beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Daşkəsən

Daşkəsən – Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Daşkəsən şəhəridir.Mündəricat
1 Tarixi
2 Coğrafi mövqeyi
2.1 Relyefi
2.2 Təbiəti
2.3 İqlimi
3 İri yaşayış məntəqələri
4 Əhalisi
4.1 Etnik tərkibi
4.2 Görkəmli şəxsləri
5 İqtisadi xarakteristikası
5.1 Faydalı qazıntıları
6 Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
7 Maddi-mədəni irsi
8 Mətbəx
9 Yerli media
10 Şəkillər
11 İstinadlar
12 Xarici keçidlər
13 Həmçinin bax


Tarixi

Daşkəsən rayonu Azərbaycan SSR ərazisində 1930-cu ildə inzibati ərazi kimi yaradılmışdır. Daşkəsən şəhərinin əsası Böyük Vətən müharibəsindən sonra 1948—ci il mart ayının 16-da qoyulub. Rayon əsasən dəmir filizi yataqlarının istifadəyə verilməsi ilə əlaqədar salınıb. Bundan sonra rayona əhali axını güclənmişdir. Lakin rayona daha çox ermənilər məskunlaşdılırdı. Ermənilərin Moskvadakı havadarı Anastas Mikoyanın təşkilatçılığı ilə 1948-1953-cü illərdə Daşkəsənə minlərlə erməni ailəsi köçürülür. [2] 1956-cı ilə qədər Dəstəfur rayonu adını daşımış, 1956-cı ildə Daşkəsən adlandırılmışdır. 1963-cü ildə ləğv edilərək ərazisi o dövrkü Xanlar rayonuna verilmiş, 1965-ci ildə isə yenidən müstəqil inzibati ərazi — rayon olmuşdur. Qarabağ müharibəsi dövründə döyüşlərin bir hissəsi Daşkəsənə məxsus kəndlərlə həmsərhəd ərazilərdə getmişdir. Ermənilər Azərbaycanın bir çox əraziləri kimi Daşkəsənə də iddia edir, buradakı Alban məbədlərinin ermənilərə məxsus olması haqda saxta faktlar uydurur, buranın "qədim Ermənistan torpağı" olduğunu təbliğ etməyə çalışırlar.

Zağalı, Zivlən, Bayan, Qurubulaq, Əmirvar, Xoşbulaq, Zağalı, Dardərə və başqa kəndlərdə aparılmış arxeoloji qazıntılar bu rayonun ərazisində daş dövrünə aid insan məskənlərinin olmasını sübut edir. [3]

2010-cu ilin yanvar ayında Daşkəsən rayonunda yerləşən, Müdafiə Nazirliyinə məxsus N saylı hərbi hissəsədə baş vermiş qanlı hadisə nəticəsində Azərbaycan Ordusunun 6 hərbçisi həlak olub, daha 2 hərbçisi isə yaralanmışdır. Nazirliyin yaydığı rəsmi məlumatda həlak olan 2 hərbçinin digər 4 hərbçini güllələdiyi, daha sonra isə özlərini öldürdüyü deyilir. Lakin həlak olan hərbçilərin yaxınları və müstəqil hərbi ekspertlər bu versiyanın uydurma olduğunu, hadisənin ermənilər tərəfindən törədildiyini bildiriblər. [4]

Coğrafi mövqeyi

Daşkəsən rayonu Gəncə şəhərindən 33-41 kilometr cənub-qərbdə, Kiçik Qafqazın şimal-şərqində dəniz səviyyəsindən 1600-1800 metr yüksəklikdə yerləşir.

Rayon cənub-qərbdən 8 kilometr məsafə ilə Ermənistan Respublikası ilə (8 km), eləcə də Şəmkir (24,5 km), Kəlbəcər (23 km), Gədəbəy (41 km) və Göygöl (56,3 km) rayonları ilə həmsərhəddir. Ümumi sahəsi 1047 km²-dir. Daşkəsən rayonu ilə Bakı şəhəri arasında olan məsafə 406 km-dir.

