Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şairlər və YazıçılarRedyard Kiplinq

Cozef Redyard Kiplinq (ing. Joseph Rudyard Kipling; 30 dekabr 1865, Bombey — 18 yanvar 1936, London), ingilis yazıçısı, şairi və novellaçısı, Ədəbiyyat üzrə Nobel mükafatını almış ilk ingilis (1907) ("Müşahidə etmək bacarığına, parlaq fantaziyasına, ideya bitkinliyinə və rəvayətçilik istedadına görə"). 1907-ci ildə Kiplinq həm də Paris, Strasburq, Afina və Toronto universitetlərinin mükafatlarını alıb. Yazıçı eləcə də Oksford, Kembric, Edinburq və Darem universitetlərinin fəxri adlarına layiq görülüb. Ən məşhur əsərləri "Cəngəlliklərin kitabı" (The Jungle Book), "Kim" (Kim) və "Sonuncu nəğmə oxunuşu" (Recessional) sayılır.

Kiplinqin əsərlərinin metaforalarla zəngin dili ingilis dilinin xəzinəsini xeyli zənginləşdirmişdir.
[redaktə]
Həyatı

Cozef Redyard Kiplinq Hindistanda, Bombey Gözəl Sənətlər məktəbinin rektoru Con Lokvud Ardı »

Şairlər və YazıçılarNikolay Qoqol

Nikolay Vasilyeviç Qoqol (rus. Николай Васильевич Гоголь; 20 mart (1 aprel) 1809, Bolşıye Soroçintsı, Poltava quberniyası - 21 fevral (4 mart) 1852, Moskva) — görkəmli yazıçı, dramaturq, şair, tənqidçi, publisist. Rusiya və Ukrayna ədəbiyyatının klassiki hesab edilir.Mündəricat [gizlə]
1 Həyatı
2 Təhsil dövru
3 İş dövru
4 Yaradıcılığı
5 Qaynaq
6 Xarici keçidlər

[redaktə]
Həyatı

Nikolay Vasilyeviç Qoqol 1809-cu ilin mart ayının 19-da Malorusiyanın Poltava quberniyasında, Soroçi qәsәbәsindә anadan olmuşdur. Qoqolun atası Malorusiyanın xırda mülkәdarlarından olub xoş xasiyyәt, eyş-işrәt sevәn duzlu bir şәxs imiş ki, vaxtının çoxunu kefdә-damağda keçirirmiş. Anası isә sadәdil bir qadın imiş ki, hәr sözә inanarmış, çox vaxt ibadәtә mәşğul olarmış vә bәzi vaxtları da Ardı »

Şairlər və Yazıçılarİsa Muğanna

İsa (Muğanna) Hüseynov — yazıçı, ssenarist və kinoredaktor.

Həyatı

İsa Hüseynov 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945), 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Burada 4 illik təhsilini başa vurub və Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri (1960-1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor (1964-1968), redaktor (1968-1974), Ssenari şurası üzvü (1974-1979), Azərbaycan Kinamotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.

Ədəbi fəaliyyətə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap Ardı »

Şairlər və YazıçılarRafiq Oday

[color=#173bd3]Rafiq Oday (Bayramov Rafiq Hüseyn oğlu) - şair, publisist, "Həsən Bəy Zərdabi" və "Qızıl qələm" mükafatları laureatı
[redaktə]
Həyatı

23 iyul 1960-cı ildə Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1977-ci ildə Bakı 2 №-li tibb texnikumuna daxil olmuş, 1982-ci ildə təhsilini başa vurmuşdur. Təhsil arası (1978-1980-ci illər) Sevostopol şəhərində hərbi xidmətdə olmuşdur.

1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Orta məktəb illərindən rayonda nəşr olunan «İşıqlı yol» qəzetində məqalələri çap olunsa da, «Vətən gəz» adlı ilk mətbu şeri 1983-cü ildə «Sovet Nax¬çıvanı» («Şərq qapısı») qəzetində dərc olunmuşdur. Rayonda nəşr olunan «İşıqlı yol» qəzetində ictimai əsaslarla «Xalq yaradıcılığı və incəsənət» şöbəsinin müdiri Ardı »

Şairlər və YazıçılarMəmmədağa Sultanov

[color=#fe8c8c]Məmmədağa Sultanov — tərcüməçi, şair, ədəbiyyatşünas, 1959-cıı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1967), filologiya elmləri namizədi (1948), baş elmi işçi (1982), müharibə və əmək veteranı.
[redaktə]
Həyatı

Sultanov Məmmədağa Sultan oğlu - 1910-cu il yanvarın 5-də Cənubi Azərbaycanın Ərdəbil şəhərində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəlikcə Bakıya köçmüşlər. İbtidai məktəbi qurtardıqdan sonra fərdi təhsil almışdır.

