beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tovuz

Tarixi

Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmasına əyani sübutdur. Zəyəmçay hövzəsində tapılmış 300 min il yaşı olan suxurlar, qədim Hunan şəhərinin qalıqları olduğu söylənilən Torpaqqala abidələri, 8-10 min il tarixə malik Köhnəqala və Göytəpə abidələri və s. bu ərazilərin nə qədər qədim tarixə malik olmasını göstərməkdədir. Rayon ərazisindəki ayrı-ayrı ərazi və yer adlarının qədim türk toponimlərinə uyğun gəlməsi ərazidə yaşayan köklü əhalinin qədim məskunlaşma tarixini və türk soylarından olmasını sübut etməkdədir. Tovuzun adı ilə əlaqədar bir neçə mənbələrdən alınan məlumata görə bir neçə variantlar məlumdur, onlardan biri "Tau Ok uz" Qədim tükçədən (Huncadan) tərcümədə Dağ tayfalarıyıq mənasını verir, ikincisi "Tau ust" qala türkcədən (Huncadan) tərcümədə Dağ üstündə yerləşən qala mənasını verir. Bu iki variantlardan daha inandırıcısı İkinci variantdır ki həqiqətən əraziyə bu adın verilməsi dağlarda yerləşən Tavus qalanın adı ilə bağlıdır,qalanın xarabazarlığı hələdə qalmaqdadır. Akademik Sumbatzadəyə görə bu qala eramızın 3-cü əsrində bölgəyə gəlmiş Hun(Hunlar)-Sabir(Sabirlər) türk tayfaları tərəfindən tikilmişdir. Bu faktı bədnəm erməni mənbələridə təstiqləyir. Onlar düzənlikdə yerləşən Hunan şəhərini qorumaq üçün dağda möhtəşəm qala tikdilər və ətrafda gözətçi kiçik qalalar(Karavul)saldılar, qalanı Tauust adlandırdılar, kiçik qalacıqları isə karavulqala adlandırdılar. Sonradan həmin sözlər transkripsiyaya uğrayaraq Tauust-Tavus,Karavul-Koroğlu deyilərək adlandırılmışdır.Hunlar hələ indiyədək tovuz ərazisində yaşamaqdadırlar, Tovuz rayonunun Yanıqlı kəndinin əhalisi indiyədək özlərini Hunnalı çağırırlar və dərələrinə Hunna dərəsi deyirlər. Kəndin qədim adı Hunna olmuşdur, Şah Abbas tərəfindən yandırıldıqdan sonra Yanıqlı adlandırılmışdır. Tovuz şəhəri Tavusqalanın tuşunda yerləşən dəmir yolu stansiyasına (adı genetik yaddaşlarında saxlayan) yerlı əhali tərəfindən verilmişdir. Şəhərin adını 19-cu əsrin 60-cı illərinədək rəsmi yazılarda yerli əhali Tavus adlandırırdı, lakin sonradan sovet dövründə bu adı nədənsə??? yavaş-yavaş Tovuz etdilər. Tarixdə Şəmşədil, Şəmşəddin, Tausu adları ilə də tanınan bölgə keçmiş SSRİ üzrə inzibati ərazi bölgüsü əsasında Tovuz rayonu kimi 1930-cu il avqustun 8-də təşkil olunub.

1899-cu ildə Göyçə mahalının xəritəsi. Xəritə qədim Türk toponimləri göstərilməklə, Çar Rusiyası məmurları tərəfindən tərtib edilmişdir. Xəritənin şimal-şərq hissəsində Tavus-qala (Тауз-кала) haqqında qiymətli melumatlar saxlanılmışdır.

Son zamanlar bədnam qonşularımız bu tarixi adı mənimsəmək üçün fəaliyyətə başlayıblar, onlar bölgəyə Şəmşəddil sultanlığı ruslar tərəfindən dağıldıqdan sonra köçürülüblər və yaşayış məntəqəsini yerli əhali Tavus qalakənd adlandırdıqlarına görə öz dillərinə sadəcə tərcümə edərək Tavus sözünü tullayaraq Berd (yəni tərcümədə Qala)adlandırmışlar, Lakin sonradan 1990-cı illərdə yenə tarixin dalınca qaçaraq bir hərif dəyişərək bölgəyə Tavuş adı verdilər (Tavuş). Sual olunur axı nə üçün Rus imperiasının vaxtında bıçaqlarının soluda-sağıda kəsən zaman bu addan imtina etmişlər? indi bərpa edirlər. Onların mənbəyi təstiqləyir ki bu qalanı Hunlar tikmişlər, indiki ermənilər iddia edirlər ki "xaçpərəst olmuş Hunlar sonradan erməniləşmişlər". Yenədə sual olunur əgər bölgədəki ermənilər hunlardan törəyibsə? onda onlarda türklərdir erməni deyil.