Relyefi

Daşkəsən şəhəri

Kiçik Qafqazın şimal-şərqində yerləşən Daşkəsənin səthini şimala doğru alçalan dağlar əhatələyir. Murovdağ və Şahdağ silsilələrinin yamacları da bu rayonunu ərazisidir. Ən hündür zirvələri Hinaldağ (3367 m.), Qoşqar dağı (3361 m.) və sairdir.

Başkənd-Dəstəfur çökəkliyinin bir hissəsi Daşkəsən rayonu ərazisindədir. Səthi kanyonlarla kəsilmişdir. Yura və təbaşir çöküntüləri yayılmışdır.

Təbiəti

Daşkəsən rayonu, Bayan kəndində evlər

Təmiz hava, yaşıllığın bol olması, zəngin fauna, Murovdağ silsiləsi boyunca uzanan meşə massivləri yay aylarında təbiət həvəskarlarını Daşkəsənə cəlb edir. Rayonda Xoşbulaq və Göygöl süni gölləri vardır.

Daşkəsənin istilik və rütubətin nisbətindən özünəməxsus torpaq- bitki örtüyü və heyvanat aləmi var.

Enliyarpaqlı dağ-meşə landşaftı 600 metrdən 1900 metrədək hündürlüyü olan yamacları örtür. Dağların yüksək sərhədi palıd meşələri ilə tamamlanır. Meşələrdən yuxarı sərhəddə subalp və alp çəmənlikləri yerləşir. Bu çəmənlər yaz vaxtı minbir rəngli xalıya bənzəyir.

Subalp çəmənləri və çəmən çölləri meşə qurşağı ilə alp çəmənləri arasında geniş sahə tutur. Burada taxıllı, müxtəlif otlu, yulaflı çəmənlər yerləşir. Subalp çəmənliklərində paxlalılar, gülçiçəklilər, xaççiçəklilər, zəngiçiçəklilər və sair fəsilələrdən olan bitkilər hündür, olduqca təsirli, butaya bənzər ot örtüyü yaradır. Subalp zonasında hündürotlu çəmənliklərdən başqa, çəmən bozqırları, kollu çəmənlər də inkişaf etmişdir.

Alp çəmənləri "Alp xalıları" adlanan alçaqboylu otlardan ibarət bitkiliyi ilə subalp çəmənlərindən çox fərqlənir. Bu bitkilər dağ-çəmən torpaqlarında sıx çəmən örtüyü yaradırlar. Qayalı, daşlı yamaclarda seyrək bitki qruplar inkişaf edir. Taxıl otları və çillər hamar dağ yamaclarında sıx qiymətli yay otlaqlarıdır. Yüksək dağların daha rütubətli yamaclarında cil, şahduran, qaytarma, dəstərək, qırtıc, topal və sair şaxələnən kök sisteminə malik otlaq bərk döşənəkli "Alp xalıları" yaradır.

Daşkəsən rayonu Kiçik Qafqazın şimal–şərqində yerləşdiyi və səthi şimala doğru alçalan dağlarla əhatə olunduğu üçün olduqca mənzərəli, qışda qismən azalan, yaz-yay, payız mövsümlərində aşıb-daşan dağ çayları ilə zəngindir. Onlardan Göy-göl (Zivlən kəndi), Gəncəçay (Çanaqçı-Dəstəfur kəndləri), Ballıcalı (Qaraqollar), Şəmkirçay (Astaf kəndi), Qoşqarçay (Xoşbulaq kəndi-Daşkəsən şəhəri) çaylarını göstərmək olar.

Turizm üçün xarakterik olan Zivlən və Astaf kəndlərində olduqca ecazkar təbiət gözəli olan eyni adlı iki göl – Göy-göl vardır. Rayona xüsusi gözəllik verən, yol boyunca uzanan qalın və seyrək meşələr var. Meşələrdə, əsasən fısdıq, vələs, palıd, cökə, söyüd, göyrüş, qozqara (qaraağac), töləkə və görməşov ağacları bitir.

Rayonda insan sağlamlığı üçün xüsusi əhəmiyyət kəsb edən müalicəvi əhəmiyyətli bitkilər var. Onlardan kəklikotu, gülxətimi, qəfli, sarıçiçək, çobanyastığı, boymadərən, boyxoş, andız, qaraçiyələm, qaraçörək, yarpız, daşyarpızı, dəvədabanı, solmazçiçəyi, yasəmən , çəmən, yolotu (qırxbuğum), cincilim qantəpər, şehdərən, dağ bənövşəsi, bənövşə, nərgiz, lilpar, unnuca, gicitkən, qaymaqçiçəyi və s. yerli əhali tərəfindən yığılır.

