beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şamaxı

Şamaxı – Azərbaycanda rayon. Baş Qafqaz silsiləsinin cənub-şərq ətəklərində, Bakıdan 118 kilometr məsafədə yerləşən Şamaxı Azərbaycanın qədim tarixə malik şəhərlərindən biridir. Sahəsi 1611 km², əhalisi 85,3 min nəfərdir. Rayon ərazisində 3 tibb müəssisəsi, 97 mədəniyyət ocağı fəaliyyət göstərir.Mündəricat
1 Tarixi
2 Əhalisi
3 Sərhəd rayonlar
4 Şamaxı təhsil sistemi
5 Şamaxı səhiyyə sistemi
6 Şamaxı turizim zonası kimi
7 Bələdiyyələr
8 Qardaş şəhərlər
9 Görkəmli şəxsləri
10 Şəkillər
11 İstinadlar
12 Həmçinin bax


Tarixi

Kişi üst geyimi. Şamaxı. XIX əsr

İlk dəfə adı yunan coğrafiyaşünası Ptolomeyin əsərində "Samaxeya" və "Kemaxeya" kimi çəkilən Şamaxı haqqında bir çox antik dövr ərəb, fars, türk, rus və orta əsr Avropa müəllifləri geniş məlumatlar vermişlər.

Şamaxı uzun illər ərəb xilafəti tabeçiliyində bir ərazi olmuşdur. Bu xilafət zəifləkdikdən sonra Şamaxıda feodal dövləti olan Şirvanşahlar dövləti yaranmışdır. Lahicanşahlıq Şirvanşahlar dövlətinə birləşdirildikdən sonra qədim Şamaxı şəhərini bərpa etdirdi və Şirvanşahlar dövlətinin paytaxtı buraya köçürüldü. Şirvanşahlar dövlətinin çiçəklənməsi I Şah İbrahimin dövrünə təsadüf edir. Bu dövrü əhatə edən 1382-1417-ci illərdə Şamaxı həm iqtisadi, həm də mədəni cəhətdən sürətlə inkişaf etmiş və bir sıra xarici ölkələrlə böyük ticarət əlaqələri qurmuşdur. Şirvanşahlar dövləti süqut etdikdən sonra isə bu ərazi bəylərbəyi üsul-idarəsi ilə idarə edilmişdir. Buna baxmayaraq Şamaxı yenidən ayağa qalxmış, öz iqtisadiyyatını və mədəniyyətini inkişaf etdirmişdir. Tez-tez baş verən zəlzələlər şəhəri bir neçə dəfə tamamilə dağıtmışdır. Ona görə də şəhərdə qədim tarixi abidələr, demək olar ki, qalmamışdır. Qərbi, şərqi və cənubu birləşdirən bir mərkəz olan Şamaxıda rus tacirlərinin öldürülməsi nəticəsində İran-Rus müharibəsi başlandı. Böyük Pyotr Şamaxı üzərinə yeridi və onu əsl xarabazara çevirdi. XVIII əsrin ortalarında xanlığa çevrilən Şamaxı XIX əsrin əvvəllərində Rusiyanın tərkibinə daxil olmuşdur. Bundan sonra Şamaxı qəza və quberniya mərkəzinə çevrilmişdir. 1920-ci ildə Azərbaycan rus bolşevikləri tərəfindən işğal edildikdən sonra Şamaxı on il yenə də quberniya mərkəzi olmuşdur. XX əsrin 30-cu illərindən sonra Şamaxıya rayon statusu verilmişdir.

Əhalisi
Şamaxı rayonu əhalisinin milli tərkibiEtnik qrupSayı, 1999 sa.[2]Nisbəti, 1999 sa.Sayı, 2009 sa.[1][3]Nisbəti, 2009 sa.[1]
toplam80 625100 %91 605100 %
azərbaycanlı78 84497.79 %90 35098.63 %
türk9791.21 %8790.96 %
rus5150.64 %2350.26 %
ləzgi1590.2 %870.09 %
gürcü20.00 %210.02 %
tat......60.01 %
tatar80.01 %20.00 %
ukraynalı610.08 %20.00 %
yəhudi40.005 %......
erməni40.005 %......
digər490.06 %230.03 %


Sərhəd rayonlar

Ağsu, İsmayıllı, Qobustan, Xızı, Quba

Şamaxı təhsil sistemi

Şamaxı rayonunda hazırda 72 ümumtəhsil o cümlədən 50 orta, 18 əsas 4 ibtidai məktəb fəaliyyət göstərir. Eyni zamanda rayonda 23 məktəbəqədər və 5 məktəbdənkənar təhsil müəssisəsi vardır. Həmin təhsil müəssisələrində 1849 nəfər müəllim və 200 tərbiyəçi işləyir. Rayonun ümumtəhsil məktəblərində 14526 nəfər şagird, uşaq bağçalarında 1250 nəfər uşaq vardır.

Şamaxı səhiyyə sistemi

Şamaxı rayonunun əhalisinə 345 çarpaylıq mərkəzi, 40 çarpaylıq Göylər kənd və 35 çarpaylıq Sabir qəsəbə xəstəxanaları, poliklinika, habelə 16 həkim ambulatoriyası və 23 ferdşer – mama məntəqəsi, 114 həkim, 332 orta tibb işçisi və 248 kiçik tibb işçisi xidmət edir.

Şamaxı turizim zonası kimi

Rayonun ən məşhur turizm zonalarından biri Pirqulu kəndidir.

Bələdiyyələr

Rayonda 1 şəhər, 3 qəsəbə və 46 kənd bələdiyyəsi fəaliyyət göstərir. Bələdiyyə sistemində 372 nəfər işləyir.

Qardaş şəhərlər
İğdır (Türkiyə)

Görkəmli şəxsləri

Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Abbas Səhhət, Sultan Məcid Qənizadə, Ömər İbn Kafiyəddin, Hacı Zeynalabdin Şirvani, Qasım bəy Hacıbababəyov, Zivər bəy Əhmədbəyov, Məmmədağa Şirəliyev, Şamil Əzizbəyov, Ələşrəf Əlizadə, Musa Əliyev, Saleh Rüstəmov, İbrahim Səfərov, Əzizə Cəfərzadə, Əlövsət Abdullayev, Nurqələm Mikayılov, Aləm Nuriyev, Dəyanət Musayev, İsmayıl Əfəndiyev, Tərlan Əliyarbəyov, Rəmzi Yüzbaşov, Alim Qasımov


Tarix: 17.03.2013 / 13:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 685 Bölmə: Tariximiz ve rayonlarimiz