beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağsu

Ağsu — Azərbaycanda rayon.Mündəricat
1 Tarixi
2 Əhalisi
3 Coğrafiyası
4 İqtisadiyyatı
5 Mədəniyyət
6 Nəqliyyat
7 Sərhəd rayonlar, ölkələr və ərazilər
8 Tarixi və Memarlıq abidələri
9 Görkəmli şəxsləri
10 Şəkillər
11 Xarici keçidlər
12 Mənbə


Tarixi

Ağsu rayonu 8 oktyabr 1943-cü ildə təşkil edilmişdir, 4 yanvar 1963-cü ildə ləğv edilib Kürdəmir rayonuna birləşdirilmiş, 6 yanvar 1965-ci ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur.

A.Bakıxanov "Gülüstani-İrəm" əsərində qeyd edir ki, Nadir Şah tərəfindən 1735-ci ilin may ayında Şamaxı şəhərinin 4 ağaclığında (37 km), mövqe etibarilə çox əlverişli olan Ağsu adlı yerdə yeni şəhərin əsası qoyuldu. Az bir zamanda şəhərin ətrafında hasarlar tikildi. Şəhərin qədim əhalisi də buraya köçürüldü və Ağsu Şirvan hakimlərinin mərkəzi oldu. Həmin qədim şəhərin qalıqları (hazırda "Xaraba şəhər" adlanır) müasir Ağsu şəhərinin cənubunda yerləşir. Şəhərin adı isə ərazisindən keçən "Ağsuçay"ın adı ilə bağlıdır. Əvvəllər şəhər tipli qəsəbə olan Ağsu 1967-ci ildə şəhər statusu almışdır. Rayon qərbdən və şimal-qərbdən İsmayıllı, şimal-qərbdən və şərqdən Şamaxı, cənubdan isə Kürdəmir və Hacıqabul rayonları ilə sərhəddir.

Ərazisi 1020 kvadrat kilometr, əhalisi 69,4 min nəfərdir. Rayonda 1 şəhər (Ağsu şəhəri), 78 kənd vardır. Bu yaşayış məntəqələri 24 ərazi icra nümayəndəliyini və 60 bələdiyyəni əhatə edir. Ən böyük kəndləri Gəgəli, Kəndoba, Kalva, Pirhəsənli, Bico, Cəlayır, Padar, Ərəbuşağı və Qaraqoyunludur.

Əhalisi

Əhalinin ümumi sayının 49,1%-ni kişilər, 50,9%-ni qadınlar təşkil edir. Əhalinin 99%-i azərbaycanlılardan, 1%-i ləzgilərdən, türklərdən və s. ibarətdir. Əhalinin 27%-i şəhərdə, 73%-i kənd yerlərində yaşayır. Rayonda 2068 nəfər qaçqın və məcburi köçkün məskunlaşmışdır. Bunlar Ermənistandan, Özbəkistandan və işğal olunmuş rayonlarımızdan gələn soydaşlarımızdır.

Coğrafiyası

Coğrafi mövqeyinə görə Ağsu rayonu Şirvan düzündə və Böyük Qafqazın ətəklərində yerləşir. 16 kənd, 3 ərazi dairəsi dağlıq zonadadır. Rayonun ərazisindən 2 çay axır, bunlar Girdiman, Ağsuçay və onların qolları, Ağdarçay və Nazirçay keçir. Qərbdə Kükəş qobusu (Kür sellər oylağı) və Cavanşir gölü, cənubda Yuxarı Şirvan kanalı, onun Ağsu qolu yerləşir. Ağsu rayonun inzibati mərkəzi Ağsu şəhəri Şamaxıdan 37 km aralıda Ağsu çayının sahilində yerləşir. Azərbaycanda "Ağsu" adlı çaylar çoxdur. Onların bu cur adlanmasının səbəbi çox sadədir: onların hər biri öz mənbəyini qarlı dağlardan götürür, buna görə də "təmiz su, şəffaf su, şəffaf su" mənasını verən "Ağsu" sözü ilə adlanır. Ağsuya gedən yol məşhur Ağsu aşırımdan keçir. Uzunluğu 14 km olan bu aşırımın ən uca nöqtəsi dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşir. Aydın havada buradan ətrafa tamaşa edəndə Şirvan vadisinə gözəl bir mənzərə açılır. Bu yerlərin ucu-bucağı görünməyən əzəmətli panoramı yolçuları heyran edir. Aşırım dumana bürünəndə isə buradan maşınla gedən adamların hər biri sanki buludların arası ilə hərəkət etdiyini güman edir.

