Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şairlər və YazıçılarOruc Əliyev

Oruc Söhrab oğlu Əliyev - tədqiqatçı
[redaktə]
Həyatı

1949-cu il noyabr ayının 10-da Azərbaycanın zəngin folklor mühitlərindən olan Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. O, 1967-ci ildə orta məktəbi, 1974-cü ildə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Oruc Əliyev 1981-1984-cü illərdə AEA-nın Ədəbiyyat İnstitutunda aspiranturada oxumuş, 1988-ci ildə «Azərbaycan sehrli nağıllarının ideya - bədii xüsusiyyətləri» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Azərbaycan folklorşünaslığında az öyrənilmiş bir elmi problemə həsr olunmuş bu elmi - tədqiqat işi sehrli nağılların ideya - bədii xüsusiyyətlərinin öyrənilməsi sahəsində son dərəcə orijinal bir tədqiqat işi idi. Alim uzun illərdir ki, «Azərbaycan nağıllarının poetikası» Ardı »

Şairlər və YazıçılarSabir Adil

Sabir Adil (Sabir Xasay oğlu Əhmədov) - Azərbaycan Yazıçılar İttifaqının üzvü, Teatr Xadimləri İttifaqının üzvü, Kinomatoqraflar ittifaqının üzvü.
[redaktə]
Həyatı

Sabir Xasay oğlu Əhmədov 1950-ci il may ayının 10-da Azərbaycanın Göyçay rayonunun Bəydövül kəndində anadan olmuşdur. Orada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır (1969-1974).

Sonra C.Cabbarlı adına kinostudiyada senarist, H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında ədəbi hissə müdiri, Azərbaycan Yazıçılar Birliyində məsləhətçi, həmçinin müxtəlif mətbuat orqanlarında işləmişdir. Tələbəlik illərindən ədəbi fəaliyyətə başlamışdır.

Onun senarisi əsasında "Papaq" ("Evlənmək istəyirəm") bədii fılmi çəkilmişdir.

Şerləri və digər yazıları "Azərbaycan", "Ulduz", "Qobustan" jurnallarında, "Ədəbiyyat" qəzetində və digər mətbuat orqanlarında çap olunmuşdur.

"Üz tutduğum adamlar" (1986), "Ağlayan divarlar" Ardı »

Şairlər və YazıçılarRəfael Hüseynov

[color=#f82e00]Hüseynov Rafael Baba oğlu — Görkəmli ədəbiyyatşünas, tanınmış ictimai xadim, yazıçı, publisist, tərcüməçi, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Millət Vəkili, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Filologiya elmləri doktoru, Professor.Mündəricat [gizlə]
1 Həyatı
2 Əsərləri
3 Filmoqrafiya
4 Tərcümələri

[redaktə]
Həyatı

1955-ci il avqustun 12-də Kürdəmir şəhərində anadan olmuşdur. Burada 12 saylı şəhər orta məktəbini bitirmişdir (1971).

Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində fars fılologiyası ixtisası üzrə təhsil almışdır (1971-1976).

Əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun fəlsəfə tarixi şöbəsində başlamışdır (1976-1978).

Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində kiçik elmi işçi (1978-1982), həmin institutun Orta əsrlər şərq yazılı mənbələrinin tədqiqi və nəşri Ardı »

Şairlər və YazıçılarTeymur Atəşli

Teymur Mustafa oğlu - şair.
[redaktə]
Həyatı

Teymur Atəşli 1923-cü ildə Bakı şəhərində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin alman filologiyası şöbəsinə daxil olmuşdur (1939). İkinci Dünya müharibəsi başlananda ikinci kursda ikən səfərbərliyə alınıb cəbhəyə göndərilmişdir. Əsir düşmüş, bir müddət hərbi düşərgələrdə qalmışdır. Azad ediləndən sonra Türkiyəyə gedib Anadoluda Adapazarı şəhərində məskən salmışdır. Bura gəldiyi ilk gün "Aç qoynunu, ana Vətən" adlı şerini yazır. Adapazarı şəhər bələdiyyəsində çalışır, məhkəmələrdə tərcüməçilik, məhəlli qəzetlərində əməkdaşlıq edir. Bu dövrdə "Stalinqrad cəhənnəmində 95 gün çarpışan türk" adlı döyüş xatirələrini qələmə alır. "Arşın mal alan", "Məşədi İbad" əsərlərini tamaşaya qoyur, özü də aktyor kimi çıxış Ardı »

Şairlər və YazıçılarHənəfi Zeynallı

Zeynallı Hənəfi Baba oğlu – müəllim, ədəbiyyatşünas, Azərbaycan şifahi xalq ədəbiyyatının ilk tədqiqatçılarından biri.
[redaktə]
Həyatı

Hənəfi Zeynallı 1895-ci ildə Bakıda dəmirçi ailəsində anadan olmuşdur. 1916-cı ildə Bakıdakı Orta Politexnik məktəbini bitirmiş və elə həmin il müsabiqə imtahanını müvəfəqiyyətlə verərək İmperator Texniki Peşə məktəbinə daxil olmuşdur. 1917-ci ildə fevral inqilabından sonra təhsilini yarımçıq qoymuşdur.

