Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tariximiz ve rayonlarimizSərdar məscidi - İrəvan xanlığı

Ayrı-ayrı dövrlərdə səyyahların əsərlərində, tədqiqatçıların araşdırmalarında İrəvan qalasındakı Sərdar sarayının yaxınlığında yerləşən “Sərdar”, “Abbas Mirzə”, “Şah Abbas” kimi məscidlərinin adları çəkilir. Təhlillər göstərir ki, ayrı-ayrı adlar altında təqdim edilməsinə baxmayaraq, əslində söhbət son dövr tədqiqat əsərlərində və rəsmi sənədlərdə adı Sərdar məscidi kimi qeyd olunan dövrün nadir memarlıq abidəsindən gedir. Yəni, bir məscid müxtəlif dövrlərdə müxtəlif cür adlandırılmışdır. İrəvan qalasının çar Rusiyası işğalı dövrünə aid bəzi sənədlərdə bu məscidin adı Abbas Mirzə məscidi kimi hallandırılır. Görünür, həmin məscid XIX əsrin əvvəlində vəliəhd Abbas Mirzə tərəfindən yenidən qurulduğu üçün məhz onun adı ilə adlandırılmışdır. Alman tədqiqatçısı Avqust Haksthauzen 1843-cü ilin avqust ayında Ardı »

Tariximiz ve rayonlarimizCəbrayıl

Cəbrayıl — Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Cəbrayıl şəhəridir.

23 avqust 1993-cü il tarixdə rayon Ermənistan ordusu və himayədarları tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.

Hazırda rayonun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı davam edir.

Rayon əhalisi arasında ərazinin adının VIII əsrdə yaşamış Cəbrayıl atanın adından alması ilə bağlı fikirlər var. Amma Cəbrayıldakı saysız-hesabsız abidələrin, mağaraların, qalaların, bürclərin, məbəndlərin qalıqları bu yaşayış ərazisinin yaşının daha qədim olmasından xəbər verir.Mündəricat [gizlə]
1 Coğrafi mövqeyi
2 Tarixi
3 Əhalisi
3.1 Etnik tərkibi
3.2 Tanınmış şəxsləri
4 İqtisadiyyatı
5 Ardı »

Tariximiz ve rayonlarimizƏn qədim Azərbaycan dövlətləri

E. ə. III - II minilliklərdə Urmiya gölü ətrafında lullubi, kuti, su(sub) və turukki tayfaları və Mil - Qarabağ ərazisində isə naxç və gərgər tayfaları yaşayırdı. Dəmir dövründə Azərbaycan tayfaları Assuriya ilə sıx əlaqə saxlayırdılar. Azərbaycanda yaşayan tayfalar haqqında ilk yazılı məlumat şumer dastanlarında və mixi yazılarda verilir. E.ə. II minillikdə Azərbaycan tayfaları olan turukkilər, lullubilər və subirlər(şubarlar) Assuriyanın işğalçı siyasətinə qarşı mübarizə aparırdılar.
Aratta dövlət qurumu e. ə. III minillikdə Urmiya gölünün cənub-şərqində meydana gəlmişdir. Aratta Azərbaycan ərazisində yaranmış ilk dövlət qurumu idi. Aratta ölkəsini en və yaxud ensi adlanan türk mənşəli hökmdar idarə edirdi. Aratta hökmdarı hərbi məsələləri həll etmək Ardı »

Tariximiz ve rayonlarimizLənkəran

Lənkəran – Azərbaycanda rayon, inzibati ərazi vahidi kimi 8 avqust 1930-cu ildə yaradılmışdır .[1] Rayonun ərazisi 153.940 hektardır .[1] Onun 66700 hektarını quru sahə təşkil edir .[1] Rayonda 2 şəhər, 8 qəsəbə və 83 kənd vardır .[1] Bakıdan rayon mərkəzinədək olan məsafə 268 km-dir .[1]Mündəricat [gizlə]
1 Tarixi
2 Coğrafiya
3 İnzibati bölgüsü
4 Mətbuat
5 Əhalisi
5.1 Milli tərkib
6 İqtisadiyyat
7 Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
8 Memarlıq abidələri
9 İqlimi
10 Görkəmli şəxsləri
11 İstinadlar
12 Xarici keçidlər

[redaktə]
Tarixi

XVIII əsrdə Talış xanlığı yaradıldı. Qaraxanın hakimiyyəti dövründə xanlığın paytaxtı Astaradan Lənkərana köçürüldü. Şəhər genişlənməyə başladı. Xanlığın iqtisadi, siyasi və mədəni həyatı inkişaf etdi, dəmirçilik, misgərlik, zərgərlik məmulatlarının istehsalı genişləndi. Lənkəran Ardı »

Tariximiz ve rayonlarimizRespublikanın formal müstəqilliyinin sonu və ərazi bütövlüyünə qəsdlər

