beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hacıqabul

Hacıqabul – Azərbaycanın şərqində yerləşən rayon. 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə yaradılan yeni ərazi-inzibati vahidlərdən biridir.Mündəricat
1 Şəhər və iri qəsəbələrin adları
2 Sərhəd rayonların, ölkələrin adları
3 Coğrafiyası
4 İqlimi
5 Tarixi
6 Tarixi və mədəniyyət abidələri
7 İqtisadiyyatı
8 Bələdiyyələr haqqında
9 Görkəmli şəxsləri
10 Xarici keçidlər
11 İstinadlar


Şəhər və iri qəsəbələrin adları

Rayonda 31 yaşayış məntəqəsi var. Bunlardan 1 şəhər, 1 şəhər tipli qəsəbə, 4 qəsəbə və 25 kənddir. Rayonda 15 inzibati ərazi vahidi, 5 tibb müəssisəsi, 55 mədəniyyət ocağı var.

Sərhəd rayonların, ölkələrin adları

Abşeron, Qobustan, Şamaxı, Ağsu, Kürdəmir, Sabirabad, Salyan rayonları, Şirvan şəhəri

Coğrafiyası

Hacıqabul rayonu Şirvan düzənliyinin və Böyük Hərmi silsiləsinin cənub-şərq hissəsini əhatə edir. Ərazisinin ovalıq hissəsi dəniz səviyyəsindən aşağıda yerləşir. Neogen və Antropogen çöküntüləri yayılmışdır. Palçıq vulkanları var. Faydalı qazıntıları: neft, qaz, gil, gəc. Yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqliminə malikdir. Orta temperatur yanvarda 2°C, iyulda 26°C-dir. Ərazidən Kür və Pirsaat çayları axır. Hacıqabul gölü rayonun ərazisindədir. Boz-qonur, boz-çəmən, şoran torpaqlar yayılmışdır. Bitki örtüyü yarım-səhra tiplidir. Ceyran, qırmızıquyruq qumsiçanı, gürzə, turac və göyərçin məskunlaşmışdır.

İqlimi

Hacıqabul rayonun iqlimi yarımsəhra əraziləri üçün səciyyəvi olan quru və isti iqlimdir. Burada yaya fəsli çox vaxt +40 C-dən artıq olur, qışı isə mülayimdir, qış aylarında temperatur əsasən +6, +12 C həddində olur. Yağıntılar əsasən yazda və payızda düşür. Orta illik yağıntı miqdarı 250-370 mm-dir.

Tarixi

Hacıqabul rayonu Kür–Araz ovalığının cənub–şərqində yerləşir. Rayonun mərkəzi Hacıqabul şəhərinin tarixi IX əsrdən başlanır. "Hacıqabul" sözünün mənası "Allah sənin Həcc ziyarətin qəbul etsin" deməkdir. Bu sözün yaranması onunla əlaqədardır ki, bu şəhər müsəlmanların müqəddəs ziyarətgahları olan Məkkə və Mədinəyə gedən yolun üzərində yerləşirdi. Zəvvarlar bu qədər uzun yolu dayanmadan qət edə bilməzdilər. Buranın şəraiti düşərgə salmaq üçün çox münasib idi.

Tarixi və mədəniyyət abidələri

XV əsrdə Şah Abbas indiki Hacıqabul şəhərinin yerləşdiyi ərazidəki eyni adlı gölün sahilində karvansara tikdirmişdi. Şirvanşahlar sülaləsinin hakimiyyətdə olduğu dövrdə burada Mahmudabad şəhəri salınmışdır. Böyük İpək Yolu bu şəhərdən keçirdi. Fars körfəzi rayonuna gedən karvanlar buradan gedirdi. Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Hacıqabul şəhərinin şimal-qərb tərəfində yerləşən Haram dağında üzərində petroqliflər olan siklopik tikili aşkar etmişlər. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, bu tikilininyaşı 5 min ilə yaxındır. Bu tikililərin ətrafında aşkar edilmiş daşların üzərində insan və fantastik heyvan təsvirləri var. Alimlər bu təsvirləri eneolit və tunc dövrlərinə aid edirlər.