H.Zeynallı 1922-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş, oranı 1927-ci ildə bitirmiş və təyinatını Şərq fakültəsinin Azərbaycan türk ədəbiyyatı tarixi kafedrasına, sonra isə Azərbaycan Pedoqoji İnstituna almışdır. 1930-cu ildə dosent olmuşdur. 1923-cü ildən Azərbaycan Dövlət Nəşriyyatının əsas yaradıcılarından biri kimi fəaliyyət göstərmiş və oranın baş redaktoru vəzifəsində çalişmışdır. 1923-1931-ci illərdə Azərnəşrdə Ardı »

Şairlər və YazıçılarVaqif İbrahim

İbrahimov Vaqif Əliyar oğlu (Vaqif İbrahim) — şair, 1979-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1976), M.Qorki adına Ümumittifaq mükafatı laureatı (1978).
[redaktə]
Həyatı

Vaqif İbrahim 1945-ci il sentyabrın 30-da Şəki şəhərində doğulmuşdur. Burada orta təhsil aldıqdan sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə jurnalist kimi başlamışdır. Sumqayıt şəhər radio verilişləri redaksiyasında redaktor (1968-1970), məsul redaktor (1971-1975), Əli Kərim adına Sumqayıt gənclik poeziya klubunun sədri (1970-1971), "Ulduz" jurnalı redaksiyasında ədəbi işçi (1975-1976), "Göyərçin" jurnalının məsul katibi (ömrünün sonuna qədər) olmuşdur. Eyni zamanda 1980-1983-cü illərdə Azərbaycan LKGİ MK nəzdində gənc yazıçıların respublika ədəbi birliyinə rəhbərlik etmişdir. Azərbaycan komsomolunun Ardı »

Şairlər və YazıçılarBəhlul Abdulla

Abdullayev Bəhlul Ağabala oğlu — ədəbiyyatşünas, tənqidçi, folklorşünas, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1989), Əməkdar elm xadimi (2000), Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Xəzər Universitetinin professoru, Xəzər Universiteti nəzdində Dünya məktəbinin müəllimi.

Həyatı

Bəhlul Abdulla 1940-cı il aprelin 27-də Lerik rayonu Zuvand bölgəsi Lələhiran kəndində kolxozçu ailəsində anadan olmuşdur. Biləsuvar rayonunda orta məktəbi bitirmişdir (1958). Sumqayıt sənaye müəssisəsində aparatçı işləmişdir (1958-1959). Ordu sıralarında xidmət etmişdir (1959-1961). Yenidən Sumqayıt sənaye müəssisəsində elektrik kimi çalışmışdır (1961-1962). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1962-1967). Biləsuvar şəhəri Nizami adına orta məktəbində dil-ədəbiyyat müəllimi olmuşdur (1967-1971). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Ardı »

Şairlər və Yazıçılarİlyas Əfəndiyev

Əfəndiyev İlyas Məhəmməd oğlu (1914-1996) – nasir, dramaturq, 1940-cı ildən AYB-nın üzvü, Azərbaycanın Əməkdar incəsənət xadimi (1960), Azərbaycan Dövlət Mükafatı laureatı (1972), Azərbaycanın xalq yazıçısı (1979).

Həyatı

Poçt markası (1997).

İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 28-də Qaryagində (indiki Füzuli şəhəri) tanınmış və hörmətli tacir ailəsində anadan olmuşdur. Nəsilliklə oxumuş ruhani və varlı tacir ailəsindən çıxmış Məhəmməd kişi 1884-cü ildə anadan olmuşdur. Onun ata-babası bütün Qarabağda tanınan, kasıba, yoxsula əl tutan, xeyirxah və alicənab adamlar idilər. Bu ailənin bir qolu tacir nəslinə mənsub olub alqı-satqı işlərilə məşğul olmuşdur. Digər qolu isə ruhani təhsili almış, savadlı axund və üləmalardan ibarət idi.

Yazıçının Ardı »