Tovuz Çar Rusiyasının Azərbaycanı işgalına başlamasınadək (1802-1803) Şəmşəddil sultanlığına aid olub.

Tovuz Azərbaycanın futbol merkezlerinden biri sayılır. Tovuzun "Turan" komandası(Turan (futbol klubu, Tovuz)) Azərbaycan futbolu üçün çoxlu sayda futbolçu hazırlayıb. Təsadufi deyil ki Azərbaycan yığmasının heyyətində ən azı 5-6 nəfər "Turan" klubunun yetirmələri hər oyunda çıxış edir. "Turan" Azərbaycan premyer liqasında daimi çıxış edən üç komandadan biridir ("Neftçi","Qarabağ","Turan"). Lakin çox təəsüf ki Azərbaycan iş adamları tərəfindən bu komandaya diqqət yetirilmir.

Coğrafi mövqeyi

Tovuz rayonunu Ermənistanla 69 km, Gürcüstanla 23 km. sərhəddi var. Rayon qərbdə Ağstafa rayonu, şərqdə Şəmkir rayonu, cənubda Gədəbəy rayonu, şimalda az bir hissəsi Samux rayonu ilə (Ceyrançöldə) həmsərhəddir.

Tovuz Azərbaycan Respublikasının şimal-qərbində, Gəncə-Qazax düzündə yerləşməklə əlverişli iqtisadi coğrafi mövqeyə malikdir. Tovuz şəhəri paytaxt Bakıdan qərbdə, Bakı-Qazax magistralının 430 km də yerləşir.

Rayon ərazisinin şimal hissəsində, Kür çayının sol sahilində heyvandarlıq (xüsusən də, qış heyvandarlığı) üçün olduqca əlverişli olan Ceyrançöl qışlağı yerləşir.

Rayon ərazisindən Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən "Bakı-Tbilisi-Ceyhan" neft kəməri və "Bakı-Tbilisi-Ərzurum" qaz kəməri və Böyük İpək Yolu keçir.

Relyefi

Tovuz rayonunun ərazisi relyef xüsusiyyətlərinə görə 4 zonaya: orta dağlıq, alçaq dağlıq, dağətəyi və yüksək dağlıq zonalara ayrılır. Rayonun cənub hissəsi orta və yüksək dağlıq zonada, mərkəz hissəsi alçaq dağlıq və dağətəyi zonada, şimal hissəsi isə dağətəyi düzənlikdə yerləşir. Ərazi 330 m dəniz səviyyəsindən yüksəkdə yerləşir.

Təbiəti

Tovuz rayonu öz flora və faunası ilə doğrudan da digər rayonlardan fərqlənir. Ən azı ona görə ki, rayon tamamilə dağlar qoynunda yerləşir. Hər bir yanı silsilə dağlar, caylar və meşələrlə əhatə edilmiş bir rayonun təbiəti artıq öz-özlüyündə füsunkar olmalıdır. Üstəgəl havası, suyu, bitki örtüyü, heyvanlar aləmi və ən əsası mehriban, qonaqpərvər insanları...

Dağlar sanki bir üzük, Tovuz rayonu isə bu əzəmətli üzüyün qaşıdır. Silsilə dağların dağətəyi zonaŞ bundan sonra isə düzənliklə əvəz edilməsi rayon ərazisində torpağın üst qat örtüyünün və bunun da nəticəsində bitki örtüyünün dyişilməsinə səbəb olur.

Bəzən alp çəmənlikləri, bəzən subalp çəmənlikləri talalarda və düzənliklərdə biri-birini əvəzləyir. Bəzən sıxlığı ilə insanı vahimələndirən keçilməz meşə zonalarında, xüsusilə də dağ-meşə massivlərində rast gəlinən bitki örtüyünün və heyvanlar aləminin çox güman ki, hələ bundan sonra da daha dəqiq araşdırılmasına və klassifikasiyasına güclü ehtiyac hiss edilməkdədir.

Dağ massvlərində və xüsusən də dağətəyi zonalarda xalca kimi sərilərək minbir rəngə çalan çəmənliklərdə bitən otların, güllərin, çiçəklərin və müxtəlif növ digər bitki aləminin bir başqa aləmi var...

