Şairlər və Yazıçılar → Bəhmən Vətənoğlu
Abbasov Bəhmən Kalış oğlu — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998).
Həyatı
Abbasov Bəhmən Kalış oqlu (Bəhmən Vətənoğlu) 1932-ci il dekabrın 31-də Kəlbəcər rayonunun Seyidlər kəndində dünyaya gəlmişdir. Burada kənd orta məktəbini bitirdikdən sonra kolxozda çalışmış (1951-1955), kənd kitabxanasında müdir olmuşdur (1955-1960).
Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində(qiyabi) təhsilini davam etdirmişdir (1960-1965). Təyinatla Kəlbəcər rayonunun Lev kənd orta məktəbinə müəllim göndərilmişdir (1965-1973). Seyidlər kənd orta məktəbində direktor olmuşdur (1973-1986).
Qarabağ münaqişəsi dövründə ailəlikcə Gəncəyə köçüb orada məskunlaşmışlar. Bir müddət Kəlbəcər təhsil şöbəsinin metodisti işləmişdir (1993-2004).
Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən başlamışdır. İlk mətbu şeri "Dəyişməmişəm" 1958-ci ildə Kəlbəcər rayon qəzetində ("Yeni həyat uğrunda") dərc olunmuşdur. Respublika mətbuatında Ardı »