aşır
Mən səni görəndə dil şeir qoşur
Bu coşan ilhama sözün varmi,de...?

Sorma kədərimi,sorma qəmimi
İndi anlamışam mən öz səhvimi
Yandırıb kül etdin sevən qəlbimi
Bu sönmüş ocağa külün varmı,de...?

Alnımda yazılan yazım bu imiş
Qışım isti keçib, yayım bu imiş
Dərd verdin.çox sag ol,payın bu imiş
Hələ soz deməyə üzün varmı,de...?

Qaranlıq gecəmə şökən canmısan ?!
Qara saçlarıma düşən dənmisən?!
Ömrümdən sevinci nədən silmisən?
Ömrümdə cığırın,izin varmı,de...? Ardı »

Azerbaycan EdebiyyatindanAy Yalanci...(Vahid Eziz)

Inanmisdim sozlerine,

Qelbindeki gozlerine,

Dunya qopsa gozlerine,

Gorunmerem ay yalanci!



Qoy ezablar menim olsun,

Sevgi sene qenim olsun,

Sozun imdad gunun olsun,

Burunmerem ay yalanci!



Men sene inandim,

Basina dolandim,

Her sozune qandim

Ne bileydim yalandi!



Ele bildim bagli dilin,

Meni oda saldi dilim,

Sensiz qalan ilk esqimin,

Dusmeniyem,ay yalanci!



And icirdin subh cagina,

Esqimizin ciragina,

Lap tanri olacagina,

Surunmerem, ay yalanci!!! Ardı »

Azerbaycan Edebiyyatindan31 YAŞIN ŞERİ

Təkəm lap otuzbir rəqəmi kimi.
Yel əsir əsəbdən titrəyir qapım.
Bir stol açmışam, süfrəmin üstə
bircə qab çatışmır – mürəkkəb qabı…

Vaxt axır, otuzbir yaş damcıları
aram-aram düşür hələ üstümə.
Elə üşüyürəm, O da yoxdu ki,
gəlib ƏLLƏRİNİ sərə üstümə.

Bu köhnə kirayə evin yiyəsi
yenə «qulağını» burur saatın:
– Fikirdən neçədə ayılacaqsan,
ay oğul, neçəyə qurum saatı? Ardı »

Azerbaycan EdebiyyatindanINDI KI...( Musa Yaqub )

Daha külə dönmüş soyuq ocaqdı,
Indi ki, istisi olmayacaqdi,
Indi ki,bəhrəsi olmayacaqdı
Nəyimə gərəkmiş bu sevda mənim,
Nəyimə gərəkmiş o iztirablar,
O dəli həsrətlər,ağir əzablar,
Nəyimə gərəkmiş o yoxuş,eniş,
Mən niyə bu yolu keçməliyəmmiş?
Sınanmaqdan ötrü,
Sinmaqdan ötrü.
Bəlkə dönüklüyün boz sifətini
Bəlkə bir inamın yıxılmagın
Görməkdən ötrümü
Yaşadım belə?..
Öyrənməkdən ötrü ,
Bilməkdən ötrü.
Vəfasız yükünü daşidim belə.Heyif,bir dönuyə
ömür sərfimə
Yolun bu başında iztirablarım,
Yolun bu başinda iztirablarim-
Hə, bu da dünyanın sevgi tərəfi,
Faydasız tərəfi,itki tərəfi,
Yəni ki,aldanmış ömür tərəfi.
Rəndəyə gəlməyə,yonqar olmağa,
Taleyin qurumuş agac tərəfi.
Sınanmaqdan ötrü,
Sınmaqdan ötrü
Elə öz odumda yanmaqdan ötrü
Nəyimə lazımmış o iztirablar,
O dəli həsrətlər,ağır əzablar! Ardı »

Azerbaycan EdebiyyatindanKefenim Etdin

Geydirdin mene beyaz gelinlik,
Bir anlig eyledin meni bextever.
Bilmedim bu sevinc qisa surecey,
Geydiyim gelinlik kefen olacaq.

Ne yatdig sevdiyim ne yuxu gorduy?
Elimde qalibdi xinanin izi,
Cixmayib yaddasdan toyumuz bizim.
Ne bileydik ki toy yasa donecey?

Axi deyirdin ki, anam atamsan,
Heyatda dayagim sen yoldasimsan.
Buraxmam deyirdin elini hec vaxt,
Ne oldu sen niye vefasiz cixdin?
Gelinlik donumu kefenim etdin? Ardı »

Azerbaycan EdebiyyatindanHəyat Məktəbi

Həyatda iyirminci sinifdəyəm,

Görəsən nə zaman diplom alacam?
Axının əksinə hey üzə-üzə,
Deyəsən, mən elə dərsdə qalacam.

Şagirdlər şənliyə yığışır yenə,
Hamıdan kənara qəsdən qaçıram.
Lövhə qarşısında tək ayaq üstə,
Səbəbi mən yenə dərsdən qaçıram.

Həyat məktəbində həvəssiz şagird,
Və elə tələsik qaçır zaman ki.
Gündəlik iki üç mən ala ala,
Tənbəl tələbəyəm həyata sanki.

Elə qazılır ki, doğruya yalan,
Siləcək beynimin divarın silmir.
Təbaşir yerinə qanla yazılır,
Bunu müəllimlər öyrədə bilmir.

Həyat dəftərimi mən yaza-yaza,
İçindən sevgini cırmaq istədim.
Dəli bir sinirlə, min etirazla,
Məktəb camlarını qırmaq istədim.

Və gördüm öyrəşir insan hər şeyə,
Bu həyat öyrədir sənə yalanı.
Axının əksinə üzsəmdə yalnız,
Dəyişə bilmərəm qaçan zamanı... Ardı »

Azerbaycan EdebiyyatindanSensiz

Chekirem hesret sevgiye
Sen yanimda yoxsan deye,
Eger sensiz qalacamsa,
Niye yasayiram niye??

Sensiz sixicidir heyat,
Ne gun kecir ne de saat
Yasaya bilmez can sensiz,
Ya get olsun ya gel yasat Ardı »