Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şairlər və YazıçılarRamiq Muxtar

[color=#03939b]Ramiq Muxtar - şair-dramaturq, Prezident təqaüdçüsü.
[redaktə]
Həyatı

Ramiq Muxtar 1942-ci il, sentyabrın 5-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 11 yaşından bədii yaradıclıqla məşğul olub, şeirləri dövri mətbuatda tez-tez çap olunub.

"Üfüqlər qızaranda", "Əlvida, köhnə dünya", "Doğma səmanın ulduzları" və digər pyesləri Bakı, İrəvan, Naxçıvan, Qazax Dövlət Dram teatrlarında uğurla tamaşaya qoyulub.

Nəğməkar şairin sözlərinə 120-dən artıq mahnı bəstələnib. Son 15 il ərzində respublikada keçirilən hərbi vətənpərvərlik mövzusundakı müsabiqələrdə onun sözlərinə bəstələnən mahnılar 8 dəfə birinci mükafata layiq görülüb.

Ramiq Muxtarın yaradıcılıq gecəsi keçirilib. Tədbirdə ilk olaraq Ramiq Muxtarın həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirilib. Daha sonra "Seçilmiş əsərləri" kitabının təqdimatı olub. Bununla yanaşı Ardı »

Şairlər və YazıçılarTelli Pənahqızı

Əliyeva Telli Panah qızı - jurnalist, şair, publisist, nasir.Mündəricat [gizlə]
1 Həyatı
2 Əsərləri
3 Filmoqrafiya
4 Həmçinin bax

[redaktə]
Həyatı

Telli Pənahqızı 1954-cü il mayın 24-də Qərbi Azərbaycanda Vedibasar mahalının Böyük Vedi kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1971-1976).

Əmək fəaliyyətinə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində gənclik redaksiyasında kiçik redaktor, redaktor kimi başlamışdır. "Günün ekranı" redaksiyasında şöbə müdiri, baş redaktorun müavini, informasiya xidməti üzrə sədr müavini, ikinci proqram üzrə baş proqram direktorunun müavini vəzifəsilərində çalışmışdır.

Bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Dövri mətbuatda şeir, oçerk və hekayələri dərc olunmuşdur.
[redaktə]
Əsərləri
Ömrün qoşa izləri. Bakı: Maarif, 1995.
Tanrımla söhbət. Baı: 1999.
Ayrılıqdan sonra Ardı »

Şairlər və YazıçılarYusif Əhmədov

Yusif Əhmədov (d.1939) — Azərbaycan yazıçısı.
[redaktə]
Həyatı

Əhmədov Yusif 1939-cu ildə fevralın 22-də Füzuli rayonunda anadan olub. 1963-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. 9 kitabın, yüzlərlə publisistik yazıların müəllifidir.

Onun povest və hekayələrinin mövzusu, aktuallığı qaldırılan problemlərin bədii həlli baxımından çox maraqlıdır. İlk hekayələri dövri mətbuatda 60-cı illərin ortalarından çap olunmuşdur.

“Səninlə sənsiz”, “Ürək bağışlamır”, “Qara yelkənli qırmızı gəmilər” kitablarının müəllifidir. “Ruhların qayıtması” romanı oxuculara saf insan duyğusu aşılayır.

Tanınmış nasir Yusif Əhmədоv ötən əsrin 60-cı illərində ədəbiyyata gələn yazıçılardandır. İlk kitabı “Əfqan hеkayələri” adı ilə 1965-ci ildə Tacikistanın Düşənbə şəhərində çap оlunub. “Ələkеçməzlər” sayca müəllifin 20-ci kitabıdır. Kitabdakı еyniadlı rоman öz janrına görə müəllifin Ardı »

Şairlər və YazıçılarYusif Şirvan

Əsgərov Yusif Əsgər oğlu Azərbaycan şairi
[redaktə]
Həyatı

1910-cu ildə Bakı quberniyasının Şamaxı şəhərində müəllim ailəsində anadan olmuşdur 8 yaşından ata-anasını itirdiyindən yetim qalmış, bacısı ilə birlikdə qohumlarının himayəsində boya-başa çatmışdır İbtidai məktəbi bitirəndən sonra Nuxa şəhər pedaqoji texnikumunda təhsil almışdır (1924-1928) Əmək fəaliyyətinə Şamaxı qəzasının Bicov kənd məktəbinin direktoru vəzifəsində başlamışdır 1929-cu il avqust ayından Lənkəran şəhər nümunəvi orta məktəbində dərs Hissə müdiri olmuş, bir ildən sonra Bakı Ali pedaqoji məktəbində təhsilini davam etdirmiş, eyni zamanda Azərkinoda bədii büronun üzvü (1930-1932), Azərbaycan Baş Ədəbiyyat Müfəttişliyi idarə-sində siyasi redaktor (1932-1934) işləmişdir Ədəbi yaradıcılığa 30-cu illərin əvvəllərində başlamış. mətbuatda oçerk, Hekayə, povest, roman və məqalələrini Ardı »

