Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərlərin HəyatıPeyğəmbərin (s.a.v.) Əhli Beytinin Həyatı: Həsən ibn Əli (Allah ondan razı olsun): Sülh Sazişi

Həsən əl-Bəsri rəvayət edir:

Allaha and olsun ki, Həsən ibn Əli (Allah ondan razı olsun), Müaviyəyə (Allah ondan razı olsun) qarşı dağlar qədər böyük bir batalyona başçılıq edirdi. Amr bin əl-As (Müaviyəyə) xitabən belə dedi: “Mən şübhəsiz elə bir ordu görürəm ki, rəqiblərini öldürməmiş geri qayıdan deyillər”. İki şəxsdən ən xeyirlisi olan Müaviyə ona belə cavab verdi: “Ey Amr! Əgər bunlar onları, onlar da bunları öldürsələr, o zaman mənimlə dövlət işlərini idarə etməyə, öz qadınlarına baxmağa, uşaqlarına baxmağa kiml qalacaq?”

Sonra Müaviyə Abd-i-Şəms qəbiləsindən Əbdürrəhman bin Sumurə və Abdullah ibn Əmir bin Kureyz adlı iki Qüreyşlini Həsənin (Allah ondan razı olsun) yanına göndərərək Ardı »

Peyğəmbərlərin HəyatıUmm Sələmə

UMM SƏLƏMƏ
Umm Sələmə... Əgər bilsəydiniz Umm Sələmə kimdir!

Onun atası Məhzum qəbiləsinin adlı-sanlı və yüksəkmövqeli başçılarından biri idi. Bundan əlavə, ərəblər arasında o öz səxavətliliyinə görə nadir olan bir insan idi. Buna görə onu hətta “müsafirlərin hamisi” adlandırmışdılar. Çünki səfərə çıxanlar onun yanına gəldikdə və ya onunla birlikdə səfərə çıxdıqda özləri ilə böyük ərzaq ehtiyatı götürməyə ehtiyacları olmurdu.
Onun əri Abdulla ibn Əbd əl-Əsəd ilk on müsəlmanın siyahısına daxil idi. Ona qədər Islamı ancaq Əbu Bəkr Sıddıq (Allah ondan razı olsun) və sayını barmaq hesabı saymaq mümkün olan kiçik bir qrup insanlardı.
.
Bu qadının adı Hind idi, amma hamı onu Umm Sələmə kimi tanıyırdı Ardı »

Peyğəmbərlərin HəyatıHƏVVA VƏ AĞAC

Həvva Adəmdən öncə ağacdan yemiş və Adəmi də bu işə təşviq etmişdi. Daha doğrusunu Allah bilir.
Əbu Hureyrə t Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: "Əgər İsrail oğulları olmasaydı ət iylənməz(İsrail oğullarına qida olaraq Allah tərəfindən halva və bildirçin göndərilir, səmadan enirdi. Amma bu qidaların saxlanılması onlara qadağan edilmişdi. Onlar isə buna məhəl qoymayıb qidanı saxladıqda o iylənirdi. Məlumat üçün Musa peyğəmbərin hekayəsinə baxın. (tərc.) , Həvva olmasaydı heç bir qadın ərinə xəyanət etməzdi" . Bu hədis eyni mənanı açıqlayır.

(Buxari: ? 3330; ? 3399; Muslim: ? 1470. Həvvanın Adəmə xəyanəti, onu ağacdan yeməyə təşviq etməsidir. Bunun başqa mənası yoxdur. Bu barədə Hafiz Ardı »

Peyğəmbərlərin HəyatıPeyğəmbərin (s.a.v.) Səhabələrinin Tarixi: Əshabələrin fəziləti

Allaha həmdü səna olsun! Mən şahidlik edirəm ki, vahid Allahdan başqa ibadət olunmaq haqqı olan heç bir tanrı yoxdur. O, bütün əzəmət, gözəllik və kamillik sifətlərinin tam sahibidir. Həmçinin şahidlik edirəm ki, Məhəmməd (s.a.v.) Onun qulu və haqq yolunu göstərən sevimli peyğəmbəridir. Ona və Onun haqq yolunun ulduzları, zülmətlər çıraqları, din uğrunda döyüşlərin cəngavərləri olan ailə üzvlərinə və əshabələrinə, onların yolunu tutanlara və açdıqları cığırla gedənlərə, onların göstərdikləri hidayət yolunun yolçularına, insanları Allahın dirildəcəyi günə qədər onların əxlaqı və davranışlarını rəhbər tutanlara salavat və salam olsun!
Ən doğru söz sahibi Allah buyurur: «Şübhəsiz ki, Zikri (Quranı) Biz nazil etdik və, sözsüz ki, Ardı »