Sıldırım qayalardan qah-qah vuraraq qalxan qartalların hayı-harayı, quşların aləmi başına götürın quş nəğmələri füsünkar Tovuz təbiətinin zənginliyindən söhbət açır.

Tovuz dağlarının, Tovuz meşələrinin, düzənliklərinin, yaylalarının rəngarəngliyi onun təkcə bitki örtüyü ilə deyil heyvanlar aləmi ilə də həmahəngdir. Ən kiçik qarışqalardan tutmuş ən ən nəhəng və ən vıəhşi qabanına qədər mənə elə gəlir ki, digər bütün canlılardan fərqlidir, bunlar məhz Tovuzun heyvanlar aləminə məxsusdur.

Tovuz meşələrində və dağlarında, düzənlərində və yaylalarında, ən inanılmaz irəməliklərində belə rast gəlinən siçan, siçovul, dələ, çaqqal, tülkü, canavar, ceyran, cüyür və sair heyvanlar aləminin getdikcə kasadlaşdığı bu günlərimizdə də kifayət qədər cazibədar olduğuna dəlalət edir.

Hələ bol sulu Kür çayında olan balıqları da bura əlavə etsək, heç də Tovuzun flora və faunasından şikayət etməyə dəyməz, əksinə onu sevmək, onu qotumaq, ona qayğı göstərmək lazımdır.

Vəhşi təbiətin qanunları ilə bibi-birinin qənimi olan heyvanların eyni bir ərazidə yaşaması həmin heyvanlarda müdafiə instinktlərini yaratmaqla bərabər həm də təbiətdə təbii seçim və saəlamlaşma mühitinin yaranmasına səbəb olur.

Buraya həm yırtıcılar, həm də qeyri-yırtıcılar daxildir. Tovuz rrayonunun meşə massivlərində bu günlərdə də az da olsa təbiətin bəzəyi olan ceyran və cüyürlərə də rast gəlinir.

Uca sıldırımlı dağların, qayaların zirvəsində şığıyaraq şikar axtaran qartallarsız həm Tovuz dağları darıxar, həm də əngin səmalar. Çünki şahinlər deyərkən şiş ucları buludlardan nəm çəkən uca dağlar yada düşür, dağlar deyərkən istər istəməz qartallar, şahinlər yada düşür.

Tovuz rayonun təbiətində söz açasan amma bumbuz bulaqlaradan danışmayasan. bax bu günah olardı. Çünki Tovuz rayon su hövzələrini yaradan əsas mnənbələrdən biri də məhz bulaqlardır.

Tovuz rayonu müxtəlif istiqamətlərdə maşınla yolşuluq edənlərin qarşısına çox tez-tez çıxa bilən təbiət gözəlliklərindəndir. Hər bir bulaqın öz adı, hər bir bulaq suyunun öz dadı-tamı vardır.

Tovuz rayon su hövzələrinin yaranma mənbələrindən biri və yəqin ki, ən əsası məhz çaylardır. Tovuz rayonunda olan dağ çayları xüsusilə insana yenilməzlik, qələbə və əbədilik hissləri gətirir. İti sürətli dağ çaylarına baxarkən istər istəməz çayın axarı insanın hisslərini də özü ilə götürüb uzaqlara, sonsuzluqlara aparır.

Dağ çaylarının ayrı-ayrı yerlərində şəlalələrə çevrilərək yuxarıdan aşağı öz əzəməti ilə insanı vəcdə qətirərək aramsız şırhaşırla axan şırşırlı şəlalələri görmək və onlardan sadəcə ayrılmaq doğrudan da mümkün deyil.

Tovuzun flora və faunası olduqca zəngindir. Dağlarda palıd, fıstıq, vələs, qoz, göyrüş, dəmirağac və müxtəlif cır meyvə kolları növləri bitir. Rayonun Ceyrançöl hissəsinə aid olan Qarayazı qoruğunda nadir bitki hesab olunan eldar şamı qorunur.

Ərazinin landşaftındakı müxtəliflik, flora və faunasının rəngarəngliyi onu turizm üçün nə dərəcədə əhəmiyyətli olduğunu şərtləndirir.

İqlimi

Tovuzda havanın orta illik temperaturu 8-13 C, yanvarda 1-4 C, iyulda isə 18-25 C dərəcə arasında dəyişir. Orta illik nisbi rütubəti 71 %-dir. Yağıntının illik miqdarı 400-700 mm-dir. Küləyin orta illik surəti 3,4 m/san-dır.