Aprel çevrilişindən sonrakı ilk illərdə Sovet Rusiyasının Azərbaycana münasibəti bərabərhüquqlu dövlətlərin münasibəti təsirini bağışlayırdı. Belə ki, 1920-ci ilin sentyabrında Bakıda müstəqil Azərbaycanın paytaxtında Şərq xalqlarının birinci qurultayının keçirilməsi, 1920-ci il sentyabrın 30-da RSFSR ilə Azərbaycan arasında Moskvada hərbi-iqtisadi ittifaq haqqında müqavilənin bağlanması Azərbaycanı müstəqil dövlət kimi səciyyələndirən addımlar idi. Bu addımlarda hansı məqsədlər güdülürdü? Şərq aləmində kommunist ideyalarını yaymaq məqsədi güdən Şərq xalqlarının I qurultayında qarşıya qoyulmuş məqsədin mənasızlığı tez bir zamanda məlum oldu. Şərqdə «dünya inqilabi» ideyalarının yayılması mənasız görünən kimi, Azərbaycanın da müstəqillyi Rusiyanın nəzərində mənasızlaşdı. Ermənistanda (1920-ci il noyabr) və Gürcüstanda (1921-ci il fevral) Sovet hakimiyyətinin elan edilməsi Ardı »

Tariximiz ve rayonlarimizƏsrin müqaviləsi, Neftçilər günü

1994-cü il sentyabrın 20-si müstəqil Azərbaycan dövlətinin inkişafında tarixi , mühüm bir gün oldu. Həmin gün xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün dünyada "Əsrin müqaviləsi" adı ilə tanınmış neft kontraktları imzalandı. Bu kontraktlar Azərbaycanın neft və yeni iqtisadiyyat tarixinin şanlı səhifəsini açdı. Azərbaycan ilk dəfə idi ki, 6 ölkəni təmsil edən dünyanın məşhur 10 xarici neft şirkəti ilə belə böyük miqyasda saziş imzalayırdı. Bu saziş Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu, xarici sərmayədarların Azərbaycana axınını sürətləndirdi. "Əsrin müqaviləsi" həm də Azərbaycanda yeni neft-qaz kontraktlarının bağlanmasına güclü təkan verdi. "Əsrin müqaviləsi" tezliklə öz bəhrəsini Ardı »

Tariximiz ve rayonlarimizŞamaxı

Şamaxı – Azərbaycanda rayon. Baş Qafqaz silsiləsinin cənub-şərq ətəklərində, Bakıdan 118 kilometr məsafədə yerləşən Şamaxı Azərbaycanın qədim tarixə malik şəhərlərindən biridir. Sahəsi 1611 km², əhalisi 85,3 min nəfərdir. Rayon ərazisində 3 tibb müəssisəsi, 97 mədəniyyət ocağı fəaliyyət göstərir.Mündəricat [gizlə]
1 Tarixi
2 Əhalisi
3 Sərhəd rayonlar
4 Şamaxı təhsil sistemi
5 Şamaxı səhiyyə sistemi
6 Şamaxı turizim zonası kimi
7 Bələdiyyələr
8 Qardaş şəhərlər
9 Görkəmli şəxsləri
10 Şəkillər
11 İstinadlar
12 Həmçinin bax

[redaktə]
Tarixi

Kişi üst geyimi. Şamaxı. XIX əsr

İlk dəfə adı yunan coğrafiyaşünası Ptolomeyin əsərində "Samaxeya" və "Kemaxeya" kimi çəkilən Şamaxı haqqında bir çox antik dövr ərəb, fars, türk, rus və orta əsr Avropa müəllifləri geniş məlumatlar vermişlər.

Şamaxı uzun Ardı »

Tariximiz ve rayonlarimizAzərbaycan Xalq Cümhuriyyətinin yaranması

1918-ci il mayın 26-da Cənubi Qafqaz Seyminin sonuncu iclası keçirildi. İclasda çıxış edən Sereteli Gürcüstanın federasiyadan çıxdığını bəyan etdi və Seym özünün buraxılması haqqında qərar qəbul etdi.
Mayın 26-da Gürcü milli şurası tərəfındən Gürcüstanın müstəqilliyi elan edildi və Ramişvili başda olmaqla hökumət kabinəsi yaradıldı. Yeni hökumətin ilk xarici siyasi addımı mayın 28-də Almaniya ilə saziş bağlamaq oldu.
Seymin Azərbaycan nümayəndəliyi mayın 27-də fövqəladə iclas keçirdi. Yaranmış vəziyyətin çətinliyini nəzərə alaraq yekdilliklə Azərbaycanın idarə olunmasını öz öhdəsinə götürməyi qərara aldı və özünü müvəqqəti Milli Şura elan etdi. M.Ə. Rəsulzadə qiyabi olaraq Milli Şuranın sədri təyin olundu. H.Ağayev, M. Seyidov onun müavinləri seçildilər. Sonra Milli Ardı »