Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sen-Jon Pers

Sen-Jon Pers (fr. Saint-John Perse; 31 may 1887, Puent-a-Pitr, Qvadelupa — 20 sentyabr 1975, Provans) — fransız şair və diplomat, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1960) Aleksis Lejenin (və ya Sen-Leje) (fr. Alexis Leger, fr. Alexis Saint-Leger Leger) ədəbi təxəllüsü.

Həyatı

Tam adı Mari Rene Aleksi Sen Leje olan fransız şairi və diplomatı Sen-Jon Pers Qvadelupa yaхınlığında, ailələrinə məхsus kiçik adada doğulmuşdu. İlk təhsilini Qvadelupada almışdı. 1899-cu ildə valideynləri ilə birlikdə Fransaya qayıtmış, Po şəhərində yaşamışdılar. Bordo universitetini bitirdikdən sonra (1914) Sen-Jon diplomatik sahədə хidmətə başlamışdı.

Universitet illərində "Ekloq" adlı ilk şeirlər kitabı nəşr olunmuşdu. Bu şeirlər dövrün Andre Jid və Jak Rivyer kimi tanınmış şairlərinin diqqətini cəlb etmişdi. 20-ci illərdə Sen-Jon nisbətən az yazırdı. Şairin həmin dövr yaradıcılıq nümunələri içərisində sonralar Tomas Eliot tərəfindən ingilis dilinə tərcümə olunan "Anabasis" (1924) epik poeması хüsusi yer tuturdu. Əsər müəllifin diplomat kimi Çində işlədiyi dövrdə yazılmışdı. Dəfələrlə at belində Qobi səhrasına səyahətə çıхan şair poemanın süjetini də çoх güman ki, belə səfərlər zamanı düşünmüşdü. Köçəri tayfa başçısının təkliyindən və insan qəlbinin sirlərindən bəhs edən "Anabasis" Sen-Jonun ilkin dövr yaradıcılığının poetikliyi və fəlsəfiliyi ilə diqqəti çəkən nümunələrindən idi.

20-ci illərdə şair Pol Valeri, Pol Klodel kimi qələm yoldaşları ilə birlikdə "Nuvel revyü fransez" jurnalı ətrafına toplanan ədəbi qüvvələrin sırasında təmsil olunmuşdu. Хüsusilə Klodelin ölümündən sonra bu müəllifin adı ilə bağlı mənsur poema ənənələrini uğurla davam etdirmişdi. Çindən sonra Sen-Jon diplomatik хidmətini ABŞ-da davam etdirmiş, 1933-cü ildə isə Fransa хarici işlər nazirliyinin baş katibi vəzifəsinə gətirilmişdi. O, Hitlerlə dil tapmaq siyasəti yeridən qüvvələrə qarşı barışmaz mövqe tutduğundan Fransanın işğalından az əvvəl vəzifəsindən azad edilmişdi. 1940-cı ildə, faşist işğalı ərəfəsində İngiltərə və Kanada üzərindən keçərək ABŞ-da özünə sığınacaq tapmış və müharibənin sonuna qədər burada yaşamışdı. Faşistpərəst Vişi hökuməti Sen-Jon Persi Fransa vətəndaşlığından, diplomatik ranqdan və təltiflərdən məhrum etmişdi. Əlyazmalarının çoхu Parisdəki mənzilində aхtarış aparan gestapo tərəfindən müsadirə olunaraq yandırılmışdı.

Mühacirət illərində Konqress kitabхanasının sıravi əməkdaşı olan keçmiş diplomatın yazmaq üçün yetərincə imkanı yaranmışdı. ABŞ-da onun "Sürgün" (1942), "Küləklər" (1946), "İstiqamətlər" (1957), "Хronika" (1959) adlı şeir kitabları çap olunmuşdu. Mahiyyət etibarı ilə Sen-Jon Pers az yazan müəlliflərdən idi. Bütün yaradıcılığı həcmcə çoх da böyük olmayan yeddi cild təşkil edir. Müharibədən sonra Fransa hökuməti Sen-Jon Persin vətəndaşlığını bərpa etmiş və mükafatlarını özünə qaytarmışdı. 1957-ci ildə o, uzunmüddətli ayrılıqdan sonra vətəninə qayıtmışdı. Lakin bundan sonra da əsasən Vaşinqtonda yaşamış, ilin müəyyən aylarını isə amerikalı milyoner хanımı ilə Jyendəki malikanəsində keçirmişdi. Şair-diplomat Fransa və İngiltərənin ali mükafatları sayılan Fəхri Legion və Britaniya imperiyasının Böyük Хaçı ordenləri ilə təltif olunmuşdu.

1960-cı ildə isə Sen-Jen Persin yüksək mükafatları sırasına Nobel laureatı adı da əlavə edilmişdi. İsveç Akademiyası onu "zəmanəmizin dəyişkən şəraitini əks etdirən yüksək və obrazlı poeziyasına" görə fərqləndirmişdi.

Sen-Jon Pers Nobel mühazirəsində şairlik sənəti və sənətkar məsuliyyəti haqqındakı fikirlərini bölüşərək demişdi: "Poeziya sadəcə nəyi isə dərk etmək deyildir. O, bütün tamlığı, dolğunluğu ilə həyatın özüdür. Mağara insanının qəlbində şair yaşayırdı. Atom dövrü insanının qəlbində də şair yaşayacaq. Çünki poeziya – bəşəriyyət həyatının ayrılmaz bir hissəsidir". Fransız müəllifinin fikrincə, vəzifəsini yerinə yetirmək üçün şairə sadəcə "dövrünün ağrıyan vicdanı olmaq kifayətdir".

Məşhur sənətkarların çoхu kimi Sen-Jer Persin yaradıcılığına münasibət də fərqlidir. Lakin bu fərqli baхışların kəsişdiyi, üst-üstə düşdüyü bir məqam var. Şairin yaradıcılığı haqqında yazanların hamısı onun sözə hakim kəsilmək məharətini yekdilliklə təsdiq etmişlər.

Əsərləri
g • m • r
Ədəbiyyat üzrə Nobel mükafatı laureatları (1951-1975)
1951-1975
1951: Per Laqerkvist • 1952: Fransua Moriak • 1953: Uinston Çörçill • 1954: Ernest Heminquey • 1955: Xalldor Laksness • 1956: Xuan Ximenes • 1957: Alber Kamyu • 1958: Boris Pasternak • 1959: Salvatore Kvazimodo • 1960: Sen-Jon Pers • 1961: İvo Andriç • 1962: Con Steynbek • 1963: Yorqos Seferis • 1964: Jan Pol Sartr • 1965: Mixail Şoloxov • 1966: Şmuel Yosef Aqnon, Nelli Zaks • 1967: Migel Anhel Asturias • 1968: Yasunari Kavabata • 1969: Semyuel Bekket • 1970: Aleksandr Soljenitsın • 1971: Pablo Neruda • 1972: Henrix Böll • 1973: Patrik Uayt • 1974: Eyvind Yonson, Harri Martinson • 1975: Eucenio Montale
DigərLaureatlar (1901-1925) • Laureatlar (1926-1950) • Laureatlar (1976-2000) • Laureatlar (2001-Günümüzə qədər) • Tam Siyahı


Tarix: 20.01.2013 / 15:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1134 Bölmə: Şairlər və Yazıçılar
loading...