İqtisadiyyatı

Ağsu rayonu kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında heyvandarlıq, taxılçılıq, pambıqçılıq, meyvə və tərəvəzçilik mühüm yer tutur. Ərazisinin 75,2%-ni və ya 76742 hektarını kənd təsərrüfaına yararlı torpaqlar, bundan 46,3%-ni və ya 35550 hektarını əkin yeri təşkil edir. Aparılan aqrar islahatlar nəticəsində rayonda 43892 nəfər mülkiyyətçi 36184 hektar əkin yeri və çoxillik əkmələr altında olan torpaqları əvəzsiz olaraq pay kimi almışdır. Sovxoz və kolxozlarda olan 17,8 milyard AZM (3,6 mln. AZN) dəyərində əmlak özəlləşdirilərək əmlakdan pay almaq hüququ olanlara verilmişdir. Rayonun məhsul istehsalının, pərakəndə əmtəə dövriyyəsinin, göstərilən pullu xidmətlərin 98-100%-i qeyri-dövlət sektorunun payına düşür. Rayonun təsərrüfat fəaliyyətinin əsasını kənd təsərrüfatı məhsulları təşkil edir. Rayon əhalisinin böyük əksəriyyətinin, yəni 70%-dən çoxunun məşğulluğu kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlıdır. Rayonda hazırda əsasən taxılçılıq, pambıqçılıq, meyvə, bostan-tərəvəz istehsalı və heyvandarlıq sahəsi sürətlə inkişaf etdirilir. Ağsu rayonunda əsasən taxıl, pambıq, kartof, bostan-tərəvəz, günəbaxan, nar, üzüm və digər bitkiçilik məhsulları yetişdirilir. Respublikada aqrar islahatların gedişi ilə əlaqədar rayonda mal-qaranın özəlləşdirilməsi prosesi başa çatdıqdan sonra heyvandarlığın inkişaf səviyyəsi xeyli artmışdır. Rayon əhalisinin ət məhsuluna olan tələbatı rayon daxilində yetişdirilən heyvanların hesabına ödənilir. Son dövrdə quşçuluq məhsullarının istehsalı xeyli artmışdir.

Hazırda Ağsu rayonunda onlarla istehsal təyinatlı müəssisə mövcuddur. Bunlardan "Miri Grand" MMC, "Büllür" MMC, "Ağsu-Konserv-3" ASC, "Ağsu Konserv A-EM", "Mehman" MMC, "Şaban-Quşçuluq" MMC-nin adını çəkmək olar. O cümlədən, rayonda çörək sexləri, abadlıq işlərində istifadə edilən bardür və tamet istehsal edən sexlər, Kalva kəndində "Pərvanə" MMC və onlarla ticarət, iaşə, məişət və servis xidməti obyektləri, plastik qapı-pəncərə hazırlayan sex, onlarla digər obyektlər mövcuddur. İstehsal olunan məhsullar həm daxili, həm də xarici bazarlarda satılır. Rayonda üzüm emalı və ipək qurdu baraması emalı üzrə müəssisələr fəaliyyət göstərir. Ağsunun Pirhəsənli, Qəşəd kəndlərində toxunan xalçalar, xüsusən də Şirvan xalçaçılıq məktəbinin ən məşhur kompozisiyalarından olan Bico xalçası çox məşhurdur.

Mədəniyyət

Rayonda 69 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar və 8 məktəbəqədər müəssisə fəaliyyət göstərir. 6 xəstəxana, 18 ambulator-poliklinika, 22 feldşer-mama məntəqəsi əhaliyə səhiyyə xidməti göstərir. Rayonda 1 mədəniyyət sarayı, 10 mədəniyyət evi, 47 kitabxana, 1 uşaq musiqi məktəbi və tarix-diyarşünaslıq muzeyi vardır. Rayonda ilk dəfə 1954-cü ildə "Yeni həyat", 1961-ci ildə rayonlararası "İrəli" və 1966-cı ildə isə "Birlik" qəzetləri nəşr edilmişdir. Hazırda rayonda Ağsu rayon İcra Hakimiyyətinin orqanı olan "Ağsu" qəzeti buraxılır. Qəzet 13 yanvar 2003-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir.