Peyğəmbərlərin HəyatıPeyğəmbərin (s.a.v.) Səhabələrinin Tarixi: ÖMƏR IBN XƏTTAB

O, Ömər ibn Xəttab ibn Əbdül Üzzə ibn Rəbah ibn Üdəy ibn Kəbdir. Qureyş ailələrindən birinə mənsub olan Peyğəmbərlə (s) yeddinci babada (Kəb ibn Lüeydə) birləşir.
O, Qureyşin ən mötəbər adamlarından, qəbilə ağaların¬dan biri idi. O, Qureyşdə elçi-səfir vəzifəsini yerinə yetirirdi. Əgər Qureyşin öz içində və ya başqa bir tayfa ilə müharibə baş versəydi, tərəflər arasında danışıq aparan elçi olmaq üçün Ömərə müraciət edilərdi.
Künyəsi əbu Həfs, ləqəbi əl-Faruq idi. Bu ləqəbi ona Peyğəmbər (s) vermişdi. Ömər Fil ilindən on üç il sonra dün¬yaya gəlmişdir.
Nübuvvət bəsi vaxtı onun 30 yaşı var idi. Müsəlmanlara qarşı çox kəskin bir mövqe tutmuşdu. Peyğəmbər onu İslama çağırdı Ardı »

Peyğəmbərlərin HəyatıƏLİ BİN ƏBU TALİB

HƏZRƏT ƏLİNİN XİLAFƏTƏ QƏDƏRKİ HƏYATI
“Onlar boyun olduqları nəziri verər və dəhşəti hər yeri bürüyəcək gündən qorxarlar. Onlar özlərinin yemək istədiklərinə baxmayaraq, yeməyi yoxsula, yetimə və əsirə yedizdirərlər” (əl-İnsan, 7-8).
Əli bin Əbu Talib əl-Haşimi əl-Qüreyşinin Cahiliyyə dövründəki həyatı uşaqlığının son illərinə qədər davam etdi. Anası Haşim bin Əbd Manafın qızı Fatimə İslamı qəbul etdikdən sonra da bir müddət yaşamış və Mədinədə vəfat etmişdir. Bu mə’lumatı “Əsəd əl-ğabə fi mə’rifət əl-əshabəi” əsərinin müəllifi verir. Əli Məhəmmədin əmisi oğludur.

Əli bin Əbu Talib iri gözlü, qarayanız, möhkəm əzələli, iri bədənli, yaraşıqlı saqqalı olan, bəstəboy, çox bilikli, bəlağətli, son dərəcə cəsur, qorxmaz, igid cəngavər, mərd, mərhəmətli, Ardı »

Peyğəmbərlərin HəyatıƏHLİ-BEYTİN FƏZİLƏTİ

1. Abdullah bin Abbasa (r) istinadən Peyğəmbərin (s) belə dediyi rəvayət olunur: “Sizə verdiyi ruziyə görə Allahı sevin. Allahı sevdiyiniz üçün məni, məni sevdiyiniz üçün isə Əhli-beytimi sevin” (ət-Tirmizi, Mənaqib 4042, hədis həsən, qəribdir).
Bizi yaratdığına və bəxş etdiyi bütün nemətlərə görə Allahı sevməliyik. Allahı sevdiyimiz üçün də Onun peyğəmbərini və ailəsini sevməliyik.

2. Səd bin Əbu Vaqqas (r) rəvayət edir ki,
«Sənə göndərilən elmdən sonra buna dair səninlə mübahisə edənlər olsa, onlara de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq!”» («Ali-İmran», 61) ayəsi nazil olanda, Rəsulullah (s) Əlini, Fatiməni, Həsən Ardı »

Peyğəmbərlərin Həyatıİbn Kəsir əd-Dəməşqinin "Peyğəmbərlərin həyatı" adlı kitabına dair

ÖN SÖZ

Aləmlərin Rəbbinə həmd edir, peyğəmbərlərin sonuncusu və ən şərəflisi Muhəmmədə (s.a.v) , ondan əvvəl yaşayıb Allahın dinini təbliğ edən bütün peyğəmbərlərə Allahdan salavat və salam diləyirik. Onların yolunu iman ilə davam etdirənlərə Allahdan rəhmət və razılıq diləyirik. Ümmətimizin ən ali təbəqəsi sayılan əshabələrə də Allahdan razılıq və rəhmət istəyirik.
Peyğəmbərlərə və elçilərə iman gətirmək İmanın altı əsasından biridir. İslam qaydalarına görə Allah tərəfindən göndərilmiş peyğəmbərlərin hamısına iman gətirməyənin imanı doğru sayılmır. Eləcə də sonuncu peyğəmbər Muhəmmədə (s.a.v) iman gətirməyənin və onun şəriətini qəbul etməyənin də imanı məqbul deyildir. Uca Allah müqəddəs kitabında bu haqda buyurur:

Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə Ardı »