beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qusar

Qusar – Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Qusar şəhəridir.Mündəricat
1 Tarixi
2 Coğrafi mövqeyi
2.1 Relyefi
2.2 Təbiəti
2.3 İqlimi
3 Əhalisi
3.1 Görkəmli şəxsləri
4 İqtisadi xarakteristikası
5 Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
6 Maddi-mədəni irsi
7 Mətbəx
8 Yerli media
9 İstinadlar
10 Xarici keçidlər
11 Həmçinin bax


Tarixi

Qusar – "suvari qoşun növü" mənasını verir. İlk dəfə Qusar adı Macarıstanda 1458-ci ildə işlədilmişdir, Rusiyada isə 1917-ci ilədək mövcud olmuşdur. Alimlərin apardıqları tədqiqatlar, müəyyən dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar, bu günə kimi qalmış bəzi tikinti abidələri və kurqanlar deməyə əsas verir ki, Qusar rayonu qədim yaşayış məskənidir. Qusar rayonu ərazisində yaşayış məskənlərinin e.ə. II minillikdən movcud olması güman edilir. Burada mövcud olan qədim yaşayış məskənlərindən e.ə. I minilliyə aid Mahmudtəpə (Gədəzeyxur), Minsar təpələri, Gavdişan təpələri (Bədirqala), tunc dövrünə aid Qəflə təpələri, orta əsrlərə aid Qızılgül və Ağaxan təpələri (Aşağı Ləgər), Qalaxür təpələri (Həzrə) və s. göstərmək olar. Qusar rayonu 1930-cu ildə təşkil edilmişdir. 1963-1965-ci illərdə ləğv edilmiş Xaçmaz rayonunun bir hissəsi Qusar rayonunun tərkibinə verilmişdir. [2]

Coğrafi mövqeyi

Qusar rayonu coğrafi mövqeyinə görə Azərbaycanın "Şimal qapısı" adlandırılır. Azərbaycanın şimal-şərqində yerləşir. Qusar rayonu sərhədlərinin uzunluğu 200 km-dən çoxdur. Bunun 170 km-i quru, 45 km isə su sərhədi (Samurçay və Qusarçay) təşkil edir. Rayon şimal-qərbdən Rusiya Federasiyası (Dağıstan), şimal-şərqdən Xaçmaz rayonu, cənub-şərqdən isə Quba rayonu ilə həmsərhəddir. Mərkəzi Qusar şəhəridir. Cənub-qərb hissəsi dağlıq, mərkəzi maili düzənlik, şimal-şərq kənarı Samur-Dəvəçi ovalığıdır. Rayonun cənub-qərb sərhəddi Baş Qafqaz silsiləsinin suayrıcından keçir. Ərazinin hündürlüyü 100 m-dən 4466 m-ə qədərdir. Respublikada olan müasir buzlaqların çox hissəsi Qusar rayonu ərazisindədir. Samur və Qusarçay çayları Qusar rayonu ərazisindən keçir və qar və buzlaq suları ilə qidalanır.

Relyefi

Qusar rayonu Böyük Qafqaz dağlarının ətəklərində, Qusar maili düzənliyində yerləşir. Azərbaycanın ən hündür nöqtələri olan Bazardüzü (4466 m) və Şahdağ (4242 m) zirvələri, eləcə də məşhur Şahnabad yaylağı Qusar rayonunun ərazisindədir. Samur-Abşeron kanalı, Qusarçay, Samur çayı, eləcə də Rusiyaya gedən başlıca avtomobil magistralı rayonun ərazisindən keçir.

Rayonun şimal inzibati sərhəddi Samur çayından, şimal-qərb, qərb və cənub-qərb inzibati sərhədləri Böyük Qafqaz silsilələrindən, cənub inzibati sərhədləri isə Qusarçay vadisindən keçir. Şərq tərəfdən inzibati sərdəhlər Qusar maili düzənliyi ilə Şollar düzünün kəsişdiyi əraziyə qədər uzanır.

Təbiəti

İqlimi

Azərbaycanda mövcud olan 9 iqlim tipindən 4-nə Qusar rayonu ərazisində rast gəlinir. İqlimi düzənlik və dağətəyi hissədə mülayim isti, yüksək dağlıqda soyuq və rütubətlidir. Orta temperatur yanvarda düzənlikdə 1 °C, yüksək dağlarda -14 °C, iyulda müvafiq olaraq 24 və 2 °C-dir. İllik yağıntıların miqdarı 350-1500 mm-dir.

Təbii ehtiyatlar – gil yataqları, palıd, fısdıq, vələs və s. meşələr

Əhalisi

Əhalisinin əksəriyyəti ləzgilərdən ibarət olan rayonun Bədirqala, Bədişqala, Gündüzqala və Həsənqala kəndlərinin əhalisini etnik azərbaycanlılar təşkil edir.[3] Azərbaycanlılar həmçinin Qusar şəhərində yaşayırlar.
Qusar rayonu əhalisinin milli tərkibiEtnik qrupSayı, 2009 sa.[4]Nisbəti, 2009 sa.[4]
Cəmi87 857100 %
ləzgi79 62990.63 %
azərbaycanlı7 9569.06 %
türk1020.12 %
rus870.10 %
xınalıq200.02 %
qrız110.01 %
tatar80.01 %
ukraynalı70.01 %
digər370.04 %




Görkəmli şəxsləri

İqtisadi xarakteristikası

2009-cu ildən Qusar rayonu ərazisində Şahdağ Qış-Yay Turizm Kompleksinin tikintisinə başlanmışdır. Kompleks bir dəfəyə 5 min nəfər turist qəbul edə biləcək. 2006-cı ildə elan edilən tenderdə Türkiyənin DİA Holdinq şirkəti qalib gəlmişdir.


Tarix: 16.03.2013 / 17:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 676 Bölmə: Tariximiz ve rayonlarimiz