beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lənkəran

Lənkəran – Azərbaycanda rayon, inzibati ərazi vahidi kimi 8 avqust 1930-cu ildə yaradılmışdır .[1] Rayonun ərazisi 153.940 hektardır .[1] Onun 66700 hektarını quru sahə təşkil edir .[1] Rayonda 2 şəhər, 8 qəsəbə və 83 kənd vardır .[1] Bakıdan rayon mərkəzinədək olan məsafə 268 km-dir .[1]Mündəricat
1 Tarixi
2 Coğrafiya
3 İnzibati bölgüsü
4 Mətbuat
5 Əhalisi
5.1 Milli tərkib
6 İqtisadiyyat
7 Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
8 Memarlıq abidələri
9 İqlimi
10 Görkəmli şəxsləri
11 İstinadlar
12 Xarici keçidlər


Tarixi

XVIII əsrdə Talış xanlığı yaradıldı. Qaraxanın hakimiyyəti dövründə xanlığın paytaxtı Astaradan Lənkərana köçürüldü. Şəhər genişlənməyə başladı. Xanlığın iqtisadi, siyasi və mədəni həyatı inkişaf etdi, dəmirçilik, misgərlik, zərgərlik məmulatlarının istehsalı genişləndi. Lənkəran uzun müddət Talış xanlığının paytaxtı kimi qalmış və Azərbaycanın İranla, Orta Asiya, Hindistan və Rusiya ilə ticarətində mühüm rol oynamışdır. Şəhərdə yaşayış binaları ilə əhatə olunmuş 9 bazar var idi. 1795-ci ildə İran şahı aba Məhəmməd şah Qacarın ordusu Lənkəranı qarət edəndən sonra cənuba çəkildi. 1813-cü il yanvarın 1-dək Lənkəran xanlığı Rusiya tərəfindən işğal edilmişdir. Sonradan Gülüstan müqaviləsinə əsasən Lənkəran xanlığı Rusiyaya birləşdirildi. Lənkəran rayonu 1930-cu ildə təşkil edilmişdir.

Coğrafiya

Lənkəran rayonu Azərbaycanın cənub-şərqində, onlarca kilometr məsafəyə uzanıb gedən Lənkəran ovalığında yerləşir. Rayonun ərazisi şərqdən Xəzər dənizi ilə həmhüduddur. Burada 29 min hektar sahə meşələrlə örtülmüşdür. Bu diyar bütün il boyu yaşıllığa bürünmüşdür. Lənkəran rayonun zəngin flora və faunası var. Talış dağlarında bitən nadir və endemik ağaclar bütün dünyada məşhurdur. Dəmirağacı, azat, ipək, akasiya, palıd, evkalipt, mantar ağacı, məxmər rəngli ağcaqayın, nil, Hirkan şumşadı, haqlı olaraq, Lənkəran florasının inciləri sayılır. Lənkəranda bitən əsas meşə ağacı enliyarpaqlı palıddır. Bu ağac nadir ağacların üçüncü nəslinə mənsubdur. Onun hündürlüyü 40-45 metr olur. Daha bir nadir bitki növü olan dəmirağacının xarakterik cəhətlərindən biri ondan ibarətdir ki, bu ağacın yarpaqları qış fəslində tökülmür, onlar quruyaraq ağaclarda qalırlar. Meşələrdə çoxlu cır meyvə ağacları, dərman bitkiləri və kollar bitir. Lənkəranın dəniz sahillərində gözəl qumlu çimərliklər salınmışdır. Rayonda çaylar şəbəkəsi kifayət qədər sıxdır. Rayon mərkəzindən 10-25 km radiusda Lənkəran, Veravul, Boladi və Qumbaşı çayları axır. Əsasən yağış suları hesabına dolan çayların çoxu xəzər dənizinə tökülür. Bahar və payız fəsillərində bu çaylar coşub, daşır. Çayların suyundan suvarma məqsədilə istifadə etmək üçün burada Xanbulançay dəryaçası tikimişdir.

Lənkəran torpağı isti su bulaqları ilə zəngindir. Lənkəran şəhərindən 12 km qərbdə Talış dağlarının ətəklərində, İbadi meşəsinin yaxınlığında Meşə bulağı, Lənkəran-Masallı şossesinin 13-cü kilometrində Havzova bulağı, Lənkəran-Lerik şossesinin 15-ci kilometrində İbadi və Sumax dağlarının ətəyində İbadi bulağı var. Rəvayətə görə ağır xəstəliyə tutulmuş İbadulla adlı bir şəxs bu yerdə məskan salmış və şəfa tapmışdır.

Lənkəran rayonunun ərazisində iki qoruq var: Hirkan və Qızılağac qoruqları. Bu qoruqlarda qırqovul, qu quşu, kəklik, ağ qartal və digər quş növləri yaşayırlar. Ümumiyyətlə, burada 270 növ quş var. Hirkan qoruğunda isə nəsli kəsilməkdə olan qədim ağac növlərinə daha çox rast gəlmək olar.