Ağsu şəhərində 3 km aralıda yerləşən Şeyx Dursun məqbərəsi 1457-ci ildə ucaldılmışdır. Eləcə də Şeyx Mezid məqbərəsinin adını çəkmək olar ki, daha zəngin görkəmi bundan əvvəl adını çəkdiyimiz abidənin memarlıq simasını kölgədə qoyur. Şeyx Mezid məqbərəsinin fasadının və interyerinin tərtibatında müxtəlif rəngli kaşıdan istifadə edilmişdir. Şəhərdən bir qədər cənub-qərbdə "Ağ Gunbəz" məqbərəsi, Ağsunun şərqində – XVIII əsrə aid tikililərin xarabalıqları, Gürcüvan kəndində isə Qız Qalası turistlər üçün maraqlı obyektlər sayılır.

19-cu əsrin əvvəllərinə aid "Yeni Bico" xalçası

Şirvan xalçaçılıq məktəbinin ən məşhur kompozisiyalarından olan Bico xalçası «Bico» kəndinin adını daşıyır. Bico xalçası Bicodan başqa, Qəşəd, Göylər, Pirhəsənli və Şirvanın digər məşhur xalçatoxuma məntəqələrində, eləcə də Qubada istehsal olunub. "Bico" xalçaları texniki və incəsənət nöqteyi-nəzərindən təkcə Şirvanda deyil, bütün Qafqazda ən məhşur xalça hesab edilir. (Bax: Керимов Л.Г. 'Азербайджанский ковер. Том III', Баку: Гянджлик, 1983,144 c., c.45) XIX əsrin ikinci yarısında Azərbaycandan Nijni Novqorod şəhərinə ixrac olunan Bico xalçaları öz milli koloriti və mürəkkəb ornament kompozisiyası ilə diqqəti cəlb edirdi. Orta sahənin kompozisiyası punktir xətlərlə doldurulmuş ornamentlərdən ibarətdir. Sahə mərkəzi üçbucaqın üfiqi xətt boyunca iki böyük hissəyə, şaquli xətt boyunca orta ölçülü bir neçə rapportlara bölünmüşdür. Rapportun yanlarında xalq sənətkarları arasında «kəpənək» adlanan böyük dişli element, orta nöqtədə isə «toqqa» (kəmər) adlanan dördguşəli element yerləşir.

Nəqliyyat

Rayon ərazisindən 55 kilometr uzunluqda respublika əhəmiyyətli avtomobil yolu keçir. 37 km uzunluğu olan Bakı-Şamaxı-Yevlax yolu ikinci kateqoriya, 18 kilometr uzunluğu olan Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolu üçüncü kateqoriyaya aiddir. Ağsuda 19 siyasi partiyanın rayon təşkilatı və 16 ictimai-siyasi təşkilatın (o cümlədən 3 qeyri-hökumət təşkilatının) rayon şöbəsi fəaliyyət göstərir.

