Şairlər və Yazıçılar → Səid Səlmasi
Həyatı
Səid Məşədi Xəlil oğlu Haqverdiyev Cənubi Azərbaycanda yetişmiş tərəqqipərəst şairlərdəndir. Dilməqan şəhərində doğulmuşdur. Mədrəsədə oxumuş, ömrünün çox hissəsini Avropa ölkələrinə səyahətdə keçirmişdir. Farsca, fransızca yaxşı savadı var imiş. Səyahət Səid Səlmasinin istər mədəni və istərsə məfkurəvi inkişafına çox böyük təsir etmişdir. Vətəninə qayıtdıqdan sonra tərəqqi və mədəniyyət yolunda var qüvvəsi ilə çalışmış, öz xərci ilə Səlmasda məktəb açmış, "Şəfəq" adlı qəzet nəşr etdirmişdir. 1905-ci il inqilabı nəticəsində Cənubi Azərbaycanda əmələ gələn azadlıq hərəkatının fəal iştirakçılarından olmuşdur. İrticaçılar tərəfindən təqib olunmuş, vətənini tərk edərək Bakıya gəlmişdir. Bakıda "Füyuzat" jurnalında yeni ruhda şeirlər və tərcümələr çap etdirmişdir. 1909-cu ildə Xoy şəhərinə mətbəə apararaq, Ardı »