İnzibati bölgüsü

İri yaşayış məntəqələri – Rayonda 2 şəhər, 6 şəhər tipli qəsəbə, 84 kənd vardır.#Bələdiyyələrin adıHər bələdiyyə üzrə əhalinin sayı
1Lənkəran şəhər bələdiyyəsi49300
2Liman şəhər bələdiyyəsi12100
3Boladı kənd bələdiyyəsi7940
4Gərmətük kənd bələdiyyəsi5556
5Girdəni kənd bələdiyyəsi4688
6Nərimanabad qəsəbə bələdiyyəsi4452
7Mamusta kənd bələdiyyəsi4402
8Vilvan kənd bələdiyyəsi4372
9Osaküçə kənd bələdiyyəsi4332
10Şağlaser kənd bələdiyyəsi4148
11Şağlaküçə kənd bələdiyyəsi3873
12Sütəmurdov kənd bələdiyyəsi3770
13Veravul kənd bələdiyyəsi3453
14Separadi kənd bələdiyyəsi3173
15Göyşaban kənd bələdiyyəsi3038
16İstisu kənd bələdiyyəsi3038
17Kərgəlan kənd bələdiyyəsi3001
18Şıxakəran kənd bələdiyyəsi2906
19Aşağı Nüvədi kənd bələdiyyəsi2761
20Haftoni kənd bələdiyyəsi2685
21Viyən kənd bələdiyyəsi2603
22Zövlə kənd bələdiyyəsi2474
23Digah kənd bələdiyyəsi2347
24Xolmili kənd bələdiyyəsi2336
25Balıqçılar qəsəbə bələdiyyəsi2302
26Şiləvar kənd bələdiyyəsi2285
27Cil kənd bələdiyyəsi2279
28Bürcəli kənd bələdiyyəsi2104
29Yuxarı Nüvədi kənd bələdiyyəsi2084
30Havzova kənd bələdiyyəsi2027
31Gəgiran kənd bələdiyyəsi1925
32Biləsər kənd bələdiyyəsi1884
33Xarxatan kənd bələdiyyəsi1856
34Ürgə kənd bələdiyyəsi1817
35Hirkan qəsəbə bələdiyyəsi1781
36Şovu kənd bələdiyyəsi1674
37Ləj kənd bələdiyyəsi1596
38Səpnəkəran kənd bələdiyyəsi1481
39Bala Şürük kənd bələdiyyəsi1476
40Rvo kənd bələdiyyəsi1462
41Kənarmeşə kənd bələdiyyəsi1413
42Daşdalıqcar kənd bələdiyyəsi1400
43Darquba kənd bələdiyyəsi1365
44Tükəvilə kənd bələdiyyəsi1344
45Xanbulan kənd bələdiyyəsi1303
46Şürük kənd bələdiyyəsi1302
47Siyavar kənd bələdiyyəsi1240
48Küvənil kənd bələdiyyəsi1205
49Türkəkəran kənd bələdiyyəsi1170
50Parakənd kənd bələdiyyəsi1149
51Lüvəsər kənd bələdiyyəsi1121
52Bəliton kənd bələdiyyəsi1096
53Seyidəkəran kənd bələdiyyəsi1026
54Tütəpeştə kənd bələdiyyəsi940
55Daştatük kənd bələdiyyəsi878
56Qurumba kənd bələdiyyəsi837
57Günəhir kənd bələdiyyəsi845
58Dıryan kənd bələdiyyəsi758
59Moğonojoba kənd bələdiyyəsi637
60Vel kənd bələdiyyəsi662
61Tşado kənd bələdiyyəsi585
62Türkəncil kənd bələdiyyəsi551
63Narbağı kənd bələdiyyəsi487
64Əşlə kənd bələdiyyəsi317
65Köhnə Gəgir kənd bələdiyyəsi274
66Cəmi196686