Şairlər və YazıçılarZaur Qəriboğlu

Zaur Qəriboğlu — yazıçı, şair
[redaktə]
Həyatı

Bakı şəhərində anadan olub. Əslən Cənubi Azərbaycanın Ərdəbil şəhərindəndir. Bədii yaradıcılığa erkən yaşlarından başlayan yazar beş – “Lal məhəbbət” (2006), “Kamilliyə doğru ikinci addım” (2008)“Aldadılmış ər” (2010), "Səni yaradanı sevirəm" (2011), "Qaragünün Ağgün vəkili" (2011) kitablarının müəllifidir. Bununla yanaşı bir neçə qəzet və jurnallarda bədii, publisistik yazıları ilə oxucularla tez-tez görüşən yazar, müxtəlif kütləvi informasiya vasitələrində - müxbir, xüsusi müxbir, redaktor, bədii redaktor, baş redaktor vəzifələrində çalışmışdır.

Hazırda virtual şəbəkələrdə və ölkə mətbuatında bədii - publisistik məqalələri ilə çıxış edir.

2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2011-ci ilin Prezident mükafatçısıdır. Əsas olaraq qeyd olunmalıdır ki, yazar Cənubi Azərbaycandan gələrək, Ardı »

Şairlər və Yazıçılarİmir Məmmədli

[color=#fe5e5e]Məmmədli İmir Məmməd oğlu — şair, nasir, tərcüməçi, dramaturq, ictimai xadim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Maçabeli mükafatı laureatı (1997).

Həyatı

İmir Məmmədli 1957-ci il avqustun 7-də Gürcüstanın Kaspi rayonunun Paşiyan kəndində anadan olmuşdur. Qonşuluqda olan Yuxarı Xəndək kənd orta məktəbini bitirdikdən sonra Tbilisi Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1975-1980). İmir Məmmədli 80-ci illərdə Tbilisiyə köçmüş və 1985-ci ildə Gürcüstan Dövlət Radio və Televiziya Şirkətində, Gürcüstan Yazıçılar İttifaqında, "Sovet Gürcüstanı" qəzeti redaksiyasında çalışmışdır.

1990-cı illərin axırlarında Gürcüstan dövlət başçısı aparatında məsləhətçi, müşavir (1992-1996), Gürcüstan Dövlət Dəftərxanasında millətlərarası münasibətlər üzrə referent (1996-2000) olmuş, Gürcüstan Prezidenti Regional Siyasət və İdarəetmə Xidmətinin rəis müavini vəzifəsinə qədər Ardı »

Şairlər və YazıçılarAydın Talıbzadə

Talıbzadə Aydın Ağa Yunus oğlu (d.5 oktyabr, 1958) - teatrşünas, tənqidçi, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, sənətşünaslıq elmləri namizədi (1989), "Aydın Məmmədov" adına mükafatın laureatı (2001).
[redaktə]
Həyatı

Aydın Talıbzadə 1958-ci il oktyabrın 5-də Bakı şəhərində anadan olmuşdur. Burada 190 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Radio və Televiziya Şirkətində quruluşçu dekorator işləmişdir (1975-1976). M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq şöbəsində təhsil almışdır (1976-1981). Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir (1981-1983). R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət müzeyində kiçik elmi işçi olmuşdur (1983).

Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq kafedrasının dosentidir (1983-cü ildən). Moskvada "Orta əsrlər Yaxın Şərq teatrının poetikası" Ardı »

Şairlər və YazıçılarƏbülfəz Hüseyni

Hüseyni Əbülfəz Aslan oğlu - şair, tərcüməçi, əddəbiyyatşünas, filologiya elmləri namizədi (1968).
[redaktə]
Həyatı

Əbülfəz Hüseyni 1925-ci ilin baharında Cənubi Azərbaycanin Təbriz şəhərində anadan olmuşdur. Burada orta təhsil almış, fars dilinə və klassik Şərq ədəbiyyatına dərindən bələd olmuşdur. Gənclik dövründən onda şerə maraq oyanmış, ilk şeirlərini yazmışdır. Milli Azadlıq hərəkatına qoşulmuş, Cənubi Azərbaycanda Demokratik hökumətin yaranması və möhkəmlənməsində fədakarcasına çalışmışdır. Lakin demokratik quruluşa qarşı şah ordusunun təcavüzündən sonra təqib olunduğuna görə Şimali Azərbaycanda siyasi sığınacaq tapmışdır (1946). Burada Bakı Tibb texnikumunun stamotologiya şöbəsində təhsil almışdır (1947-1950). Bakı Dövlət Universitetinin filologiya fakültəsinin axşam şöbəsinə daxil olmuşdur. İkinci kursdan əyani şöbəyə dəyişilmiş, oranı müvəfəqqiyyətlə bitirəndən sonra Ardı »