Azerbaycan Edebiyyatindan → Mənsiz Qalacaqdır Bu Dünya Bir Gün...
Mənsiz qalacaqdır bu dünya bir gün ,
Kiminsə gözünə yaş gələcəkdir .
Mənsiz qalacaqdır bu dünya bir gün ,
Bir daş qəmli-qəmli dikiləcəkdir .....
Dodaqdan gülüş tək silinər adım ,
Ömür - sonu gələn keçilən yoldur .
Dünya gəlişimdən xəbər tutmadı ,
Bəlkə gedişim də xəbərsiz oldu .
Köçüb gedəcəyəm günün birində ,
Hicran göyərəcək yerimdə mənim .
Kimlərinsə gizli cib dəftərində
Öləcək telefon nömrəm də mənim .
Qara çərçivədən baxacaq şəklim ,
Soyuq gözlərimdə daldalanar qəm .
Sinəmdə duyğu tək yatar əllərim
Oyadıb son şeri yaza bilmərəm .
Qara daş doğular ,
Soyuq , mən adda ;
Bir qadın hıçqırıb Ardı »