Mətbuat
"Cənub" Televiziya Şirkəti
"Lənkəran" qəzeti

Əhalisi

1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən əhalisi 212.915[2] nəfərdir (106.204[2] nəfəri kişilər, 106.711[2] nəfəri qadınlar) . Rayon əhalisinin 40%[2]-i şəhərlərdə, 60%[2]-i isə kəndlərdə yaşayır . Bilavasitə Lənkəran şəhərinin əhalisi 52.581[2] nəfərdir . Lənkəran rayonu sakinlərinin 23%[2]-i 0-14 yaşda olan uşaq və yeniyetmələrdən, 69.7%[2]-i əmək qabiliyyətli yaşda olanlardan və 7.3%[2]-i isə əmək qabiliyyətli yaşdan yuxarı olanlardan ibarətdir . Rayon əmək ehtiyatları ilə yaxşı təmin olunmuşdur . Burada işləyən əhalinin sayı 95.047 nəfərdir ki, bu da iqtisadi fəal əhalinin 99.5 %-i deməkdir .[2] Məşğul əhalinin 1.978 nəfəri sənayedə, 1.458 nəfəri tikintidə, 56.281 nəfəri kənd və meşə təsərrüfatında, 1.895 nəfəri nəqliyyat və rabitədə, 20.468 nəfəri ticarətdə, 263 nəfəri kreditləşmə, maliyyə və sığortada, 981 nəfəri idarəetmə orqanlarının aparatında, 8.435 nəfəri təhsil, mədəniyyət və incəsənətdə, 2.683 nəfəri səhiyyə, bədən tərbiyəsi və sosial təminatda, 191 nəfəri mənzil-kommunal təsərrüfatı, əhaliyə məişət xidmətində, 91 nəfəri elm və elmi xidmətdə, 323 nəfəri digər sosial xidmət sahələrində çalışır .[2] Rayonda 258 nəfər məcburi köçkün məskunlaşmışdır .[2]

Milli tərkib
Lənkəran rayonu əhalisinin milli tərkibiEtnik quplar1939[4] s.a.2009[5]
Cəmi58 847205 726
azərbaycanlı18 880151 217
talış31 43754 125
rus7 293281
ukraynalı...22
türk...17
kürd...14
tatar...13
ləzgi3510
erməni241...
yəhudi84...
avar2...
Digər127


İqtisadiyyat

Aqrar-sənaye rayonudur. Tərəvəz və çay istehsalına görə respublikada birinci yerdə gedir. Rayonda balıq, meyvə-tərəvəz konservi, süd, şərab zavodları, bir neçə çay fabriki və başqa müəssisələr vardır. Lənkəran rayonu mühüm kənd təsərrüfatı zonasıdır. Mülayim iqlim şəraiti, bol günəşi və məhsuldar torpaqları sayəsində Lənkəran çay, yapon xurması, feyxoa, limon və naringi kimi subtropik bitkiləri ilə ad çıxarmışdır. Çay becərilməsi bu regionda kənd təsərrüfatı fəaliyyətinin ən çox inkişaf etmiş və ən gəlirli növlərindən biridir. Çay məhsulu yerli fabriklərdə emal edilir. Sənaye sahələri isə mebel, ipək və xalça istehsalı ilə təmsil edilmişdir. Rayonun Boladi, Veravul və Vilvan kəndlərində ənənvi xalq sənətləri – xalçaçılıq, zərgərlik, qamışdan məişətdə işlədilən əşyaların toxunması daha geniş inkişaf etmişdir. Lənkəran şəhərində bəzi sənətkarlar daş, ağac və metal üzərində oyma kimi xalq sənətləri ilə məşğul olurlar.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

Lənkəranda 51 məktəbəqədər uşaq müəssisəsi, 81 ümumtəhsil, pedaqoji, tibb və musiqi məktəbi var. 87 klub, 94 kitabxana, Dövlət Dram Teatrı, muzey, Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq və Subtropik Bitkilər İnstitutunun filialı fəaliyyət göstərir.

Rayonun inzibati mərkəzi – yaşıllığa qərq olunmuş gözəl Lənkəran şəhəridir. Akasiya xiyabanları həm yerli sakinlərin, həm də Lənkəranın qonaqlarının sevimli istirahət guşəsidir. Bu diyarın əlverişli coğrafi mövqeyi, münbit torpağı və zəngin təbii ehtiyatları ta qədim dövrlərdən adamları cəlb edirdi. Burada neolit dövründən başlayaraq insan məskənləri olmuşdur. Hazırda Lənkəran şəhərinin olduğu yerdə 300 il bundan əvvəl qamış kolları ilə dolu bataqlıq bir ərazi var idi. O vaxtlar dənizin yaxınlığında Lənkərançay çayının sahilində dördbucaqlı şəklində 2 qülləli bir qala və mayak tikilmişdir. Şəhər əvvəlcə Ləngərkünən adlanırdı. Bu sözün mənası "lövbər yeri", yəni "liman" demək idi.

Lənkəran şəhərindəki tarix muzeyinin həm ekspozisiyası, həm də binanın özü turistlərin marağına səbəb olacaqdır. Lənkəran diyarı –məşhur generallar Səmədbəy Mehmandarovun və Həzi Aslanovun vətənidir. Bu şəhərdə Həzi Aslanovun abidəsi ucaldılmış, onun doğulduğu evdə isə muzey açılmışdır. Lənkəran teatrının tarixi XIX əsrdən başlanır. Bu teatrda 1850-ci ildə səhnəyə qoyulmuş ilk əsərin tamaşasından əldə edilən bütün gəlir yoxsullara ianə edilmişdir.