Rayonun gur çeşməli, şəffaf, müalicəvi əhəmiyyətli bulaqları var:
1. Yumurtalı bulaq – Qabaqtəpə kəndi;
2. Narzan bulağı – Yuxarı Daşkəsən qəsəbəsi;
3. Turşsu bulağı – Alaxançallı kəndi;
4. Qiblə bulağı – Qabaqtəpə kəndi;
5. Qayğı bulağı – Qabaqtəpə kəndi;
6. Böyrək bulağı – Alunitdağ qəsəbəsi;
7. İdris bulağı – Əmirvar kəndi;
8. Seyid bulağı – Xoşbulaq kəndi.

İqlimi

Daşkəsəndə temperatur qış aylarında -5 C-dən -20 C-dək, yay aylarında isə +20 C-dən +35 C-dək olur. Rayonda havanın orta illik temperaturu 0-100-dir. Yanvarın orta aylıq temperaturu -2-140-i, iyulun orta aylıq temperaturu +5-200 arasında dəyişir.

Yay aylarında bəzən havanın mütləq maksimum temperaturu +20-310-dək yüksəlir, mütləq minimum temperatur 20-300 aşağı düşür. İl ərzində havanın orta mütləq minimum temperaturu orta dağlıqda +150 ilə +70 arasında dəyişir. Torpaq səthinin orta illik temperaturu +80-i, yanvar ayının orta temperaturu -50-i, iyulun orta aylıq temperaturu isə 210 olur.

Havanın orta illik nisbi rütubəti 75 faiz olub il ərzində 67-82 faiz arasında dəyişir. Ərazidə yağıntının illik miqdarı 600-900 mm-dir. Yağıntının çox miqdarı yaz fəslinə düşür. Torpağın səth örtüyündən il ərzində 300-800 mm mümkün buxarlanma gedir.

İri yaşayış məntəqələri

Daşkəsən rayonunda 1 şəhər, 6 şəhər tipli qəsəbə və 42 kənd var. İnzibati mərkəzi Daşkəsən şəhəridir.

Əhalisi

Daşkəsən rayonunun əhalisinin sayı 32 min 510 nəfərdir.

Etnik tərkibi
Daşkəsən (o vaxt Dəstəfur) rayonu : 1939-cu il siyahıya almasıEtnik quplarəhalinin Sayı (Nəfər)
Azərbaycanlılar9.137 (97,5%)
Talışlar5 (0,1%)
Ruslar124 (1,3%)
Ermənilər63 (0,7%)
Ləzgilər8 (0,1%)
Gürcülər4 (0,1%)
Bütün rayon üzrə9.370 (100%)



Daşkəsən rayonu : 1959-cu il siyahıya almasıEtnik quplarəhalinin Sayı (Nəfər)
Azərbaycanlılar17.372 (49,3%)
Talışlar– (-)
Ruslar896 (2,5%)
Ermənilər16.626 (47,2%)
Ləzgilər24 (0,1%)
Gürcülər19 (0,1%)
Bütün rayon üzrə35.222 (100%)



Daşkəsən rayonu : 1970-ci il siyahıya almasıEtnik quplarəhalinin Sayı (Nəfər)
Azərbaycanlılar22.552 (63,2%)
Talışlar– (-)
Ruslar613 (1,7%)
Ermənilər12.118 (34,0%)
Ləzgilər15 (0,1%)
Gürcülər7 (0,1%)
Bütün rayon üzrə35.666 (100%)



Daşkəsən rayonu : 1979-cu il siyahıya almasıEtnik quplarəhalinin Sayı[5](Nəfər)
Azərbaycanlılar25.811 (76,9%)
Talışlar– (-)
Ruslar241 (0,7%)
Ermənilər7.325 (21,8%)
Ləzgilər37 (0,1%)
Gürcülər6 (0,1%)
Bütün rayon üzrə33.566 (100%)


