beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qax

Qax – Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Qax şəhəridir.Mündəricat
1 Tarixi
2 Coğrafi mövqeyi
2.1 Relyefi
2.2 Təbiəti
2.3 İqlimi
3 Kəndləri
4 Əhalisi
4.1 Görkəmli şəxsləri
5 İqtisadi xarakteristikası
6 Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
7 Maddi-mədəni irsi
8 Mətbəx
9 Yerli media
10 Şəkillər
11 Mənbə
12 İstinadlar
13 Xarici keçidlər
14 Həmçinin bax


Tarixi

Sumuq qala

Yaşayış məskəni kimi Qaxın adına ilk dəfə Moisey Kalankatlı nın "Albaniya tarixi" əsərində rast gəlinir. IV əsrə aid hadisələrdən bəhs edən tarixçi Haku(Qax) adlı yaşayış məskəninin adını qeyd edir.[3] [4]

Coğrafi mövqeyi

Relyefi

Rayonun ərazisi Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşir. Rayon şimal-şərqdən Dağıstan Respublikası, cənubdan Gürcüstan Respublikası ilə həmsərhəddir.

Təbiəti

Qax Azərbaycanın mühüm aqrar-sənaye rayonlarından biridir. Əsasən qərzəkli meyvələr (fındıq, şabalıd, qoz) rayonu kimi tanınır. Bol su ehtiyatı, normal rütubət balansı, məhsuldar torpaqlar, meşələr, alp və subalp çəmənləri, qış otlaqları əkinçiliyin və heyvandarlığın inkişafını təmin edir. Dağlara yağan güclü yağışlar və qarın əriməsi nəticəsində də tez-tez çaylar daşır və sel hadisəsi baş verir. Bu əkin sahələrinə, bəzən isə yaşayış məntəqələrinə ziyan vurur. Rayon respublikanın mühüm meşə sərvəti regionlarındandır. Palıd, vələs, qarağac, qoz, şabalıd, müxtəlif cür meyvə ağacları, dərman bitkiləri, qonur ayı, dağ keçisi, qaban, müxtəlif quşlar buradakı meşələrin zəngin sərvətləridir. Bu zənginliyi qorumaq və artırmaq məqsədilə İlisu dövlət təbiət qoruğu yaradılmışdır. Qoruq ərazisinin əksər hissəsi Ağçay kəndinə düşür.

İqlimi

Rayon mərkəzində iqlim isti, rütubətli subtropik, dağlıq ərazidə (əsasən İlisu kəndində) isə soyuqdur.

Kəndləri

Rayonda 59 yaşayış məntəqəsi vardır.Almalı (Qax)FıstıqlıMalaxQaxmuğalSüskənÇüdüllü
AmanlıGüllükMarsanQaysarlıTanqıtÜzümlü (Qax)
Armudlu (Qax)KeşqutanMeşəbaşQazmalarTasmalıİbaxlı
AğyazıKiçik AlatəmirOncallıQaşqaçayTuraclıİlisu
Ağçay (Qax)Kötüklü (Qax)QapıçayQımırUzuntala (Qax)Şıxlar (Qax)
BaydarlıLəkitQarabaldırQındırğaXələftalaŞotavar
BağtalaLəkit KötüklüQarameşəQıpçaq (Qax)Yeni İlisuƏlibəyli (Qax)
Böyük AlatəmirLəkit MalaxQaratalaQorağanZərnəƏmbərçay
CəlayerLələliQaxbaşQum (Qax)Zəyəm (Qax)Əmircan (Qax)
DəymədağlıLələpaşaQaxingiloySarıbaşÇinarlı (Qax)


Əhalisi

1999-cu ilin 27 yanvar – 4 fevral tarixləri arasında aparılmış siyahıya almaya əsasən Qax rayonunun 51 161 nəfər (76,92%-i azərbaycanlılar, 14,56%-i gürcülər, 5,11%-i saxurlar, 1,19%-i ləzgilər, 0,19%-i mesxeti türkləri, 0,18%-i ruslar, 0,02%-i Qafqaz avarları, 1,83%-i digər millətlər olmaq üzrə) əhalisi var.[2]

Görkəmli şəxsləri
Danyal Sultan
Müslüm Maqomayev (bəstəkar)
Niko Pirosmanaşvili
Pyotr Babayev
Mose Canaşvili
İmam Mustafayev
İsmayıl Dağıstanlı
Aynur Sofiyeva

İqtisadi xarakteristikası

Rayon iqtisadiyyatının əsasını bitkiçilik (xüsusilə tütün və taxılçılıq üzrə ixtisaslaşmışdır), heyvandarlıq məhsullarının istehsalı təşkil edir.

Yeyinti sənayesi bağçılıq, tütünçülük və heyvandarlıq məhsullarının emalına əsaslanır. Qax meyvə-tərəvəz konservi zavodları yeyinti sənayesinin əsas müəssisələridir. Burada istehsal olunan məhsullarının xeyli hissəsi başqa rayonlara göndərilir. Yağ-pendir, çörəkbişirmə, spirtli içkilər, şərq şirniyyatı məhsulları istehsal edən kiçik müəssisələr də fəaliyyət göstərir. Onların məhsulları əsasən yerli tələbatı ödəyir.

İqtisadi rayon bir sıra faydalı qazıntılarla zəngindir: kükürd, polimetal filizi. Dağlıq və dağətəyi yerlərdə, əsasən də çayların gətirmə konuslarında bol çınqıl, qum, gil və başqa tikinti materialları xammalı vardır.


Tarix: 16.03.2013 / 13:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 547 Bölmə: Tariximiz ve rayonlarimiz