beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağdərə

Ağdərə – Azərbaycan Respublikasının qərbində şəhər. İnzibati olaraq Tərtər rayonu ərazisində yerləşir.Mündəricat
1 Tarixi
2 Ərazisi
3 Tarixi Abidələri
4 İqtisadiyyatı
5 İstinadlar
6 Həmçinin bax


Tarixi

Ağdərə Tərtər-İstisu avtomobil yolunun kənarındadır. XIX əsrdə burada məskunlaşdırılmış ermənilər adını 1923-cü ildən Crabert, 1930-cu ildən isə Mardarkert kimi rəsmiləşdirmişdilər. 1992-ci ildən qəsəbə keçmiş adı ilə Ağdərə adlandırılmışdır.

Ağdərə şəhəri 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olan Ağdərə rayonuna tabe edilmişdir. 1960-cı ildə şəhər tipli qəsəbə, 1985-ci ildə şəhər statusu alıb. Ağdərə şəhəri Dağlıq Qarabağdakı bir çox ərazilər kimi Qarabağ müharibəsinin başlanğıcında erməni militaristlərinin nəzarəti altına keçir. 1992-ci ildə Azərbaycan ordusunun hücumu nəticəsində iyulun 4-də Ağdərə şəhəri erməni işğalçılarından azad edilir. [1] 1 il boyunca şəhər ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedir. Lakin 1993-cü ildə Azərbaycanda 4 iyun Gəncə qiyamı baş verir. Qarabağ cəbhəsində döyüşən orduya rəhbərlik edən Surət Hüseynov mərkəzi hakimiyyətə qarşı qiyam edərək Bakıya doğru hücuma keçir. Onun rəhbərlik etdiyi ordu bölmələri öz mövqelərini qoyaraq Bakıya doğru hücuma qoşuldular. Bundan məharətlə istifadə edən erməni ordusu 7 iyul 1993-cü ildə Ağdərə şəhərini yenidən işğal etdi.


Tarix: 17.03.2013 / 13:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 191 Bölmə: Tariximiz ve rayonlarimiz