Görkəmli şəxsləri

İqtisadi xarakteristikası

Daşkəsən rayonu respublikanın mühüm mədən filiz sənayesi rayonlarındandır. Rayonun sənayesinin əsas hissəsini metallurgiya sənayesi təşkil edir. Faydalı qazıntıları dəmir filizi, kobalt, alunit, mərmər, əhəng daşı və s. Hazırda ölkə ərazisində 3 dəmir filizi yatağının ehtiyatları təsdiq edilib. Bunlar Daşkəsən rayonunda yerləşən "Daşkəsən", "Cənubi Daşkəsən" və "Dəmir" yataqlarıdır. Daşkəsən rayonu ərazisində (Kiçik Qafqaz dağ silsiləsi) yerləşən "Çovdar" qızıl yatağının istismarına 2012-ci ildə başlanılması planlaşdırılır. [6] Rayonda dəmir filizinin hasilatı ilə məşğul olan "Daşkəsən filizsaflaşdırma" ASC-yə investisiya yatıran "Det.Al Limited" şirkətidir. Gəncədəki yeni inşa olunan Alüminium Zavodunun poladəritmə sexi işə düşdükdən sonra "Daşkəsən filizsaflaşdırma" ASC-nin də illik istehsal gücü 500 min, daha sonra isə 1 milyon tona çatdırılacaq. "Daşkəsən filizsaflaşdirma" ASC – Daşkəsən bölgəsindəki dəmir filizi yataqlarının müstəsna istifadəçisi, filizçıxarma və filizsaflaşdırma zavodunun və vasitələrin sahibidir. Kəşf olunmuş dəmir filizi ehtiyatları 250 mln tondan artıqdır. [7] Rayon eyni zamanda kənd təsərrüfatı rayonudur. Kənd təsərrüfatı fəaliyyəti əsasən heyvandarlıq, bitkiçilik, arıçılıq və quşçuluqdur. Heyvandarlıq sahəsində əsasən iri buynuzlu qaramal və xırda buynuzlu davarlar saxlanılır. Heyvanlar əsasən fərdi təsərrüfatlarda saxlanılır. 59 kəndli (fermer təsərrüfatı mövcuddur ki, bunlar hüquqi şəxs kimi fəaliyyət göstərir. Quşçu kəndində 1 Ağbaba ailə kəndli təsərrüfatı damazlıq təsərrüfatı kimi fəaliyyət göstərir. Təsərrüfatlarda hazırda əsasən qonur qafqaz, şves, az miqdarda qara-ala və hallavey cinsləri mövcuddur. Davarlarda isə əsasən yerli bozaq qoyunlardır. Heyvanların cins tərkibini yaxşılaşdırmaq məqsədi ilə 3 ərazidə Qabaqtəpə, Əmirvar və Quşçu kəndlərində süni mayalanma təşkil edilmişdir.

Faydalı qazıntıları

Daşkəsən rayonu təbii sərvətlərlə olduqca zəngindir. Sovet İttifaqı dövründə Daşkəsəndə strateji əhəmiyyəti olan dəmir filizi, alüminium, kobalt, mərmər və s. çıxarılmışdır. Rayonun ərazisindəki dağlarda indi də qızıl, mis, kobalt, zəy, alüminium, dəmir filizi, əhəng daşı və mərmər kimi çox qiymətli təbii ehtiyatlar var. [8]

Daşkəsəndəki dəmir filizi yataqlarının mövcudluğu hələ eramızdan evvəl 1-ci əsrdə burada yaşayan insanlara məlum idi. Lakin burada filizin sənaye yolu ilə hasilatına 1954-cü ildən başlanılıb. Filizdə dəmirin nisbəti 36,5%-dir. Bəzi yerlərdə filizin tərkibində həmçinin 20%-ə qədər kükürd də var. Dəmir filizin yatağındakı mədəndə çıxarılan filizin daşınması üçün uzunluğu 4 km olan kanat yolu da tikilib. Sovet dövründə buradan çıxarılan filiz Gürcüstanın Rustavi şəhərindəki metallurgiya zavoduna xammal kimi daşınırdı. Azərbaycan müstəqillik əldə etdikdən sonra Gəncədə iri metallurgiya zavodu tikildi. Hal-hazırda Daşkəsəndə çıxarılan filiz Azərbaycanın öz ehtiyaclarının ödənilməsinə sərf olunur. [9]

