Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azerbaycan EdebiyyatindanAyrildiq

Xeyalin goylerden torpaga enib,
belke de taleyin gulecek senin.
Nifretim bir yazipozana donub,
adini qelbimden silecek senin.

Urekde bir kovrek xatire izi,
axir ki, menzilin sonuna geldik.
Biz duyun salmisdiq taleyimizi,
yaxsi ki, vaxtinda acila bildik.

Yamanca itirdik gunlerimizi,
eh, daha itirmek qorxusu yoxdur.
Kulekler sovurdu gullerimizi,
yolunmus leceyin qoxusu yoxdur.

Geceni gunduze qatib gedirdik,
bu da omrumuze bir yazi imis.
Umid isigini tutub gedirdik,
catanda gorduk ki, qurd gozu imis.

Gunleri incitek salib itirdik,
ne qeder axtardiq tapa bilmedik.
Bir cevre xettini tutub gedirdik,
ha getdik, sonuna cata bilmedik.

Urekde bir kovrek xatire izi,
axir ki, menzilin sonuna geldik.
Biz duyun salmisdiq taleyimizi,
yaxsi ki, vaxtinda acila bildik.

Ayrilib gedirsen… Dolur gozlerin,
sonuncu nidatek qirilir sesin.
Bari bundan bele senin Ardı »

Azerbaycan EdebiyyatindanSagliginda Qiymet Verin Insanlara!!!

Bir arzum var, ay adamlar,
qoyun deyim,
Sağlığında qiymet verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.
Yalnız, yalnız sağ olanda,
Hər kes esl qiymetini biler onda;
Bu sözlerim düz olmasa töhmet edin.
Sizden rica eleyirem milyon kere,
Şairlere sağlığında hörmet edin,
Sağlığında heykel qoyun ölmezlere...
Geleceye çox da ümid bağlamayın,
Sözünüzü sonralara saxlamayın.
Zehlem gedir sonralardan,
Vaxtsız dinen zurnalardan,
Boşboğazdan, avaradan,
Toydan sonra nağaradan.
Sağlığında sevindirin temizleri,
Siz heyatda bu amalla addımlayın.
Sağlığında ifşa edin xebisleri,
Satqınlara sağlığında satqın deyin,
Tülkü deyin tülkülere,
aslan deyin aslanlara;
Sağlığında qiymet verin insanlara...
Her kes bilsin öz yerini
nece sağdır,
Bu, pislerin heyatını qısaltmaqdır,
Yaxşıların heyatını uzatmaqdır...
Bu nedendir ölen kimi, qelbimizde
Adamlara sevgi, hörmet aşıb-daşır.
Ölen kimi yaxşılar da yaxşılaşır,
Yamanlar da yaxşılaşır...
Çirkinler de temiz olur ölen kimi...
Yadlar bele eziz olur Ardı »

Azerbaycan EdebiyyatindanNECƏ ÖLÜRSÜZ, DOSTLAR?

Xoş gördük, qulluğunda
çayçı duran dostlarım…
Təkcə dizinin aşığı
alçı duran dostlarım.

Uduşda qəbir qoyulan
bu oyun bitmir hələ:
yaş üstünə yaş yığırıq,
xalımız çatmır hələ.

Gör haçandı görüşmürük,
necəsiz, əziz dostlar?
İndi necə yaşayırsız,
necə ölürsüz, dostlar? Ardı »

Azerbaycan EdebiyyatindanTitrədi ürəyim Yarpaqlar Kimi

Gözlərim dalınca süründükcə hey,

Xəyalın gözümdə dumana döndü.

Bir anlıq xəyala qərq olduqca gör

Fikirlər dəryada ümmana döndü.

***

Susdu arzular da, susdu ürək də,

Sükut yuxusuna getdi həyat da.

Bir insan taleyi güldü bəlkə də,

Bir insan taleyi söndü o anda.

***

İsti otağımda üşüdüm tir-tir,

Sükutdan ayılmış, əsən yel kimi.

Sənli xatirələr beləcə bir-bir,

Axdı yanağımdan qanlı sel kimi.

***

Titrədi ürəyim yarpaqlar kimi,

Elə bil qəlbimdən bir daş asıblar.

