Şairlər və Yazıçılar → Zəminə Xınalı
Həyatı
1964-cü il martın 21-də Qazax rayonunun Aslanbəyli kəndində doğulmuşdur. Kənddə orta məktəbi bitirdikdən sonra Sumqayıt Kimya Texnologiya Texnikumunun analitik kimya fakültəsində təhsil almışdır (1981-1984). Əmək fəaliyyətinə Sumqayıt Kimya İstehsalat Birliyində laborant kimi başlamışdır(1984-1986). Sonralar Bakıdakı 25 saylı texniki peşə məktəbində istehsalat təlim ustası (1986-1990), 240 saylı orta məktəbdə əmək və rəsm müəllimi (1990-1996) işləmişdir. Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində təhsilini davam etdirmiş, hərbi jurnalistika fakültəsini bitirmişdir (1996-1998). Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində uzun müddət Qadınlar Şurasının sədri, eyni zamanda Azərbaycan Ordusu qəzetində ştatdankənar müxbir işləmişdir (1996-2001).
Hazırda H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin hərbi qulluqçusudur. 2007-ci ildən Qazax Müəllimlər İnstitutunun filologiya fakültəsinin Ardı »