Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Orta şəkərli türk qəhvəsi tərifi

Türk qəhvəsi – yalnız türklər tərəfindən hazırlanan, özünə xas bişirmə və təqdimetmə şəkli olan qəhvə növüdür. Türk qəhvəsi deyəndə ağıla ilk gələn köpük, telvə (türklər qəhvənin dibində qalan çöküntüyə "telvə” deyirlər), qəhvədan və fincandır.

Tarixi:
Türk qəhvəsi Qanuni Sultan Süleyman dövründə, 1543-cü ildə Həbəşistandan İstanbula gətirilib və zamanla Osmanlılardan Avropaya keçib. Avropada qəhvə uzun müddət Türk qəhvəsi adıyla təqdim olunub. Türk mədəniyyətinə xas güğüm yəni səhəng və qəhvədanlarda bişirildiyi üçün yaddaşlara Türk qəhvəsi kimi düşüb. O dövrdə qəhvələr hazırlanan xüsusi məkanlar açılıb və bunun sayəsində bütün dünya türk qəhvəsi ilə tanış olub.

Hazırlanması:
Türk qəhvəsi istəyə görə, sadə, az şəkərli, orta şəkərli və çox şəkərli olaraq təqdim edilə bilər. Qəhvəni bişirmədən öncə təqdim olunacaq fincan qədər su götürülür. Həmin su qəhvədana tökülür və dərhal qəhvə ilə qarışdırılır. Bir adama orta şəkərli qəhvə hazırlamaq üçün bir fincan soyuq su, iki çay qaşığı qəhvə və iki çay qaşığı şəkər qəhvədana əlavə olunur və vam oda qoyulur. Suyun üstündəki qəhvə dibinə çökməlidir. Yaxşıca qarışdırılıb, bişirilir. Qarışımın üzərində köpük meydana gəlməyə başlayanda, bir qismi soyuq olmayan fincana boşaldılır. Daha sonra qəhvə təkrar köpüklənənə kimi bişirilir. Qəhvəni servis edəndə yanında bir stəkan su verilir. İçməzdən öncə bir qurtum adi su alınır. Qəhvəni içərkən, lazım olarsa soyuq sudan da istifadə olunur.


Tarix: 24.11.2014 / 10:53 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: İçkiler
loading...