Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərlərin HəyatıADƏMİN (aleyhissalam) VƏFATI VƏ ONUN OĞLU ŞİSƏ ETDİYİ VƏSİYYƏTİ

Şis sözünün mənası Allahın hədiyyəsi deməkdir. Habilin qətlindən sonra Allah onlara bu övladı verdiyi üçün adını Şis qoymuşdular.
Cümə günü Adəm vəfat etdikdə mələklər Allahın əmri ilə Cənnətdən kəfən və hənut ətiri gətirdilər. Oğlu və vərəsəsi Şisə başsağlığı verdilər.
Utiyy ibn Damurə əs-Sədi deyir: "Bir nəfər qoca kişinin Mədinədə söhbət etdiyini gördüm və onun kimliyini soruşdum. Dedilər ki, o Ubeyy ibn Kəəbdir. O deyirdi: "Adəm vəfat edəndə övladlarına dedi: "Ey oğullarım! Mən Cənnət meyvələrindən dadmaq istəyirəm". Övladları da meyvə dalınca getdilər. Mələklər Adəm üçün gətirdikləri kəfən və hənut ətiri ilə onların qarşısına çıxdılar. Onlarda balta, zənbil və ip var idi.
Mələklər dedilər: "Ey Ardı »

Peyğəmbərlərin HəyatıPEYĞƏMBƏRİN (s.a.v.) HƏYATI: PEYĞƏMBƏRİN (S.Ə.V.) QIZ ÖVLADLARI

Cahiliyyə dövründə hər hansı bir ailədə qız uşağının dünyaya gəldiyi gün ata-ana üçün qara gün kimi qəbul edilirdi. Hətta bu, ailənin və qəbilənin həyatında da belə idi. Cəmiyyətdə bu vəziyyət qız uşaqlarının - utanmaq və ya rəzil olmaq qorxusu ilə - diri-diri torpağa basdı­rılmasına qədər gətirib çıxarmışdı. Qız uşaqlarının diri-diri basdırılması heç bir şəkildə mərhəmətin və sevginin mövcud olmadığı, olduq­ca vəhşi bir şəkildə həyata keçirilirdi. Qız uşağı diri-diri torpağa basdırılırdı. Onlar belə bir günahı işləyərkən müxtəlif üsullardan da istifa­də edirdilər. Bəzilərinin qız uşağı doğulan zaman ona altı yaşına qədər dəymir, sonra anasına belə deyirdilər: "Sən onu ətirlə və bəzə! Çünki onu Ardı »

Peyğəmbərlərin HəyatıİBLİSİN ADƏMƏ (ALEYHİSSALAM) HƏSƏD APARMASI

"11. Sizi yaratdıq, sonra sizə surət verdik və mələklərə: “Adəmə səcdə edin!” – dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı.
12. (Allah İblisə): “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” – deyə buyurdu. (İblis:) “Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” – dedi". (əl-Əraf: 11-12).

Həsən əl-Bəsri deyir: "İblis "qiyas" edib. Elə ilk dəfə qiyas edən də o olub".
(Qiyas – müqayisə mənasına yaxın bir sözdür. Bu, şəriət əhkamlarının əsaslandırılması üçün qaydalardan biri sayılır. Əgər bu yolla əsaslandırılan müqayisə şəriətin digər aşkar sübutlarına zidd deyilsə məqbul hesab olunur. (tərc.)

Muhəmməd ibn Sirin Ardı »

Peyğəmbərlərin HəyatıABDULLAH IBN XUZAFƏ ƏS-SƏHMI

ABDULLAH IBN XUZAFƏ ƏS-SƏHMI

Hər bir müsəlman Abdulla ibn Xuzafənin başını öpməlidir və mən bunu birinci
edəcəyəm.
Ömər ibn əl-Xəttab, (Allah ondan razı olsun)

Bu hekayətin qəhrəmanı Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) Abdullah ibn Xuzafə əs-Səhmi adında olan səhabələrindən biridir.
Ola da bilsin ki, ona qədər milyon ərəbin yanından ötüb keçərək onlara heç bir diqqət yetirməyən tarix bu insanın yanından da ötüb keçə bilərdi.
Lakin əzəmətli Islam Abdullah ibn Xuzafə əs-Səhmiyə, öz vaxtında, yer kürəsinin iki hökmdarı ilə - Fars çarı (xosrovu) və Bizans imperatoru ilə görüşməyə imkan vermişdir.
Bu görüşlərdən hər biri mühüm hadisə olmuş və onlar həmişəlik olaraq insanların yaddaşına Ardı »