Rayonda xalçaçılıq sənəti yaxşı, inkişaf etmişdir. Şirvan xalçaçılıq məktəbinə aid edilən, əl ilə toxunan "Sarı xalça" xüsusi marağa səbəb olur. Hacıqabul rayonun ərazisində tarixi – memarlıq abidələri də var. Qubalı Baloğlan kəndində XIII – XIV əsrlərə aid Hüseyn Xanəgahı adlı pir – ziyarətgah, qala divarları, minarəli məscid, karvansara (bunlar hamısı XIII əsrə aiddir), XIV əsrə aid yaşayış binaları, XV və XVIII – XIX əsrlərə aid məqbərələr, Udulu kəndində orta əsrlərdə ucaldılmış müdafiə təyinatlı Qüngörməz qülləsi, Hacıqabul gölünün şərq sahilində XV əsrdə tikilmiş karvansara bu cür abidələrdir. [1]

Rayon ərazisində XI-XIV əsrlərə aid Pir Hüseyn Xanəgahı yerləşir. Pir Hüseyn xanəgahı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 22.01.2004-cü il tarixli müvafiq əmrinə əsasən tarix-memarlıq qoruğu elan edilmişdir. Pir Hüseyn xanəgahının Azərbaycan tarixində və memarlığında böyük əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət tərəfindən mühafizəyə götürülmüşdür. Hacıqabul rayonunun ərazisində yerləşən Pir Hüseyn Xanəgahına daxil olan tikililərin inşasına XI əsrin əvvəllərində başlanmışdır. Tikililəri əhatə edən qala divarının XIII əsrdə inşa olunması ehtimal olunur. XIV əsr tarixçisi Vəssaf 1318-ci ildə Qızıl Orda xanı Özbəkin döyüşçüləri tərəfindən xanəgahdan qarət olunmuş qızıl külçələrin, bəzək əşyalarının, qiymətli xəzlərin və başqa dəyərli əmlakın geri qaytarılması haqqında öz sərkərdələrinə əmr verdiyi haqqında məlumat verir. Sovet dövrünün ilk illərində Pir Hüseyn türbəsindən aparılmış kaşılar Sankt-Peterburq Ermitajında və Gürcüstan Dövlət Muzeyində saxlanılır. Xanəgahın yaxınlığında qədim qəbiristanlığın hal-hazırda mövcud olması bu ərazidə vaxtı ilə böyük yaşayış yerinin olduğunu sübut edir. Pir Hüseyn xanəgahında ilkin bərpa işlərinə 1981-ci ildə başlanmış və abidələrin bir hissəsi qismən bərpa olunmuşdur. 2003-cü ildə abidədə yaranmış qəza vəziyyətini nəzərə alaraq Mədəniyyət Nazirliyi Hacıqabul Rayon İcra Hakimiyyəti ilə birlikdə Pir Hüseyn xanəgahının bərpasına başlamışlar. Hazırda iş davam edir.

İqtisadiyyatı

Rayon ərazisindən Bakı-Tbilisi dəmir yolu xətti keçir. Uzunluğu 58 km-dir. Böyük İpək Yolunun 82 km-i rayonun ərazisindən keçir. Bu yollar I və II kateqoriyalı yollardır. Rayonun istirahət və turizm zonaları, idman kompleksləri yoxdur. Rayonda 35-dən artıq iri dövlət və şəxsi müəssisə fəaliyyət göstərir. Bu müəssisələrdən ən böyüyü Kür Su Kəmərləri İstehsal İstismar İdarəsidir. 1971-ci ildən fəaliyyətə başlamış, müstəqillik dövründə daha da genişləndirilərək inkişaf etdirilmişdir. Hazırda ətraf rayonları və Bakı şəhərini içməli su ilə təmin edir. İdarədə 500 nəfərə yaxın işçi çalışır. Xətti magistral qaz kəmərləri istehsal idarəsi və Kalmaz Yeraltı Qazsaxlama Stansiyası Respublikanı mavi qaz yanacağı ilə təmin edir. İdarələrdə 300 nəfərdən artıq işçi çalışır. Rayonda dəmir yolu təşkilatı fəaliyyət göstərir. Həmin təşkilatlar respublika ərazisində dəmir yolu nəqliyyatının fasiləsiz və keyfiyyətli hərəkətlərini təşkil edir. "Adışirin" və "Pirsaat" quşçuluq təsərrüfatları Hacıqabul və ətraf rayonları keyfiyyətli quş əti və yumurta ilə təmin edirlər. Həmin müəssisələrdə 400 nəfərdən artıq fəhlə və qulluqçu çalışır. Hər iki təsərrüfatın təməli müstəqillik dövründə qoyulmuşdur. [2]