İri yaşayış məntəqələri

Qovlar qəsəbəsi.

Əhalisi
Tovuz rayonu əhalisinin milli tərkibi, 2009 sa.[1]Etnik quplarToplamNisbətiKişilərNisbətiQadınlarNisbəti
cəmi157 875100 %79 078100 %78 797100 %
azərbaycanlı157 59999.83 %78 99499.89 %78 60599.76 %
türk1570.10 %760.10 %810.10 %
rus760.05 %40.01 %720.09 %
ukraynalı80.01 %00.00 %80.01 %
talış60.00 %30.00 %30.00 %
tatar40.00 %00.00 %40.01 %
erməni40.00 %00.00 %40.01 %
digər210.01 %10.00 %200.03 %


Görkəmli şəxsləri
Məmməd İsmayıl — Azərbaycan şairi.
Məstan Əliyev — Sovet İttifaqı Qəhrəmanı.
Müseyib Müseyibov — Azərbaycan cografiya elmləri doktoru, professor.
Mikayıl Azaflı — Azərbaycan aşığı, Azərbaycanın əməkdar mədəniyyət işçisi
Qəzənfər Paşayev - Azərbaycan yazıçısı , Filologiya elmləri doktoru .
Qənirə Paşayeva — Azərbaycan Respublikası Milli Məclisinin deputatı.

Sovet İttifaqı Qəhrəmanları
Yusif Mehdi oğlu Sadıqov – 1918-1971-ci illərdə yaşamışdır, rayonun Ağdam kəndindəndir.
Mərdan Məhəmməd oğlu Musayev – 1907-1982-ci illərdə yaşamışdır. Rayonun Əlimərdanlı kəndindəndir.
Məstan Aslan oğlu Əliyev – 1918-1945-ci illərdə yaşamışdır. Rayonun Əsrik Cırdaxan kəndindəndir.

Azərbaycanın Milli Qəhrəmanları
Naiq Nəsir oğlu Yusifov – 1970-1992-ci illərdə yaşamışdır, rayonun Ağdam kəndindəndir.
Qasım Qara oğlu Rzayev – 1971-1992-ci illərdə yaşamışdır, rayonun Əlibəyli kəndindəndir.

İqtisadi xarakteristikası

Tovuz rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Üzümçülük, tərəvəzçilik, quru subtropik meyvəçilik, bostançılıq, bağçılıq, taxılçılıq, heyvandarlıq kənd təsərrüfatının mühüm sahələridir. Rayon üzrə sənaye müəssisələrinin sayı 45 ədəd, onlardan fəaliyyət göstərir 21 ədəd.

2007-ci ildə məhsul buraxılışı və xidmətlərin həcmi 8875,9 min manat olub. 2007-ci ildə sənaye müəssisələri və fizik işəxslər tərəfindən 1760.3 ton çörək, 2833,4 ton un, 578.9 ton kəpək, 32,9 ton yarma, 47,4 min dal araq, 26,2 min dal şərab,70,2 min dal konyak məhsulu, 185,0 ton şəkər, 8.2 min dal mineral süfrə suyu, 884 ton beton məmulatı, 432,0 ton gəj, 7507,0 ton çınqıl və qum, 30 min cücə, 260 ədəd çarpayı, 10,0 min ədəd qəzet istehsal olunub.

Tovuzda istifadəyə verilən yeni asfalt zavodunda 8 saata 500 ton məhsulun istehsal olunması nəzərdə tutulub. Tovuz çayından götürülən xammal əsasında hazırlanan məhsul hələlik yalnız rayon ərazisindəki yolların təmiri üçün istifadə olunur.

Digər sənaye sahələri ilə bərabər Tovuz rayonunda qismən də olsa yüngül sənaye və toxuculuq sənayesi də fəaliyyət göstərməkdədir. Tovuz rayonunun mərkəzində fəaliyyət göstərən yüngül sənaye müəssisəsində onlarla insanlar işlə təmin edilib.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

Tovuzda XIX əsrin son rübünədək təhsil əsasən dini məktəblərdə və fərdi qaydada aparılıb. İlk dünyəvi məktəb 1891-ci ildə rayonun Yuxarı Öysüzlü kəndində rus-tatar məktəbi (realnı) kimi fəaliyyətə başlayıb.