Peyğəmbərlərin HəyatıƏL-BƏRA IBN MALIK ƏL-ƏNSARI

ƏL-BƏRA IBN MALIK ƏL-ƏNSARI

Saçları dağınıq və toz içində olan bu adam sısqa vücudlu, arıq və o dərəcədə görkəmsiz idi ki, təsadüfən onu görənlər o saat üzünü yana çevirərdi.
Amma buna baxmayaraq, o, kütləvi döyüşlərdə və toqquşmalarda məhv etdiyi düşmənləri hesaba almadan, şəxsən təkbətək döyüşlərdə yüz bütpərəst öldürmüşdü.
O cəsur döyüşçü-qəhrəman idi. Əl-Fariq (Ömər, Allah ondan razı olsun) vilayətlərdəki canişinlərinə yazmışdı: “Əl-Bəranı müsəlman ordularından heç birinə komandan təyin etməyin, çünki onun öz cəsarəti ilə qoşunları həlak etmək təhlükəsi var”.
Əl-Bəra ibn Malik əl-Ənsari Ənəs ibn Malikin, Allahın Elçisinin (ona Allahın salavatı vı salamı olsun) xidmətçisinin qardaşı idi.
Əgər mən sizə əl-Bəra ibn Malikin bütün igidliklərini Ardı »

Peyğəmbərlərin HəyatıPEYĞƏMBƏR(SAV)-IN ÖVLADLARI İLƏ MÜNASİBƏTİ

Qızı Fatimə - radıyallahu anhə - yanına daxil olduğu vaxt onun üçün ayağa qalxar, əlini tutar, onu öpər və oturduğu yerə oturdardı. O, da öz növbəsində onun üçün ayağa durar və əlini tutardı1.

Qızları Ruqiyyə və Ummu Gülsüm - radıyallahu anhə - Əbu Ləhəbin oğlanları Utbə və Uteybənin zövcələri idi. Allah Əbu Ləhəb haqqında: «Əbu Ləhəbin iki əli qurusun» surəsini nazil etdikdə onlar da xanımlarını boşadılar. Səbri və Allaha şükr etməsiylə bizlər üçün nümunədir. Peyğəmbər - sallallahu aleyhi və səlləm - həyatda ikən qızı Fatimə - radıyallahu anhə -dən başqa bütün oğulları və qızları vəfat etmişdi. Həyatda ikən altı övladını itirən bir Ardı »

Peyğəmbərlərin HəyatıPeyğəmbərimizin Həyatından Gözəl Örnəklər (Təvazükarlıq və Təkəbbürlü olmağın zərərləri)

Peyğəmbər Əfəndimiz (s.a.v.) insanlığın ən üstün səviyyəsində olmağına baxmayaraq, sahib olduğu dərəcəyə görə təkəbbürlü olmamağı , həyatındakı təvazökarlıq örnəkləri bütün səhabəyə örnək olmuşdur.
Həcc mövsümü gələndə hamı kimi dəvə üstündə həcc edər , xəstələri ziyarət edər, varlı, kasıb, fərq qoymadan hər kəsin hüzüründə iştirak edərdi. Kölələrin dəvətlərini də qəbul edərdi. Tez-tez ayaqqabısını təmir edərdi, paltarlarını yamayardı. Yolda oynayan uşaqlar görəndə yanlarına gedər və salam verərdi.
Rəsulullah Əfəndimizin (s.a.v.) ən yakın dostu ilk xəlifə Hz. Əbu Bəkrin (r.a.) bu məşhur sözləri, Onun təvazökarlıq baxımından Peyğəmbər Əfəndimizi örnək göstərdiyi görünür. "Ey insanlar! Ən yaxşınız olmadığım halda başa gətirildim. Fəqət Quran enmişdir və Rəsulallahın sünnəti ortadadır. Ardı »

Peyğəmbərlərin HəyatıMöminlərin əmiri Osman ibn Əffanın (A.r.o.) Xilafəti (Hicri 23-35)

Şura hadisəsi:
Ömərə (Allah ondan razı olsun) xəsarət yetiriləndə o xilafəti altı nəfərə həvalə etdi. Onlar, Osman ibn Əffan, Əli ibn Əbu Talib, Talha ibn Ubeydullah, Zubeyr ibn əl-Əvvam, Əbdürrəhman ibn Ovf və Səd ibn Əbu Vaqqas idilər. Şura hadisəsini İmam Buxari Səhih adlı kitabında rəvayət etmişdir. Bu rəvayətlə biz həqiqi tarixin itmədiyinə bir daha əmin oluruq. Buxari bizim üçün iki önəmli hadisəni rəvayət etmişdir. Biz: "Tarixi mütləq dəqiqləşdirmək lazımdır" - deyəndə yanılmamışıq. Əlhəmdulilləh bu kimi əhəmiyyətli tarixi hadisələri dəqiqləşdirmək, bu haqda doğru rəvayətlər tapmaq mümkündür.

Buxari Ömərin (Allah ondan razı olsun) qətli haqda uzun bir rəvayət qeyd etmişdir. Rəvayətin bir hissəsində deyilir: Ardı »