Bələdiyyələr haqqında

Hacıqabul rayonunda 23 bələdiyyə fəaliyyət göstərir.#Bələdiyyələrin adıHər bələdiyyə üzrə əhalinin sayı
1Hacıqabul şəhər bələdiyyəsi23512
2Muğan qəsəbə bələdiyyəsi4275
3Nəvai kənd bələdiyyəsi3354
4Atbulaq kənd bələdiyyəsi3175
5Rəncbər kənd bələdiyyəsi2894
6Abdulyan kənd bələdiyyəsi2838
7Qubalıbalaoğlan kənd bələdiyyəsi2631
8Qarasu qəsəbə bələdiyyəsi2407
9Nəvai qəsəbə bələdiyyəsi2293
10Kolanı kənd bələdiyyəsi1944
11Birinci Udullu kənd bələdiyyəsi1837
12Talış kənd bələdiyyəsi1636
13Şorbaçı kənd bələdiyyəsi1440
14Birinci Meyniman kənd bələdiyyəsi1408
15İkinci Meyniman kənd bələdiyyəsi1295
16Qızılburun kənd bələdiyyəsi1034
17Padar kənd bələdiyyəsi744
18Axtaçı Şirvan kənd bələdiyyəsi510
19Qubalı kənd bələdiyyəsi430
20Ələtli kənd bələdiyyəsi380
21Ağacanlı kənd bələdiyyəsi351
22Tağılı kənd bələdiyyəsi332
23İkinci Meyniman kənd bələdiyyəsi300
24Cəmi61020


Rayon ərazisində bələdiyyələr 1999-cu ildən fəaliyyət göstərir.

17 Dekabr 2004-cü ildə bələdiyyələrə seçkilər müvəffəqiyyətlə keçirilmiş, 23 bələdiyyəyə 189 nəfər bələdiyyə üzvü seçilmişdir.

Görkəmli şəxsləri
Fəxrəddin Nəriman oğlu Məmmədov – Tarix elmləri doktoru, professor.
Miryusif Mirnəsir oğlu Manafov – şair-dramaturq.
Nizami Məmməd oğlu Süleymanov – AMEA-nın müxbir üzvü.
Mirzə Baxış Nadim – Azərbaycan şairi.
Ramiz Əliş oğlu Həsənov – texnika elmləri doktoru, professor.
Tamella Rəsul qızı Nəsirova – riyaziyyat elmləri doktoru, professor.
Saday Ağalar oğlu Əliyev – tibb elmləri doktoru, professor.
Əliağa Novruzəli oğlu Məmmədov – filologiya elmləri doktoru, professor.
Asif Mikayıl oğlu Cəbrayılov – general-mayor, Azərbaycan Sərhəd Qoşunları Komandanının müavini.
Zivər Sübhan qızı Ağayeva – Azərbaycan şairəsi.
Sara Tofiq qızı Ağayeva – şairə [3]
Çingiz Səfi oğlu İbadov – iqtisad elmləri namizədi.
Əjdər Ol – Azərbaycan şairi.
Əli Pənah oğlu Məmmədov – AMEA-nın üzvü, fizika-kimya elmləri doktoru, professor.
Əlihüseyn Hüseyn oğlu Hüseynov – təyyarə mexaniki, Sosialist Əməyi Qəhrəmanı.
Həsənov Yusif Nadir oglu - texnika elmlər doktoru.

Bəsti Əlisəfa qızı Bağırova tibb elmləri doktoru,professor


Tarix: 16.03.2013 / 17:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 705 Bölmə: Tariximiz ve rayonlarimiz