Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şairlər və YazıçılarCəfər Cabbarlı

Cefer Qafar oğlu Cabbarlı (20 Mart, 1899, Xızı-31 Dekabr, 1934, Bakı). Azerbaycan dramaturqu, şairi ve nasiri. aktyor, ssenari müellifi, rejissor.

"Cabbarlı öz yaradıcılığında Azerbaycan klassik dramaturgiyasının en gözel cehetlerini davam etdirmekle beraber dünya dramaturgiyasının da nailiyyetlerinden faydalanıb.İbsen kimi aktual, qeti ve cesaretli, Şiller kimi üsyankar, Şekspir kimi engin ve rengareng, Qorki kimi ideyalı olmağa çalışan, öyrenen, arayan Cabbarlı Azerbaycan dramaturgiyasında sosial realizmin esasını qoydu."

Adlar ve Mükafatlar

Azerbaycan Emekdar İncesenet Xadimi (1932)



Heyatı

İlk Tehsil İlleri

Azerbaycan edebiyyatı tarixinde özünemexsus yer tutan Cefer Cabbarlının adı görkemli klassiklerimizle bir sırada çekilir.

XX esrin ikinci onilliyinde yaradıcılığa başlayan Cefer Cabbarlı zengin ve herterefli yaradıcılıq yolu keçerek, Ardı »

Şairlər və YazıçılarFikrət Nağıyev

Nağıyev Fikrət Əmiraslan oğlu — azərbaycanlı politoloq, publisist, "Qızıl Qələm" mükafatı laureatı.

Həyatı

Fikrət Nağıyev 1972-ci il iyulun 7-də Azərbaycan Respublikasının Lənkəran rayonunun Az.Filial qəsəbəsində (indiki Xanbulan kəndi) ziyalı ailəsində anadan olmuşdur. Ali təhsilli filoloq (1991-1996-cı illərdə M.F.Axundov adına APRDƏİ-Bakı) və psixoloqdur (Психологический Центр РОСТ Саратов РФ). 1997-2001-ci illərdə Lənkəran Dövlət Universitetində kadrlar şöbəsinin rəisi, eyni zamanda "Ədəbiyyat" kafedrasının müəllimi və universitetin mətbuat katibi vəzifələrində işləmişdir. 2001-ci ildən mühüm dövlət orqanlarının mətbuat xidmətlərində müxtəlif vəzifələrdə çalışmaqla yanaşı, dövlət mətbuatında və xarici ölkə KİV-lərində periodik olaraq ictimai-siyasi mövzularda yazıları ilə müntəzəm çıxış edir. Apardığı çoxsaylı elmi-pedaqoji təcrübələri və qazandığı nailiyyətləri barədə respublika səviyyəli elmi-praktiki Ardı »

Şairlər və YazıçılarMehdi bəy Hacınski

[color=#fe8c8c]Hacınski Mehdi bəy Süleyman bəy oğlu (1879-1941), görkəmli maarif və mədəniyyət xadimi, publisist, naşir, Azərbaycan Demokratik Respublikasının parlamentinin üzvü


[redaktə]
Həyatı

1906-cı ildәn "Nicat" xeyriyyә cәmiyyәtinin teatr bölmәsinә rәhbәrlik etmiş, 1914-cü ildәn "Sәfa" cәmiyyәti teatr bölmәsinin sәdr müavini olmuşdur. Dövri mәtbuatda Azәrb. teatrına, aktyor sәnәtinә aid mәqalә, oçerk, hekayә vә felyetonlar dәrc etdirmiş, 1906-cı ildәn aktyor kimi dә fәaliyyәt göstәrmişdir. "Nicat" cәmiyyәti adından Ü. Hacıbәyova "Leyli vә Mәcnun" operasına görә mükafatı o tәqdim etmişdir. Ü. Hacıbәyovun yaradıcılığına daim diqqәtlә yanaşırdı.
[redaktə]
Fəaliyyəti

Mehdi bəy Hacınski 28 may 1918 - 17 iyun 1918-ci ilədək olan 1-ci kabinetdə xarici işlər naziri vəzifəsində çalışmışdı. 1919-cu ildə Azərbaycan Demokratik Respublikasının parlamentinin Ardı »

Şairlər və YazıçılarElşad Ərşadoğlu

Elşad Ərşadoğlu
Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar ELŞAD ƏRŞADOĞLU
Elşad Ərşad oğlu Əliyev

Doğum tarixi:29 iyul 1986-cı il (26 yaş)
Doğum yeri:Füzuli, Yağlıvənd


Əliyev Elşad Ərşad oğlu (Elşad Ərşadoğlu) — şair.
[redaktə]
Həyatı

Elşad Ərşadoğlu 1986-cı il iyul ayının 29-da Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. 1993-cü ildən ailəsi ilə birlikdə məcburi köçkün kimi İsmayıllı rayonunun Quşencə kəndində məskunlaşıb. 2004-cü ildə orada orta məktəbi bitirərək, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. 2008-ci ildə universitetin bakalavr pilləsini bitirdikdən sonra “"Muasir Azərbaycan Ədəbiyyatı" kafedrasının "Ədəbi tənqidin tarixi və nəzəriyyəsi" ixtisası üzrə magistraturasına daxil olub, akademik məzuniyyət götürərək bir il müddətində hərbi xidmətdə olmuşdur. Hazırda magistraturanın II kursunda Ardı »

