beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abşeron iqtisadi rayonu

Ümumi məlumat

Abşeron iqtisadi rayonu

Abşeron iqtisadi iqtisadi rayonu haqqında ümumi məlumat
Abşeron iqtsadi rayonu Abşeron, Xızı inzibati rayonlarını, Bakı və Sumqayıt şəhərlərini əhatə etməklə çox əlverişli iqtisadi-coqrafi mövqeyə malikdir. İqtisadi rayonun ümumi sahəsi 5,9 min. kv.km olmaqla ölkə ərazisinin 7 faizini əhatə edir. İqtisadi rayonun relyefi təpələrdən, dağətəyi düzənliklərdən və alçaq dağlardan ibarətdir. Rayon üçün quru subtropik iqlim xarakterikdir.
İqtisadi rayonun əlverişli iqtisadi-coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynamışdır. Şəhər əhalisinin xüsusi çəkisinə, yaşayış məntəqələrinin sayına, ərazinin mənimsənilməsinə, əhalinin sıxlığına, istehsalın təmərküzləşməsinə, infrastruktur sahələrin inkişaf səviyəsinə və s. digər sosial-iqtisadi və demoqrafik göstəricilərə görə Abşeron başqa iqtisadi rayonlardan öndə durur.

Təbii sərvətləri
Abşeron iqtisadi rayonu ölkənin faydalı qazıntılarla zəngin rayonlardandır. İqtisadi rayon neft, qaz, mişar daşı, əhəng daşı, sement xammalı, kvars və tikinti qumları ehtiyalarına malikdir
Abşeron yarımadasında zəngin balneoloji sərvətlər mövcüddür. Palçıq vulkanları, mineral bulaqlar və şorsulu ğöllərin müalicəvi əhəmiyyəti böyükdür.
Abşeron yeqanə iqtisadi rayondur ki, yerli içməli suyu yoxdur. İqtisadi rayon içməli su ilə Samur və Kür çaylarından çəkilmiş su kəmərləri vasitəsilə təmin edilir. Lakin, Abşerona bir neçə istiqamətdən su xətti çəkilsə də, burada şirin su təminatı problemi hələlik həll edilməmiş qalır.

İqtisadiyyatı
Sənaye rayonu olan Abşeron iqtisadi rayonunun iqtisadiyyatında neft və qazçıxarma, neft kimyası və kimya, ağır sənaye, qara və əlvan metallurgiya, energetika, maşınqayırma, elektrotexnika, yüngül və yeyinti sənayesi üstünlük təşkil edir. Rayonda geniş tikinti kompleksi, nəqliyyat və xidmət sahələri fəaliyyat göstərir. İqtisadi rayon güclü yanacaq-energetika bazasına malikdir. Ölkədə çıxarılan neftin və qazın, istehsal edilən elektrik enerjısının xeyli hissəsi bu rayonun payına düşür. Son zamanlarda yeni neft, qaz yataqlarının istismarı bu regionun strateji mövqeyini gücləndirmiş və dünya təsərrüfatında onun əhəmiyyətini artırmışdır.
İqtisadi rayonun sənaye strukturunda kimya və neft-kimya sənayesi aparıcı yer tutur. İqtisadi rayonda qara və əlvan metallurgiya sənayesi də mühüm əhəmiyyətə malikdir. İqtisadi rayonun tikinti sənayesi müəssisələrində şüşə, polimer tikinti materialları və s. istehsal olunur.
Abşeron iqtisadi rayonunda kənd təsərrüfatının əsasını şəhərətrafı təsərrüfat kompleksinə daxil olan südlük-ətlik maldarlıq, quşçuluq, qoyunçuluq, tərəvəzçilik, bostançılıq, üzümçülük, gülçülük və quru subtropik meyvəçilik təşkil edir. İqtisadi rayonda aqroiqlim şəraiti zeytun, zəfəran, püstə, badam, əncir, ağ və qara şanı üzüm sortlarının, qarpız və digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə imkan verir.

Nəqliyyat şəbəkəsi

Abşeron iqtisadi rayonu inkişaf etmiş infrastruktura malikdir. Azərbaycanın ən mühüm dəmir, avtomobil, su və hava xətləri bu rayonun ərazisindən keçir. Ərazinin Xəzər dənizi sahilində yerləşməsi onun nəqliyyat əlaqələrinin genişlənməsi imkanlarını artırır. İqtisadi rayonda nəqliyyat vasitələrinin əksər növləri fəaliyyət göstərir.

Sosial infrastrukturu
İqtisadi rayon, eyni zamanda, sosial obyektlərin geniş şəbəkəsinə malikdir. Burada elmi-tədqiqat institutları, ali məktəblər, böyük idman mərkəzləri, ölkə əhəmiyyətli səhiyyə müəssisələri və digər sosial infrastruktur obyektləri fəaliyyət göstərir.

İqtisadi rayonun iqlim-balneoloji şəraiti Xəzər dənizinin sahilləri boyu çimərlik zonalarının salınmasına imkan verir.


Tarix: 16.03.2013 / 13:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 319 Bölmə: Tariximiz ve rayonlarimiz