1899-cu ildə Tovuz şəhəri ərazisində Rəsulov Hüseyn adlı bir şəxsin evi dünyəvi təhsil təəsübkeşləri tərəfindən kirayə edilir və burada sonralar 1937-ci ildə böyük rus şairi A.S.Puşkinin adını daşıyan Tovuz şəhər orta mətkəbinin bünövrəsi qoyulur. Yanıqlı kəndində 1924-cü ildə şəxsi evlərdə 4 illik məktəb açılıb.

Tovuzun ilk görkəmli müəllimləri sırasında Ağamməd Axundovun, Məmmədqara Məmmədovun, Əli Əliyevin, Cəfər Mürşüdlünün, Həsən Həsənovun, İbrahim Qüdrətovun, Qara Sultanovun, Nadir Abdıyevin adlarını çəkmək olar.

Hazırda rayonda fəaliyyət göstərən 85 ümumtəhsil məktəbinin 65-i orta, 17-si əsas, 3-ü ibtidai məktəblərdir. Rayonda 39 məktəbəqədər və 5 mətkəbdənkənar uşaq müəssisəsi fəaliyyət göstərir. 39 məktəbəqədər uşaq müəssisələrinə 2375 nəfər uşaq, 5 məktəbdənkənar uşaq müəssisəslərin isə 6180 nəfər şagird cəlb edilmişdir.

Rayonun ümumtəhsil mətkəblərində şagirdlərin təlim-tərbiyəsi ilə 4112 nəfər müəllim məşğul olur. Onların 3783 nəfəri ali, 26 nəfəri natamam ali, 303 nəfəri isə orta ixtisas təhsillidir.

Tovuzda 132 nəfər işçisi olan Peşə Liseyi və 78 nəfər işçisi olan Dövlət Sosial İqtisad Kolleci fəaliyyət göstərir. Bir neçə il öncəyədək rayonun Qovlar qəsəbəsində Azərbaycan Yeyinti Sənayesi İnstitutu fəaliyyət göstərib.

A.S Puşkin adına Tovuz şəhər orta məktəbi 100 ildən artiq fəaliyyəti dövründə, eləcə də rayonun digər məktəbləri Azərbaycan elmi üçün 80-dən artıq elmlər doktoru-professor, 150-dən çox elmlər namizədi yetişdirib.

Maddi-mədəni irsi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli qərarına əsasən, Tovuz rayonunun ərazisində 64 tarixi-mədəni, arxeoloji abidənin olması təsdiqlənib. Onlardan 18-i ölkə ( 2-si memarlıq, 16-sı arxeoloji), 46-sı yerli (32-si memarlıq, 11-i arxeoloji, 1-i monumental xatirə abidəsi, 2-si dekorativ-tətbiqi sənət nümunəsi) əhəmiyyətli olmaqla dövlət tərəfindən mühafizə edilir.

Ölkə əhəmiyyətli memarlıq abidələrinə -Düzqırıqlı kəndində xıx əsrə aid Hacı Bagır məscidi Yanıqlı kənd məscidini, Kirzan məbədini misal göstərmək olar.

Kirzan kəndindəki XII əsr məbədinin bu gün yalnız qalıqları mövcuddur. Abidənin ətrafında elmi-tədqiqat və konservasiya işlərinin aparılması vacibdir.

Yerli əhəmiyyətli memarlıq abidəsi olan ikimərtəbəli yaşayış evi 1880-ci ilə aiddir. Yerli əhəng daşından inşa olunmuş abidənin texniki vəziyyəti qənaətbəxşdir.

XIX əsrə məxsus suvurma qülləsi əhəng daşından inşa olunub. Abidənin dam örtüyü olmadığından divalarında çatlar əmələ gəlib. Abidə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Dəmir Yolu Baş İdarəsinin balansındadır. 4-5 il bundan əvvəl idarə tərəfindən qüllənin sökülməsinə başlanılıb, ancaq müvafiq dövlət qurumlarının müdaxiləsindən sonra bu iş dayandırılıb. Dam örtüyü də o vaxtdan açıq qalıb. Dam örtüyü tezliklə bərpa olunmasa, abidə tezliklə dağıla bilər.

Yerli əhəmiyyətli memarlıq abidələrindən olan ikimərtəbəli, XIX əsrə məxsus yaşayış evi və 1912-ci ildə inşa olunmuş sement zavodunun binası da qəzalı vəziyyətdədir. Çiy kərpicdən inşa olunmuş yaşayış evinin bir hissəsi uçub, qalan hissəsi də uçmaq təhlükəsi qarşısındadır. Binanın nə memarlıq, nə də tarixi əhəmiyyəti olmadığından onun abidə kimi siyahıdan çıxarılması təklif edilib.

