Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azerbaycan EdebiyyatindanNökər Olmuşuq

Yalan peymanlara aldanırıq biz,

Özgənin yasına şadlanırıq biz,
Başmızı salmışıq, fırlanırıq biz,
Fələyin çarxına təkər olmuşuq.

Varımız, yoxumuz oğurluq altda,
Oğurluq gizlənib doğruluq altda,
Belimiz əyilib ağırlıq altda,
Bir dünya şələni çəkər olmuşuq.

Hər gələnə ürək açanlardanıq,
Əlacsızlardanıq, naçarlardanıq,
Daima qovulub qaçanlardanıq,
Taleyin gəzdiyi şikar olmuşuq.

Hələ çox yaxşı ki, dilənmirik biz,
Sədəqə yeməyə öyrənmirik biz,
Vallah, hər şeyi də bəyənmirik biz,
Allah`a naşükür nökər olmuşuq. Ardı »

Azerbaycan EdebiyyatindanDEYİRƏM QÜRBƏTDƏNƏM

Noolsun bu vətəndənəm,
noolsun bu kənddənəm.
Soruşurlar haralısan,
deyirəm Qürbətdənəm.

Bu ruh bu cannan əlbirdi,
bu sümük bu dəriynən…
Gedən ömrə ƏL eləyir
saat öz KƏFKİRİYNƏN.

Bir ağır qəzaya düşdük
bir gündə, bir saatda –
Kimi maşın altda qaldı,
kimi Allahın altda. Ardı »

Azerbaycan EdebiyyatindanElxan_Elatli-Qisas Gecesi-IRELI DE KOMANDANIM

Sengerleri basaq kecek
Turk bayragin asaq kecek
Qoy qayitsin wohret wanim
Yeni tarix yazaq kecek
IRELI DE KOMANDANIM

Torpagimiz para-para
Qeyret cekir bizi dara
Vetenin koksu yara
Yarasina qurban canim.
IRELI DE KOMANDANIM

Qalib olduq zaman-zaman
Qalib olduq verdik aman
Duwmen kafir biz qehreman
Qehremandir her bir yanim
IRELI DE KOMANDANIM

Aldanmayaq siyasete
Arxalanaq biz qeyrete
Dunya gelsin qoy heyrete
Weref duysun birce anim
IRELI DE KOMANDANIM Ardı »

Azerbaycan EdebiyyatindanQOLLARIM GÖYLƏRDƏ KOR AĞACIDI

Ya ovçu əlindən, ya quş başından -
kim deyər hansından tələ dartılır?..
Onunçun düşmür ki yerinə heç nə,
hər şey bu dünyada belə dartılır.

Ax, bu qara baxtın o ağ saçları
göründü altında qızıl tacların…
Yel əyə bilməzdi bu ağacları,
yarpaqlar özləri yelə dartılır.

Öldüm sevdasından bar ağacının…
Qollarım göylərdə kor ağacıdı…
Kəndiri rezinmiş dar ağacımın -
bəxtəvər başıma, hələ dartılır!.. Ardı »

Azerbaycan EdebiyyatindanAna

Ey dünya, səsimə səs verin mənim,
Anadır həyatda mənim həmdəmim
Anadır sevincim, anadır qəmim,
Mənim həyatımda elə anadır.

Ana əyilməzdir, ana müqəddəs
Qoy bütün dünyaya yayılsın bu səs!
Bir insan havasız yaşaya bilməz,
Bizə havadan da vacib anadır.

Uşaqkən qədrini bilmirdim sənin
Öpməzdim ağarmış telindən ana.
İndi can üstəsən nə mənası var,
Yüz kərə öpsəmdə əlindən ana. Ardı »

Azerbaycan EdebiyyatindanGÜNDÜZDÜ, QARANLIQ İÇİNDƏN KEÇİR

Hər gün ad günüdü dünyada bəlkə –
hər gün bu dünyada il tamam olur.
Gündüzdü qaranlıq içindən keçir,
yalandı deyirlər ki, axşam olur.

Gecə ki yuxuda axşam görürsən,
səhər gündüz olur – yuxun çin çıxır…
Yatırsan ayılıb xoş gün görəsən,
ayılıb görürsən yenə gün çıxıb.

Baxdım, nə qapısı, nə bacası var,
baxdım çöl-bayırı görməyən evə:
Bəs axşam haradan girir qaranlıq
gündüz gün işığı girməyən evə? Ardı »

Azerbaycan EdebiyyatindanQizim Olsun Isteyirem

Qizim olsun, isteyirem,
Gozelliye qalanda o,
Anasi tek, gozel olsun.
Anasina oxsayarsa,
Qizim gerek, gozel olsun.
Alim onu qucagima,
Baxim onun gozlerine,
Baxmagdan doymasin gozum,
Ondan yazan her bir sozum,
Tesvir etsin gulusunu,
Men durub izleyim onun,
Asta-asta yerisini,
Ondan cekmeyim gozumu,
Xosbext hiss edim ozumu.

Qizim olsun isteyirem,
Biraz sirin, biraz seker,
Baxim onun gul uzune,
Axsamdan sehere qeder,
Durub ona baxanda her,
Sevinc dolsun ureyime,
Alib qelemi elime,
Seir yazim meleyime.

Qizim olsun isteyirem,
Heyatima gelsin qonag,
Olsun qem-kederden uzag,
Duz omrumun sonunacan,
Mene "ata" soyleyende,
Men de soyleyim ona "can",
Alib onu qucagima,
"Menim sirin qizim"-deyim,
Parlayan Ardı »

Azerbaycan EdebiyyatindanQaytar Ana Borcunu!!

Bir gozel bir sevimli ogul boyutdu ana
O bed ugursuz gunu erinin olduyunu,
Bildirmedi hec ona..
Kederi dalga-dalga doldusada ureye
Lakin ne sac yolaraq verdi esen kuleye ne wiven etdi ana..
Ureyinde aglayib, gulmey oyretdi ona...
Dozerek davaninda derdine belasina
Oz bogazindan kesib yedirtdi balasina.
Bir ogul boyutdu kur catmaqaw gen sine.
Bir ogul boyutdu ki ogul deyirem sene.
Atlini atdan salir,kuleklerle doyuwur.
Baxiwindan qizlarin ureyine od duwur.
Bir ogul boyutdu ki ogul mekteb bitirdi,
Ogul ali mektebe qizil medalla girdi..


Ana fikirlewdi ki gor nece aya getdi?
Ana yuxularinda tez tez Bakiya getdi.
Ana mektub yazirdi yaniltma gumanimi
Pul nedir pul deyirsen gondererem canimi.
Ne zaman ki oglunun getdiyi 4 il oldu,
Mektublari kesildi gelmedi tetil oldu.
Anani fikir aldi Ardı »