Suya həsrət qalmış dodaqlar kimi,

Bir içim suya da həsrət qoyublar.

***

Ömrümdə çox olub susmuş saatlar,

Saatın susmağı günahdır vallah.

Neçə insan yükün daşıyırsa da,

Sükut yuxusuna qərq olmuş o da.

***

Bu sükut bir qəflət yuxusu imiş,

Susdurdu qəlbimi dinməmək üçün.

Bəlkə də bir qəlbin qorxusu imiş,

Ayıltdı yuxudan ölməmək üçün.

***

Kim bilir, bəlkə də qəlbimdən Ardı »

Azerbaycan EdebiyyatindanRAMİZ RÖVŞƏN

Tənhalıq başlayır burdan o yana,
Keçdikcə keçilməz, atam balası.
Ayları, illəri tutsan boyuna,
Çayları, çölləri tutsan boyuna,
Ölçdükcə ölçülməz , atam balası.

Daha çoxlarıyla aram sərinlər,
Çoxları boynuma sevinməz daha.
23 yaşımda məni sevənlər
33 yaşımda sevəmməz daha.

Mən axı nə Çöləm, nə Yol, nə küçə,
Mən axı hamının ola bilmərəm.
Məni sevənlərdən ötrü ölüncə
23 yaşımda qala bilmərəm.

Nə qədər sözlər var sözümdən cavan,
Daha çığırmağa nəfəsim gəlmir.
Daha bu dünyada özümdən cavan
Şeirlər yazmağa həvəsim gəlmir.

Kiriyir, yumşalır şeirlərim də,
Qocalır misralar, sözlər mənimlə.
Dostlar Ardı »

Azerbaycan EdebiyyatindanQORXUT UŞAĞINI SALAM ƏMİYNƏN

Sancıldı köksünə oxun itisi –
hayıf pozdu köynəyinin ütüsün…
Arzum yox, pulum yox, nəzir qutusu
mən nə niyyət tutum, nə salım sənə?...

Həkiməm xalatım kəfən, qəm iynəm,
qorxut uşağını Salam əmiynən…
Qollarım bağlanıb qopuz simiynən,
həə, ərə gedən qız, nə çalım sənə?

Boğulub üzürəm, batıb gedirəm…
Başımı əsa tək tutub gedirəm…
Səni həmişəlik atıb gedirəm,
işdi dönər olsam, nə alım sənə? Ardı »

Azerbaycan EdebiyyatindanMəni ölümlərə Sürür Sənsizlik !

Həyat öz qoynuna alsa da bizi
Ayırdı döyünən ürəyimizi
Bəlkə…bilməmişdir hisslərimizi ?!
Gözümdən yaşları süzür , sənsizlik,
Məni ölümlərə sürür sənsizlik !
Ömür ki, qısadır sevgimiz kimi
Dəniz də coşqundur , qəmimiz kimi
De mənə aldadır axı kim-kimi ?
Ləpə sahilimdə üzür sənsizlik
Məni ölümlərə sürür sənsizlik !
Baxışın qəlbimi oda salıbdır
Eşqin xəyalımda sənlə dalıbdır
Eşitsən əzrayıl başım alıbdır….
Xəyalın başımda dönür sənsizlik
Məni ölümlərə sürür sənsizlik !
Daim gizli qaldı səni sevdiyim
Bilmirəm hicranla qalıb neyliyim
Sevgim məzaramı qalsınmı deyim ?!
Məncə günah olar bürür sənsizlik
Məni ölümlərə sürür sənsizlik ! Ardı »

Azerbaycan EdebiyyatindanGƏZİRİK BİR ATIN ÜSTDƏ PİYADƏ

Bu əyri dünyanın xəritəsini
yapışdır bəzək tək düz divarına…
Qələmi mıx kimi çalıb durmuşam,
asmağa şey yoxdu söz divarına.

Saqi, bu quyudu, yoxsa ki badə?..
Gəzirik bir atın üstdə piyadə…
Buğda dırmaşdırır min ildi Adəm
Həvvanın uçulmuş qız divarına.

Bir böyük ölüm ver, qoy bəsim olsun…
Çörək - daşdan çıxan nəfəsim olsun…
Hər evin xatirə lövhəsi olsun -
hər kəs mismarlansın öz divarına. Ardı »