Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərlərin HəyatıPeyğəmbərin (s.a.v.) Əhli Beytinin Həyatı: Möminlərin əmiri Əli ibn Əbu Talibin (A.r.o.) xilafəti (

Adı və soyu: Əli ibn Əbu Talib ibn Əbdülmüttalib ibn Haşim ibn Əbd Mənaf. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əmisi oğlu və dünya qadınlarının xanımı, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qızı Fatimənin həyat yoldaşı.
Anası, Fatimə bint Əsəd ibn Haşim ibn Əbd Mənafın qızıdır[1].
Künyəsi Əbul Həsəndir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona Əbu Turab ləqəbini vermişdi. Tarixdə geniş yayılmış məlumatlara əsasən o uşaq ikən, səkkiz yaşında İslamı qəbul etmişdir[2].

Əli ibn Əbu Talibin oğlu Məhəmməd ibn əl-Hənəfiyyə (Allah onların hər ikisindən razı olsun) deyir: Osman qətlə yetirildikdən sonra Əli onun evinə Ardı »

Peyğəmbərlərin HəyatıSƏMAMA IBN USAL

SƏMAMA IBN USAL
Qureyşlılərə qarşı iqtisadi mühasirə qoymuş səhabədir.

Hicrənin altıncı ilində Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) Allaha dəvət məkanını genişləndirmək qərarına gəldi. O ərəb və əcnəbi ölkələrin hökmdarlarını Islama dəvət etmək üçün səkkiz məktub yazıb onlara göndərdi.
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) öz məktublarını göndərdikləri arasında Səmama ibn Usal əl-Hənəfi də vardı.
Bunda heç bir qəribəlik yox idi. Çünki cahiliyyə dövründə Səmama ibn Usal əl-Hənəfi adlı-sanlı və nüfuzlu ərəb şeyxlərindən biri idi.
O həm də iri bəni Hənifə qəbiləsinin başçısı idi və Yamamanın hökmdarları sırasına daxildi. Kiminsə ona itaət etməməyə cürəti çatmazdı.


*

Cəmama Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) məktubunu Ardı »

Peyğəmbərlərin HəyatıPeyğəmbərin (s.a.v.) Əhli Beytinin Həyatı: Həsən və Hüseynin (r.anhum) fəziləti

1. Əl-Bəra (r) belə rəvayət edir: “Mən peyğəmbərin (s) Əlinin oğlu Həsəni çiyninə alıb: “Allahım, mən bunu sevirəm, bunu Sən də sev!” – buyurduğunu gördüm.” (Buxari; “Kitabul-fadail-əshab”, 24/89; Müslim, “Fadail-səhabə”, 58-59 (2422); ət-Tirmizi, “Mənaqib”, 3784).
2. Üsamə bin Zeyddən (r) rəvayət olunur ki, “Peyğəmbər Üsaməni Həsənlə bərabər qucağına alıb: “Allahım, mən bunları sevirəm, Sən də bunları sev”, yaxud buna oxşar bir söz deyərdi” (Buxari, “Kitabul-fadail əshab”, 24/87).

3. Rəsulullah (s) Həsən və Hüseynə baxıb: “Allahım mən bunları sevirəm, sən də sev!” – deyərdi. (Tirmizi; “Mənaqib”, 3784).
4. Uqbə bin əl-Haris (r) belə demişdir: “Əbu Bəkr (r) ikindi (əsr) namazını qıldı, sonra Əli (r) ilə Ardı »

Peyğəmbərlərin HəyatıƏbu Ubeydə İbn-ul Cərrah

Muhəmməd peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur:

-Hər bir millətin güvəndiyi bir insan vardır.Bu millətində güvəndiyi Əbu Ubeydədir!

O, (ra) gözəl simaya sahib idi.Zəif bədənli, uzun boylu, nəzakətli,təvazökar və utancaq idi.Həlim və nəzakətliyi ilə yanaşı sərt siması da var idi.

Bəli… Bu səhabə Muhəmməd (sas) ümmətinin güvənilən insanı Amr ibn Abdullah ibn-ul Cərrah əl Fihri əl Qureyşidir.Ləqəbi isə Əbu Ubeydə idi.

Abdullah ibn Ömər (ra) Əbu Ubeydə (ra) haqqında buyurur:





-Qureyşdən üç insan insanların ən gözəli və ən əxlaqlısı idi.Onlar daim doğru söyləyər, ağızlarından heç vaxt yalan söz çıxmazdı.Bu üç insan Əbu Bəkr əs-Siddiq (ra), Osman ibn-ul Əffan (ra) və Əbu Ubeydə İbn-ul Cərrah (ra) idi.