Sement zavodunun yalnız qülləsi qalıb. Tikilinin qalan hissəsi uçub. Elə bu səbəbdən binanın yalnız qülləsinin abidə kimi qorunması təklif olunub.

Bundan əlavə, Tovuz rayonunda bir sıra yeni aşkar olunmuş abidələr də mövcuddur. Bayramlı kəndindəki çay daşından və bişmiş kərpicdən inşa olunmuş körpünün texniki vəziyyəti qaneedicidir.

Yerli əhəmiyyətli memarlıq abidələrindən olan Qazqulu kəndindəki səkkizguşəli türbələr, 1880-ci ildə tikilmiş dəmiryol körpüsünün vəziyyəti qənaətbəxşdir.

Texniki baxışın nəticəsi aşağıdakı abidələrdə bərpa işlərinin aparılmasının vacib olduğunu diktə edir: Ölkə əhəmiyyətli memarlıq abidəsi olan XVII əsrdə inşa olunmuş Yanıqlı kənd məscidi, yerli əhəmiyyətli memarlıq abidələri sayılan Ağbulaq kəndinin yaxınlığındakı məbəd və qala divarlarının qalıqları, Vahidli kənd qəbiristanlığındakı məscid, Yuxarı Öysüzlü kəndindəki XIX əsr türbələri, Yanıqlı kəndindəki 3 ədəd türbələr kompleksi, Yuxarı Öysüzlü kəndindəki Nəsib və Yusif bəylərin XIX əsrə məxsus yaşayış evləri, Düz Qırıqlı kəndindəki XIX əsr məscidi.

Mətbəx

Azərbaycanın hər bölgəsində olduğu kimi, Tovuz rayonunun da özünün spesifik yemək növləri var. Belə yemək növlərinə əsasən, xəmir yeməkləri, dənli bitkilər və qöyərti (pencər), kartof mənşəli yeməklər daxildir. Azərbaycan kulinariyasında məşhur xəmir yeməklərindən biri də "Tovuz xəngəli" adı ilə tanınır.

Plovun və dolmanın onlarla növü, kababın da elə təxminən bu qədər növü bəllidir. Bunları çox hissəsi tərəvəzlərdən geniş istifadə olunmaqla hazırlanır. Tovuzda qədimlərdən bəri tərəvəzlərdən, göyərtidən, süd və un məhsullarından daha geniş istifadə olunur.

Sulu yeməklər, tərəvəz qızartmaları, müxtəlif növ pilovlar, şirniyyatlar, süd məhsulları Tovuz mətbəxinin əsas təamlarıdır. Tovuzda təkcə kartofdan 10-dan artıq yemək hazırlanır.

Elə yeməklər də var ki, məhz Tovuzda daha çox bişirilir və istifadə edilir. Tovuz xəngəli, sulu xəngəl, fəsəli, qatlama, körəməz, öriştə və əriştəli yeməklər, müxtəlif növ pencərlərdən hazırlanan yeməklər – ispanaq, unnuca, qazayağı, şomu və sair.

Tovuz mətbəxi müxtəlif salatlarla da zəngindir. Tərəvəz, göyərti, lobya, noxud qoz, fındıq, qaymaq qatılmaqla hazırlanan salatlar çox dadlı olur. Bundan başqa adi salatlardan (pomidor, xiyar, bibər) geniş istifadə olunur. Ən geniş yayılmışı "Çoban salatı"dır. Tovuzluların adi yemək süfərində belə mütləq salat olur.

Əlüstü yeməklərdən müxtəlif qutabları göstərmək olar. Ən məşhuru göyərti qutabıdır ki, bu da Tovuzda çox sevilir. Bundan başqa kartofdan, noxud və lobyadan hazırlanan qutablar da bişirilir.

Şirniyyat məmulatarından əx çox istifadə olunanı, paxlava, şəkərbura, qatlama, fəsəli, meyvəli tort növləridir.

Tovuzda ən çox istifadə olunan içkilər, ayran, dovğa, atlama, meyvə şirələridir. Spirtli içkilərdən bu zonanın məşhur içkiləri kimi yanınan tut, zoğal və digər meyvələrdən çəkilmiş araqları, üzüm, gilas, nar, moruq və digər meyvələrdən şərabları göstərmək olar.


Tarix: 16.03.2013 / 13:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 2133 Bölmə: Tariximiz ve rayonlarimiz