Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pardaq dairəsi

Pardaq dairəsi metalların kəsmə ilə emalında (pardaqlamada) tətbiq olunan birləşmiş dənəciklərdən ibarət abraziv alətdir. Dəzgahların şpindelinə bərkidilərək pardaq dairələri emal zamanı böyük sürətlərdə (Vd=200 m/san) tətbiq edilir. Pardaq dairəsinin doğuranı üzrə yerləşmiş dənəciklər pəstah və alət arasında yerinə yetirilən kinematikaya uyğun olaraq materiala bataraq nazik yonqar qatı çıxarır. Dənəciyin pəstahla təması dairənin həndəsi forması, veriş, kəsmə sürəti və dərinliyindən asılıdır. Pardaq dairələri həndəsi formadan əlavə abraziv material, dənəvərlik, bərklik,struktur və birləşdirici ilə səciyyələndirilir. Bu göstəricilərin kombinasiyası yerinə yetirilən texnoloji tapşırıqlardan asılı olaraq seçilir. Pardaq dairələrinin xarakterik göstəriciləri standartlaşdırılmışdır.


Tarix: 21.03.2013 / 19:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 138 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...