Əbu Ardı »

Peyğəmbərlərin HəyatıADƏM (Aleyhissalam) VƏ HƏVVANIN PEŞMANÇILIĞI VƏ BAĞIŞLANMA DİLƏMƏSİ

22. Beləliklə, (Şeytan) onları batil sözlərlə aldatdı (onları aldadaraq Uca yerlərdən, yüksək mərtəbələrdən aşağı endirdi). (Adəm və Həvva) ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: “Məgər sizə bu ağacı (ağaca yaxınlaşmağı) qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar düşməninizdir, deməmişdimmi?”
23. (Adəm və Həvva) “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” – dedilər. (əl-Əraf: 22–23).

Bu, etirafın, tövbəyə qayıdışın, təvazökarlığın, mütiliyin və çətin anlarda Allaha sığınmağın nümunəsidir. Onun zürriyətindən kimsə bu nümunəvi davranışa əməl edərsə onun dünya və Ardı »

Peyğəmbərlərin HəyatıƏBU ƏYYUB ƏL-ƏNSARI

Istambula qədər gəlib çıxmış və onun divarları ynında dəfn edilmişdir.

O, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) böyük səhabəsidir, tam adı Xalid ibn Zeyd ibn Kuleybdir, bəni ən-Nəccar qəbiləsindəndir.
Ləqəbi Əbu Əyyub, ənsarlardandır.
Müsəlmanlardan əbu Əyyub əl-Ənsarini tanımayan varmı?!
Allah onun tərifini Şərqdən Qərbə yaymış və alicənab Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun), Mədinəyə hicrət etməsindən sonra, bütün müsəlmanların evləri arasın¬dan onun evini seçib orada yerləşməsi onu taleyin seçdiyi bir şəxs etmişdir. Bu onun fəxrlə yad etdiyi mövzu idi.
Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) seçiminin Əbu Əyyubun evinə düşməsinin bütöv bir tarixçəsi var ki, onu rəvayət etmək və təkrarlamaq Ardı »

Peyğəmbərlərin HəyatıOSMAN BİN ƏFFAN

HİCRİ 24-CÜ İLİN ƏVVƏLİ. ƏMİRƏLMÖMİNİN
OSMAN BİN ƏFFANIN XƏLİFƏLİYƏ BAŞLAMASI

Ömər bin Xəttab özündən sonra xilafəti idarə etmək üçün cənnət müjdəsi verilmiş altı nəfərdən - Osman bin Əffan, Əli bin Əbu Talib, Təlhə bin Übeydulla, Zübeyr bin Əvvam, Sə’d bin Əbu Vəqqas və Əbdürrəhman bin Övfdən ibarət şura yaratdı ki, onlardan biri xəlifə tə’yin edilsin. Ömər dedi: “Nə diri, nə də ölü ikən onların gördüyü işin məs’uliyyətini daşımıram. Allah sizə xeyir vermək istəsə, hamınızı onların xeyrinə şərik edər. Necə ki, Allah Peyğəmbərinizdən sonra hamınızı xeyirlə birləşdirdi”. Ömərin allahpərəstliyindən idi ki, cənnət müjdəçilərindən olmasına baxmayaraq, Səid bin Zeyd bin Nəfili şuraya daxil etmədi, Ardı »

Peyğəmbərlərin HəyatıPEYĞƏMBƏRİN (s.a.v.) HƏYATI: PEYĞƏMBƏR (SAV)-İN EVİNDƏ

Bu ev təməli təqva və iman üzərində olan bir evdir. Onun divarlarında günümüzdə bir çix kimsələrin asdığı kimi canlı surətlər yoxdur. Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: “İçində köpək və surət olan evə (rəhmət) mələkləri girməz”1.
İnsanın gözəl əxlaqını, mükəmməl ədəbini, xoş keçimini ortaya qoyan evidir. Çünki evində divarların arxasından onu heç kəs görməz. Bununla belə o, bu evin əmiri, əmir edəni və qadağa qoyanıdır. Bu ümmətin Rəsulu, lideri və müəllimi bu cür mövqeyə sahib olmaqla bərabər evində necə idi? Aişə - radıyallahu anhə -dən soruşuldu: «Peyğəmbər - sallallahu aleyhi və səlləm -evində nə edərdi?». O: «O, insanlardan bir insan Ardı »