beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Beyləqan

Beyləqan – Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Beyləqan şəhəridir.Mündəricat
1 Tarixi
2 Coğrafi mövqeyi
2.1 Relyefi
2.2 Təbiəti
2.3 İqlimi
3 İri yaşayış məntəqələri
4 Əhalisi
4.1 Görkəmli şəxsləri
5 İqtisadi xarakteristikası
6 Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
7 Maddi-mədəni irsi
8 Mətbəx
9 Yerli media
10 Mənbə
11 İstinadlar
12 Xarici keçidlər
13 Həmçinin bax


Tarixi

Beyləqan rayonu zəngin tarixə malikdir, Beyləqan rayonu 1939-cu ilin yanvar ayında təşkil olunmuşdur. Adı Jdanovun şərəfinə qoyulmuşdur. O, keçmiş SSRİ rəhbərlərindən biri olmuşdur. 1963-cü ildə rayon ləğv edilərək İmişli rayonu ilə birləşmiş, Mərkəzi İmişli şəhəri olmuşdur. 1964-cü ildə yenidən ayrılaraq Jdanov olmuşdur. Azərbaycan SSR Ali Sovetinin 19 mart 1989-cu il tarixli qərarı ilə rayonun adı dəyişdirilərək ərazidə xarabalıqları qalmış qədim tarixi Beyləqan şəhərinin adı verilmişdir. Qədim Beyləqan şəhərinin əsasının IV əsrdə qoyulması ehtimal olunmaqla XIII əsrdə dağıldığı tarixi faktdır. Qədim İpək yolunun buradan keçməsi Beyləqanın Bərdə, Gəncə və Təbrizlə əlaqəsini genişləndirmişdir.

Coğrafi mövqeyi

Beyləqan rayonu Ağcabədi, Zərdab, Füzuli, İmişli rayonları ilə, habelə İran İslam Respublikası ilə həmsərhəddir. Rayonun ərazisi 1,13 min kvadrat km-dır. Mərkəzi Beyləqan şəhəridir. Beyləqan rayonu ilə Bakı şəhəri arasındakı məsafə 265 km-dir.Ümumi ərazi, km²1131.00
Məhsuldar torpaqların ümumi sahəsi, km²46.10
Kənd təsərrüfatına yararsız torpaqların sahəsi, km²27.70
Heyvandarlıq üçün otlaqların sahəsi, km²38.70
Əkilmiş torpaqların ümumi sahəsi, km²46.10
Meyvə bağlarının ümumi sahəsi, km²0.06
Şoran torpaqların ümumi sahəsi, km²0.53


Relyefi

Təbiəti

Rayon ərazisində səhra və yarımsəhra üçün xarakterik olan heyvanlar üstünlük təşkil etməkdədir. Tuqay meşəsi və qamışlıq zonalarında oxlu kirpi, qaban, canavar, kirpi, ilan, bayquş, ağacdələn, turac, kəklik, qalan düzən ərazilərdə tülkü, çaqqal, dovşan, siçan, siçovul, porsuq, qaz, ördək, axarsız gölməçələrdə vağ, ördək, qağayı, qarğa, qamışlıqlarda qamışlıq pişiyi, qaban və başqa heyvanlara rast gəlinir. Yaz aylarında bülbül, qaranquş kimi köçəri quşlar ərazidə yuva qururlar. Hamar relyefə malik Beyləqanda yarımsəhra bitkiləri üstünlük təşkil edir. Rayonun Cənib-Qərbində yarımsəhra, yovşanlı-efemerli bitkilər Yuxarı-Qarabağ kanalından, Kür çayına qədər yovşanlı-efemerli və yovşanlı şorangəli bitkilər, Kür çayı sahilində qismən qorunmuş Tuqay meşəsi, Xan qızı və Yuxarı Qarabağ kanalları arasında isə səhraların və yarımsəhraların yerində yenidən bərpa olunmuş bitki örtüyü üstündür. Bataqlıq çəmənləri də müəyyən ərazini əhatə edir. Suqoruyucu, torpaqyuyucu və yol qoruyucu məqsədilə ensiz meşə massivləri qalmaqdadır.

İqlimi

Beyləqan rayonu ərazisi quru subtropik iqlim qurşağında yerləşir. Qışı mülayim, yayı isti quraq keçən yarımsəhra və quru çöl iqlim tipi hakimdir. Qış fəslində mülayim iqlim, yay dövründə isə tropik iqlim üstünlük təşkil edir. İqlimin bu cür formalaşmasında ərazinin həm şimal, həm də cənub hissəsində maili çay çökəkliyi, cənub-qərbində təpəli, şərqində isə hamar düzənliyin olması mühüm şərq, qərb və şimaldan gələn cənub siklonları, tropik, Orta Asiya və yerli hava kütlələrinin təsiri altındadır. Ərazidə orta yanvar izotermi – 0 °C, orta iyul izotermi +24 °C keçməklə, qışda t-5-10 °C, yayda +25+35 °C arasında dəyişir.

