Şairlər və Yazıçılar → Hüseyn İbrahimov
Ibrahimov Hüseyn Məmmədəli oğlu — nasir, 1952-ci ildən AYB-nın üzvü, Azərbaycanın xalq yazıçısı (1998).
Həyatı
Hüseyn İbrahimov 1919-cu il mayın 23-də Naxçıvan Muxtar Respublikasının indiki Şərur rayonunun Şaxtaxtı kəndində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra o, Naxçıvan Pedaqoji Texnikumunda oxumuşdur. Hüseyn İbrahimov 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1958-ci ildə onun jurnalistika şöbəsini bitirmişdir.
Əmək fəaliyyətinə 1940-cı ildə Sədərək kənd orta məktəbində müəllim kimi başlayan Hüseyn İbrahimov 1941-1943-cü illərdə indiki Şərur rayonu komsomol komitəsinin birinci katibi, 1943-1947-ci illərdə Naxçıvan vilayət komsomol komitəsinin katibi, 1947-1949-cu illərdə "Şərq qapısı" qəzetinin redaktor müavini, 1949-1954-cü illərdə isə Naxçıvan Nazirlər Soveti yanında Radio Verilişləri Komitəsinin sədri işləmişdir. Ardı »