Sərhəd rayonlar, ölkələr və ərazilər

Şamaxı, Hacıqabul, Kürdəmir, İsmayıllı rayonları

Ağsu rayonunun xəritəsi#Bələdiyyələrin adıHər bələdiyyə üzrə əhalinin sayı
1Ağsu şəhər bələdiyyəsi18482
2Gəgəli kənd bələdiyyəsi3502
3Kəndoba kənd bələdiyyəsi2104
4Kalva kənd bələdiyyəsi1772
5Ərəbuşağı kənd bələdiyyəsi1745
6Padar kənd bələdiyyəsi1624
7Ərəbmehdibəy kənd bələdiyyəsi1580
8Pirhəsənli kənd bələdiyyəsi1496
9Qaraqaşlı kənd bələdiyyəsi1458
10Cəlayir kənd bələdiyyəsi1437
11Bico kənd bələdiyyəsi1378
12Qaraqoyunlu kənd bələdiyyəsi1373
13Padarqışlaq kənd bələdiyyəsi1247
14Ləngəbiz kənd bələdiyyəsi1229
15Yenilik kənd bələdiyyəsi1174
16Növcü kənd bələdiyyəsi1151
17Qəşəd kənd bələdiyyəsi1096
18Bozavand kənd bələdiyyəsi1068
19Ağarax kənd bələdiyyəsi997
20Daşdəmirbəyli kənd bələdiyyəsi915
21Dilman kənd bələdiyyəsi905
22Ağalarbəyli kənd bələdiyyəsi882
23Çiyni kənd bələdiyyəsi873
24İlxıçı kənd bələdiyyəsi781
25Çaparlı kənd bələdiyyəsi773
26Xəlilli nzse bzpzekmmzük749
27Rəhimli kənd bələdiyyəsi741
28Abasxanlı kənd bələdiyyəsi636
29Musabəyli kənd bələdiyyəsi612
30Nüydü kənd bələdiyyəsi577
31Göydəlləkli kənd bələdiyyəsi557
32Aratlı Curuğlu kənd bələdiyyəsi556
33Muradlı kənd bələdiyyəsi552
34Ağabəyli kənd bələdiyyəsi528
35Maşadqanlı kənd bələdiyyəsi523
36Ülgüc kənd bələdiyyəsi515
37Ərəbsarvan kənd bələdiyyəsi512
38Qiyaslı kənd bələdiyyəsi504
39Cəfərli kənd bələdiyyəsi474
40Nəmirli kənd bələdiyyəsi445
41Qaradağ kənd bələdiyyəsi443
42Hacıuşağı kənd bələdiyyəsi435
43Təklə kənd bələdiyyəsi434
44Hacısəmədli kənd bələdiyyəsi431
45Nuran kənd bələdiyyəsi379
46Qaravəlli kənd bələdiyyəsi378
47Qaraməmmədli kənd bələdiyyəsi358
48Bəyimli kənd bələdiyyəsi331
49Gürcüvan kənd bələdiyyəsi300
50Hacıqədirli kənd bələdiyyəsi298
51Şahbəyli kənd bələdiyyəsi291
52Keşdiməz kənd bələdiyyəsi282
53Kalağaylı kənd bələdiyyəsi275
54Qarabağlı kənd bələdiyyəsi222
55Axundlu kənd bələdiyyəsi197
56Məlikçobanlı kənd bələdiyyəsi190
57Suraxanı kənd bələdiyyəsi151
58Rəhimağalı kənd bələdiyyəsi123
59Dəlilər kənd bələdiyyəsi86
60Cəmi65127


Tarixi və Memarlıq abidələriNAbidənin adıTarixiYerləşdiyi yer
1Qədim qəbiristanlıq, məbəd və yaşayış yeriAntik dövrAğsu rayonu Nüydü kəndi
2Cavanşir yaşayış yeriİlk orta əsrlərAğsu şəhərindən 3 km şərqdə
3Yeni Şamaxı qalıqlarıOrta əsrlərAğsu şəhərindən 5 km aralı
4Qırlartəpə yaşayış yeriEneolit -antik dövrüQırlar kəndi
5Qədim qəbiristanlıqI əsrQırlar kəndinin yaxınlığında
6Xaraba şəhər yeriXVI-XVIII əsrlərÜlgüc kəndinin yaxınlığında
7Xanyurdu kurqanıTunc dövrüƏrəbuşağı kəndi
8Qaraçıbulaqe.ə. III-I əsrlərNuran kəndindən şərqdə
9Qaraçuxa nekropoluSon Tunc – İlk dəmir dövruNuran kəndindən şərqdə
10Xəzinə dağıOrta əsrlərPadar kəndinin yanında
11NekropolI-III əsrlərXasıdərə kəndindən şərqdə
12Şeyx Dursun Türbəsi1457-ci ilAğsu şəhəri
13Pir Bəxtiyar TürbəsiXX əsrAğsu şəhəri
14Ağ günbəz türbəsi1897-ci ilQaraqoyunlu kəndi
15Qırmızı günbəz türbəsi1909-cu ilQaraqoyunlu kəndi
16Bilal Əfəndi məscidiXIX əsrPadar kəndi
17MəscidXX əsrPadar kəndi
18Şeyx Əmirəhməd türbəsi1722-ci ilXəlilli kəndi


Tarix: 17.03.2013 / 13:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 877 Bölmə: Tariximiz ve rayonlarimiz