Şairlər və YazıçılarRəşad MəcidRəşad Məcid

Məcidov Rəşad Müseyib oğlu (Rəşad Məcid) — yazıçı, jurnalist, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Mətbuat Şurasının üzvü.
[redaktə]
Həyatı

Rəşad Məcid 1964-cü ildə Ağcabədi rayonunda anadan olub. 1979-cu ilədək Ağdam şəhərində yaşayıb, həmin vaxtdan Bakıya köçüb. 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1985-ci ildən "Elm və həyat" jurnalında korrektor kimi əmək fəaliyyətinə başlayıb, sonra 1990-cı ilədək həmin jurnalın müxbiri işləyib. 1990-1991-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini vəzifəsində çalışıb. 1991-1992-ci illərdə əvvəlcə "Ədalət" qəzetində, sonra isə "Azərbaycan" qəzetində baş redaktorun birinci müavini olub. 1992-ci ildə "525-ci qəzet"i təsis edib. 1993-cü ildə "Azərmətbuatyayımı" İstehsalat Birliyinin rəisi olub. Ardı »

Şairlər və YazıçılarMixail Şoloxov

Mixail Şoloxov (rus. Михаил Александрович Шолохов; 24 may 1905 - 21 fevral 1984) — rus sovet yazıçısı, ədəbiyyat sahəsində Nobel mükafatı laureatı (1965-ci ildə – Sakit Don romanına görə).
[redaktə]
Həyatı

Sovet rəhbərliyinin Nobel mükafatı qazanmasını məmnunluqla qarşıladığı ilk və son rus yazıçısı Miхail Aleksandroviç Şoloхov Rusiyanın cənubunda, Rostov vilayətindəki Veşenskaya stanitsasının Krijilino adlı kazak хutorunda, kiçik sahibkar ailəsində doğulmuşdu. Yazıçının bütün mühüm əsərlərinin mövzusu da Don kazaklarının həyatından götürülmüşdür.

Təhsilini Voronej gimnaziyasında almış, lakin cəmisi 4 sinif bitirə bilmişdi. Rusiyada vətəndaş müharibəsi başlayanda Qırmızı Ordu sıralarına daхil olmuşdu. Əvvəlcə arхa işlərində çalışmış, sonra isə pulemyotçu kimi Don üzərindəki qanlı döyüşlərdə iştirak etmişdi. Kazak həmyerlilərindən Ardı »

Şairlər və YazıçılarAbdulla Abbas

Abbasov Abdulla Əsgər oğlu (Abdulla Abbas) — ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru (1976), professor (1977).

Həyatı

Abdulla Abbas 1930-cu il martın 9-da Quba şəhərində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Quba Dövlət Müəllimlər İnstitutunda təhsil almışdır (1948-1950). Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1950-1955).

Əmək fəaliyyətinə Quba şəhər orta məktəbində müəllim kimi başlamışdır. Azərbaycan Dövlət Universitetinin aspiranturasına daxil olmuş (1962-1964), müasir ədəbi proses mövzusunda dissertasiya müdafiə etdiyinə görə fılologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür (1965).

Hazırda Azərbaycan Dövlət Universitetinin çağdaş Azərbaycan ədəbiyyatı kafedrasında çalışır (1970-ci ildən). Eyni zamanda Ali İctimai-Siyasi Kollecin filologiya fakültəsinin dekanıdır (1995-ci ildən). Azərbaycan ədəbiyyatı tarixinə dair mühazirələr Ardı »

Şairlər və YazıçılarXəstə Bayraməli

Xudiyev Bayraməli Abbasəli oğlu (Xəstə Bayraməli) - şair.

Həyatı

Xəstə Bayraməli 10 iyul 1899-cu ildə Göyçə mahalının Nərimanlı kəndinə anadan olub. Çox erkən yaradıcılığa başlayıb. Sinəsində yeddi oğul dağı gəzdirən qeyri-adi həyatı, qısa, lakin mənalı ömrü taleyin amansızlıqları ilə üzləşib.

Zəngin yaradıcılığı, epik-lirik poema səpgili hekayətləri, əruz vəznində yazdığı qəzəlləri, beşlikləri, doqquzluqları ilə Göyçə ədəbi mühitini aşıq relsindən çıxarıb və ona yeni bir abu-hava gətirib. Yazılı ədəbiyyatla şifahi xalq ədəbiyyatı arasında möhtəşəm bir körpü salıb. O, çox nadir sənətkardır ki, qəzəllərini və hekayətlərini xanəndələr, sözlərinə yazılan bəstəkar mahnılarını müğənnilər, qoşmalarını, gəraylılarını, təcnislərini, müxəmməslərini, divanilərini aşıqlar oxuyur. Bir neçə mövzuda yazdığı silsilə şeirlərinə xanəndələrin, müğənnilərin Ardı »