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

Maddi-mədəni irsi

Rayonun Tapan kəndində Qudur bulağı, Alaxançallı kəndində Turşsu ərazisi, Qaraqullar kəndində Ağ bulaq, Zəylik kəndində Düz yal, Bayan kəndində ecazkar dəmiryol körpüləri və keçidləri, Çilçirəvənd məbədi, Monastr, Quşqara çayı üzərində tağvari körpü, Gurbulaq kəndi ərazisində Dikdaş qalaçası, Ərkinaz qalaçası, Zağalı kəndində dünya əhəmiyyətli Kurqanlar və daş qəbirstanlıqlar, Zəylik kəndində Alban məbədi, daş qəbristanlıqları, Əhmədli kəndində türbə, Dardərə kəndində Çalağan qalaçası, Dəstəfur kəndində Gəncə çayı üzərində salınmış qədimi körpü, 700 m² ərazini əhatə edən Alban məbədi və s. tarixi və təbii abidələr bu gün də rayonun bölgələrində hörmətlə, ehtiramla, heyrətlə qarşılanır.

"Xoşbulaq yaylağı" tunc dövrünə aid olan "Daştəpə" qalaçası, "Çoban daşı", "Molla Abdulla bulağı" qalaçası,dəmir dövrünə aid olan "Nağara dağı" ilə məşhurdur, tarixçilərimizin diqqət mərkəzindədir. Dəniz səviyyəsindən 3361 metr yüksəklikdə yerləşən, bu gün də el arasında müqəddəs ocaq, pir kimi tanınan, qibləgah hesab olunan Qoşqar dağının ətəyində yerləşir. Əmirvar kəndində "Yastı qaya" adlanan mənzərəli guşə hər tərəfdən sıx meşəliklə əhatə olunub. "Ləzgi qayası", "Qara inək" mağarası, "Yal yurdu" qalaçası, "Göyçəlilər yurdu" qalaçası, "Dərdər" qalaçası rayonda məşhurdur.

Qabaqtəpə zonası da turizm üçün çox əhəmiyyətlidir. Belə ki, burada 800 m² ərazisi olan Alban məbədi kimi respublika əhəmiyyətli tarixi memarlıq abidəsi, Qabaqtəpə kəndindən 5 km aralıda yerləşən Gəlinqaya təbii abidəsi, Qabaqtəpədən 12 km aralıda yerləşən Şəmkir çayı kimi mənzərəli guşəsi, təmiz havası, saf suları ilə məşhur olan bu ərazi həmişə buraya gələn qonaqların zövqünü oxşamaqdadır. Dünyada məşhur olan Qabaqtəpə boz arı cinsi məhz bu torpağın, bu regionun adı ilə bağlıdır. Dağlara söykənən bu kənd qərb tərəfdən meşələrlə əhatə olunmuşdur. Rayon mərkəzi ilə Qabaqtəpə kəndi ərazisində çoxlu tarixi qədim olan körpülər, yaşayış məskənləri, tarixi və təbii abidələr mövcuddur. [10]

Mətbəx

Yerli media

Daşkəsən rayonu ərazisində yerli televiziya və radio qovşağı fəaliyyət göstərmir. Daşkəsən rayonunun yerli mətbuat orqanı olan "Daşkəsən" qəzeti 1933-cü ildə Daşkəsən rayon partiya komitəsinin oqranı kimi təsis edilmiş, 1991-ci il oktyabrın 18-dək rayon partiya komitəsinin, 1991-ci ildən 1997-ci ilədək müstəqil ictimai-siyasi qəzet və 1997-ci ildən hal-hazıradək Daşkəsən rayon İcra Hakimiyyəti Aparatının orqanı kimi fəaliyyət göstərir. "Daşkəsən" qəzetinin 2008-ci ilin I yarımilində 10 sayı nəşr edilmiş və qəzet 500 tirajla çap edilmişdir. Qəzet A-2 formatda çap edilir.


Tarix: 16.03.2013 / 13:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 957 Bölmə: Tariximiz ve rayonlarimiz