Ərazidə yağıntı qeyri – bərabər paylanmaqla orta kəmiyyət 350-400 mm arasındadır. Bu kəmiyyət Araz və Kür çayları boyu daha çox mərkəzi Aran hissəsində isə orta hesabla 300 mm təşkil edir. Mümkün buxarlanmanın 800-1400 mm olmasının nəticəsidir ki, rütubətlilik əmsalı 0,3-ə bərabərdir və ərazidə yay vaxtı suvarma tələb olunur. [2]

İri yaşayış məntəqələri

Rayon 1 şəhər, 3 qəsəbə və 22 kənd olmaqla, cəmi 26 ərazi vahidinə bölünmüşdür. O cümlədən 40 bələdiyyə mövcuddur.

Əhalisi

2004-cü ilin məlumatlarına görə Beyləqanda əhalinin sayı 81,7 min nəfərdir. 1 kvadrat km-ə 72 nəfər düşür.Əhalinin ümumi sayı81700
Şəhər əhalisinin sayı, [%]27.5398
Kənd əhalisinin sayı, [%]72.4602
Əhalinin orta sıxlığı72.236958
Əhalinin cins qrupları üzrə sayı: (kişilər), [%]49.0820
Əhalinin cins qrupları üzrə sayı: (qadınlar), [%]50.9180
Əhalinin yaş qrupları üzrə sayı: (uşaqlar), [%]18.4823
Əhalinin yaş qrupları üzrə sayı: (18 yaşa qədər), [%]44.0636
Əhalinin yaş qrupları üzrə sayı: (18-dən 55-60-a), [%]39.9388
Əhalinin yaş qrupları üzrə sayı: (təqaüdçülər), [%]15.9976
Ali təhsilli əhalinin sayı, [%]5.3856
Orta təhsilli əhalinin sayı, [%]32.7283
Məskunlaşmış qaçqınların sayı469
Məskunlaşmış məcburi köçkünlərin sayı16207


Görkəmli şəxsləri
İmanov Rəşid Uğurlu oğlu — 1905-ci ildə dünyaya gəlmişdir. Uzun illər heyvandarlıq sahəsində işləmiş, 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
İmrəliyev Sərdar Məmməd oğlu — 1930-cu ildə dünyaya gəlmişdir. Azərbaycan SSR-nin əməkdar mexanizatoru və pambıqçısı olmuşdur. 1965-ci ildə Sosialist Əməyi Qəhrəmanı, 1975-ci ildə isə SSRİ Dövlət mükafatı laureatı adını almışdır.
Qazıyeva Sevil Həmzət qızı — 1940-cı ildə dünyaya gəlmişdir. Azərbaycan SSRİ-nin əməkdar mexanizatoru və pambıqçısı olmuşdur. 1968-ci ildə ölümündən sonra Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
Hüseynov Bahadur Həkimxan oğlu — 1928-ci ildə dünyaya gəlmişdir. 1958-ci ildə heyvandarlıqda qazandığı uğurlara görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 2 dəfə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuşdur.
Əhmədov Əhməd Dadaş oğlu — 1936-cı ildə dünyaya gəlmişdir. 1972-ci ildə Azərbaycan SSR-nin əməkdar mexanizatoru və pambıqçısı olmuşdur. 1970, 1973, 1976 və 1981-ci illərdə Lenin ordeni ilə mükafatlandırılmış, 1985-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
Tağıyev Şamxal Kərim oğlu — 1922-ci ildə dünyaya gəlmişdir. 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində şərəfli döyüş yolu keçmişdir. 1953-cü ildə Lomonosov adına Moskva Dövlət Universitetini, 1954-1956-cı illərdə həmin universitetin aspiranturasını bitirib. Biologiya elmləri doktoru, professordur. 1977-ci ildən Azərbaycan Respublikası Elmlər Akademiyası fiziologiya institutunun müşaviri və şöbə rəhbəridir. 138 elmi işi, 3 monoqrafiyası çap olunub. 23 elmlər namizədi, 2 elmlər doktoru hazırlayıb.

İqtisadi xarakteristikası

Beyləqan rayonunda 23 sənaye müəssisəsi qeydə alinmış və 2009-cu il üçün onların 8-i fəaliyyət gostərir. 2009-cu ildə rayonun sənaye müəssisələri, habələ fiziki səxslər tərəfindən faktiki qiymətlərlə 3.6 milyon manatliq sənaye məhsulu istehsal edilmişvə xidmətlər göstərilmisdir. İstehsal olunmus sənayə məhsulunun həcmi 2006-cı ilin müvafiq dövru ilə muqayisədə 37 faiz çox olmuşdur. Qeyri-dövlət müəssisələrində istehsalın həcmi əvvəlki ilə nisbətən 17 artmış və rayon sənayesinin umumi məhsulunda onun payı 69,9 faiz olmusdur. İstehlakçilara 3,7 milyon manatliq sənaye məhsulu göndərilmişdir. 2009-cu ildə bütün maliyyə mənbələri hesabına 7,1 milyon manat həcmində investisiyalardan istifadə olunmuş, 6,4 milyon manat məbləğində tikinti quraşdırma işləri aparılmışdır. [3] Rayonda 2010-cu ildə ümumi məhsul buraxılışı 96244.6 min manat olmuşdur ki, bunun da 4329.8 min manatı və ya 4.5%-i sənayenin payına düşmüşdür.