Memarlıq abidələri

Memarlıq abidələrindən Lənkəranda qala, Hacı Mirzə hamamı, məscid (XVIII-XIX əsrlər), Aşağı Nüvədi, Seyidəkəran, Sütəmurdov kəndlərindən məscid (XIX əsr) qorunub saxlanır.

Rayonda tarixi abidələr çoxdur. Yuxarı Nüvədi kəndində qədim Əbirlər qülləsi, Şıxakəran kəndində Şeyx Zahid türbəsi, Lənkəran şəhərində Kiçik Qala məscidi, Güldəstə minarəsi, Hacı Mirzə hamamı, binanın fasadını bəzəyən dəqiq naxışları ilə seçilən gözəl Xan Evi kimi tarixi abidələr qorunub saxlanmışdır. Şəhərin qərbində Bəlləbur qalasının xarabaları var. Bu qalanın tikilməsində çay daşından və bişmiş qırmızı kərpicdən istifadə edilmişdir. Saxsı su kəməri boruları hələ də salamat qalmışdır. Qalanın ən uca yerində qüllə ucalmışdır. Yerli əhali bu qalanı Boz qala adlandırır.

İqlimi

Lənkəran rayonunun iqlimi rütubətli, subtropikdir. Bu iqlim qışı mülayim, yayı quraq keçən, isti və payızı çox yağıntılı olması ilə fərqlənir. Bu yerlərdə sərt və qarlı qış olmur. Günəş radiasiyası 125-134 kkal/sm2 çatır .[6] Havanın orta illik hərarəti 25,1o C-dir .[6] Ən isti ay iyul (40oC), ən soyuq ay isə yanvardir (3-4oC) .[6] Yağıntının illik miqdarı 1400-1600 mm-dir.[6] Rütubətli, subtropik şəraitinə görə ərazidə sarı torpaqlar geniş yayılmışdır . Lənkəranın iqlim şəraiti ərazinin bir sıra özünəməxsus cəhətləri ilə fərqlənir. Vilayətin şərq və cənub-şərq qurtaracağının Xəzər dənizi ilə sərhədlənməsi və cənubda dağlıq ərazilərin kəskin şəkildə sahilboyu zolağa enməsi Xəzərin üzərindən gələn su buxarının kondensasiyası üçün əlverişli şərait yaratmışdır.

Görkəmli şəxsləri
Allahşükür Paşazadə, Şeyxülislam və Qafqaz Müsəlmanları Ruhani İdarəsinin başçısı
Həzi Aslanov, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş azərbaycanlı [7][8][9][10] general-mayor.
Səməd bəy Mehmandarov – Rusiya İmperator ordusunun artilleriya generalı, Azərbaycan Xalq Cumhuriyyətinin Hərbi Naziri, sovet hərb xadimi.
Hadı Rəcəbli, Millət vəkili
Rüfət Quliyev, Millət vəkili
Mirhaşım Talışlı, Filologiya elmləri doktoru
Əyyub Məmmədov, Televiziya aparıcısı,rejissor

İstinadlar
↑ 1,0 1,1 1,2 1,3 1,4 1,5 Lənkəran Rayon İcra Hakimiyyəti :Ümumi məlumat
↑ 2,00 2,01 2,02 2,03 2,04 2,05 2,06 2,07 2,08 2,09 2,10 2,11 2,12 Lənkəran Rayon İcra Hakimiyyəti :Əhali
↑ Lənkəran Rayon İcra Hakimiyyəti: İcra hakimiyyətinin başçısı: Qaraşov Taleh Azay oğlu
↑ Ethno-Caucasus, Этнодемография Кавказа : Ленкаранский район (перепись 1939 года)
↑ Azərbaycan Dövlət Statistika Komitəsi :Lənkəran rayonu
↑ 6,0 6,1 6,2 6,3 Lənkəran Rayon İcra Hakimiyyəti:İqlim
↑ Военная Литература: Военные мемуары: 9 Мая 1945 года. — М.: Наука, 1970. И. X. Баграмян. На путях к великой Победе
↑ Иванов С. П. Штаб армейский, штаб фронтовой. — М.: Воениздат, 1990. Глава девятая. В 1-й танковой под Сталинградом
↑ Фронтовые очерки о Великой Отечественной войне. В трех томах. Том 1. — М.: Воениздат, 1957. Василий Коротеев. Сталинградское кольцо
↑ Aleksander A. Maslov, David M. Glantz. Fallen Soviet Generals: Soviet General Officers Killed in Battle, 1941—1945. Taylor & Francis, 1998. ISBN 0-7146-4346-7, 9780714643465


Tarix: 16.03.2013 / 17:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 914 Bölmə: Tariximiz ve rayonlarimiz