1991-ci il yanvar ayının 19-da Bakıda vəfat etmişdir.
[redaktə]
Fəaliyyətləri

"Hücum" jurnalının məsul katibi (1932- 1933), Kürdəmir rayonu MTS siyasi şöbəsinin orqanı "Bolşevik" qəzetinin redaktoru (1933- 1935), Masallı rayonu qəzetinin redaktoru (1935]]-1936]]), "Gənc işçi" qəzetinin məsul katibi (1936-1937), "Kommunist" qəzeti redaksiyasında elm və mədəniyyət şöbəsinin müdiri (1937- 1938), mühəndis Ardı »

Şairlər və YazıçılarRasim Qaraca

[color=#c238dd]Rasim Qaraca — yazıçı, jurnalist.Mündəricat [gizlə]
1 Həyatı
2 Kitabları
3 Filmoqrafiya
4 Həmçinin bax
5 Xarici keçidlər

[redaktə]
Həyatı

Rasim Qaraca 18 fevral 1960-cı ildə Əli Bayramlı şəhərində anadan olub. 1985-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Bir müddət "Mayak" və "İşıq" qəzetlərində işləyib. 1990-cı ildə Əli Bayramlıda (indiki Şirvan şəhəri) Azad Yaşar və İsmayıl Bayramoğluyla birlikdə "BACA" ədəbiyyat dərnəyini yaradıb, dərnəyin qeyri-rəsmi mətbuat orqanı olan "Yaşıl söz" bülletenini çap etdirib. 1994-2000-ci illərdə Rusiyada yaşayıb. 2000-ci ildən Bakıda yaşayır. 2002-ci ildə onun təşkilatçılığı ilə Azad Yazarlar Ocağı yaradılıb. 2001-2008-ci illərdə bu quruma rəhbərlik edib. 2002-ci ildən R.Qaracanın redaktoru olduğu "Alatoran" həftəlik ədəbiyyat-sənət bülleteni "Ədalət" qəzetinin Ardı »

Şairlər və YazıçılarQafar Kəndli

Qafar Kəndli Herisçi (1925 - 24 may 1997) — Ədəbiyyatşünas, publisist, nasir.
Həyatı

Qafar Kəndli Təbriz şəhərində anadan olmuşdu.

Qafar Kəndli Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri vəzifəsində çalışmışdı.

Xaqani irsinin tədqiqi ilə ardıcıl şəkildə Qafar Kəndli məşğul olmuş, ölkəmizdə və xaricdə şair haqqında bir sıra sanballı məqalələr dərc etdirmişdir. O, uzun illərdən bəri apardığı tədqiqatın bir hissəsini "Xaqani Şirvani: həyatı, dövrü və mühiti" adı ilə nəşr etdirmişdir. Zəngin faktik material əsasında yaradılan bu tədqiqat işi bütünlüklə klassik irsin öyrənilməsində yeni hadisədir. Ardı »

Şairlər və YazıçılarÜmgülsüm Sadıqzadə

Ümgülsüm Əbdüləziz qızı Sadıqzadə Azərbaycan şairəsi Seyid Hüseyn Sadiqnin həyat yoldaşı
[redaktə]
Həyatı

Ümgülsüm Əbdüləziz qızı Sadıqzadə 1899-cu ildə Bakının Novxanı kəndində ruhani ailəsində anadan olmuşdur.

S.Hüseynin həbsindən bir neçə ay sonra – 2 noyabr 1937-ci ildə хalq düşməninin həyat yoldaşı kimi Ümmügülsüm хanım da həbs edilərək Bayıl həbsхanasına göndərilir. Bir müddət sonra Ümmügülsüm хanım 8 il həbs cəzasına məhkum edilərək, MTN sənədlərinə əsasən 1938-ci ildə Temlaq İslaq əmək Düşərgəsinə göndərilir. Şəхsi sənədlərində isə göstərilir: ―… Həbs cəzasına məh-kum olunaraq Mordva Avtonom Respublikasının Yavas qəsəbəsindəki islah – əmək düşərgəsinə göndərilib…‖. Həmin sənədlərdən aydın olur ki, Ümmügülsüm хanım düşər-gədə tikişçi işləmiş və verilən tapşırıqları artıqlaması ilə Ardı »