Beyləqan rayonu respublikamızın mühüm kənd təsərrüfatı rayonlarındandır. Rayonun cəmi sərhəd daxilində 113,113 hektar torpaq sahəsi vardır. Qeyd olunan torpaqların 69.8 faizini yəni 78,920 hektarını kənd təsərrüfatına yararlı torpaqlar, o cümlədən 47.9 faizini və ya 54,170 hektarını əkin sahəsi təşkil edir. Bundan əlavə, rayonun ərazisi daxilində "Ağ ğöl" Milli Parkından 4,142 hektar, kanal-kollektor və yollar altında 31,548 hektar, Araz çayı yatağı altında 343 hektar və Sərhəd zolağında 1,180 hektar olmaqla ümumilikdə 37,213 hektar torpaq sahəsi vardır ki, bunlar da dövlət fondunda olan torpaqlardır. Rayonun iqtisadiyyatında taxılçılıq, pambıqçılıq və heyvandarlıq əsas yer tutur. Bununla yanaşı, təsərrüfatlarda kartof, üzüm, tərəvəz, bostan məhsulları və meyvə də yetişdirilir. İstehsal olunan kənd təsərrüfatı məhsullarından taxıl, üzüm, tərəvəz məhsullarından kartof, soğan, heyvandarlıq məhsullarından ət, süd, pendir, nehrə yağı və sairə məhsullar daxili bazara çıxarılan məhsullara aiddir. 2010-cu ildə rayonda 45.7 min ton taxıl, 3.2 min ton pampıq, 3 min ton kartof, 13.5 min ton tərəvəz, 4.5 min ton bostan məhsulları, 6.9 min ton meyvə və 30 min ton şəkər çuğunduru istehsal olunmuşdur. 2010-cu ildə rayonda iri buynuzlu mal-qaranın sayı 55 min baş, xırda buynuzlu mal-qaranın sayı 290 min baş olmuşdur. İl ərzində rayonda 34.8 min ton süd istehsal olunmuşdur. [4]

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

Maddi-mədəni irsi

Beyləqan rayonunda bir neçə tarixi abidə mövcuddur. Bunlar Həzrəti Cərgiz Peyğəmbər ziyarətgahı, orta əsrlər dövrünü əhatə edən qədim Beyləqan şəhər xarabalığı (Örənqala) və Soltanbud təpəsidir.

Həzrəti Cərcis Peyğəmbər ziyarətgahı XVII-XVIII əsrlərdə tikilmişdir. Hal-hazırda bu ziyarətgah Azərbaycanın bütün bölgələrindən, eləcə də Gürcüstandan və Dağıstandan gələn müsəlmanların inam və səcdə yeridir.

Beyləqan şəhər xarabalığı Örənqala tarixi abidəsi rayondan 18 km aralıda yerləşən Kəbirli kəndinin yaxınlığındadır. Burada qədim Beyləqan şəhəri mövcud olmuşdur. Tarixi məlumatlara görə əsası V əsrdə qoyulmuş Beyləqan şəhəri dövrünün ən iri ticarət və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Bu şəhər XIII əsrdə monqol-tatarların işğalına məruz qalaraq tamamilə dağılmışdır. XIV əsrdə Əmir Teymur tərəfindən şəhərin yenidən inşasına başlansa da, onun ölümü ilə əlaqədar olaraq başlanmış işlər yarımçıq qalmışdır. XVI əsrdən bəri şəhər xarabalığa çevrilmiş və bir daha bərpa olunmamışdır.

Bundan əlavə, rayon Mədəniyyət şöbəsinin mühafizəsində olan aşağıdakı tarixi, memarlıq və incəsənət abidələri mövcuddur: Saray təpəsi, Soltanbud qəbristanlığı, Seyid Əminə türbəsi, Əminə Xatın məscidi, Kərbəlayı Seyid Ağa türbəsi, Gəray Əsədovun ev muzeyi, Böyük Vətən Müharibəsi iştirakçılarının xatirə kompleksi, Sevil Qazıyevanın ev muzeyi və büstü, Sovet İttifaqı Qəhrəmanı G.Əsədovun xatirəsində ucaldılmış abidə, Türklər məscidi, Əmək birliyi abidəsi, M.Beyləqaninin heykəli, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun büstü.


Tarix: 16.03.2013 / 17:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 827 Bölmə: Tariximiz ve rayonlarimiz