Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Salyan

Salyan — Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Salyan şəhəridir.Mündəricat
1 Tarixi
2 Coğrafi mövqeyi
2.1 Relyefi
2.2 Təbiəti
2.3 İqlimi
3 İri yaşayış məntəqələri
4 Əhalisi
4.1 Görkəmli şəxsləri
5 İqtisadi xarakteristikası
6 Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
7 Mətbəx
8 Şəkillər
9 İstinadlar
10 Mənbə
11 Xarici keçidlər
12 Həmçinin bax


Tarixi

Salyan rayonu ərazisində tapılmış çıraq

Salyan sözünün etimologiyası haqqında müxtəlif mülahizələr var. 1880-ci ildə Salyanda olmuş rus tədqiqatçısı K.Sadovski Salyan sözünün fars dilindəki "sal"-il, yaxud "salyane" – yəni illik bac mənasını verən sözdən yarandığını iddia etmişdir. "Tam fars, ərəb rus lüğəti"nin müəllifi İ.Yaqello, "Burhane Qate" kitabının müəllifi Məhəmməd Hüseyn Təbrizi, "Lüğəti Naci"nin müəllifi Naci də K.Sadovski ilə eyni fikirdə olmuşlar. "Coğrafi adlar" kitabının müəllifi Nəbi Nəbiyev isə Salyan sözünün mənasını "bərə yeri" (salların sahilə yan aldığı yer) və ya sal tayfasının adı ilə bağlayır. Sal tayfası Azərbaycanda yaşamış türkdilli tayfa adıdır. Dünya şöhrətli türkoloq Murad Acı da Salyan sözünün sal tayfasının adı ilə bağlı olduğunu iddia edir. Dilçi alim K.Ramazanov bu coğrafi adın sal-bərə sözündən ibarət olub "salın yan aldığı yer"lə bağlı yarandığını deyir.

Salyandan Ərdəbilə, Təbrizə, Dərbəndə və başqa şəhərlərə balıq, kürü, Babazənən dağı yaxınlığından çıxarılan neft və duz ixrac olunurdu. Tarixi mənbələr göstərir ki 1295-1304-cü illərdə Elxani hökümdari, islami qəbul etdikdən sonra Mahmud adini almış Sultan Məhəmməd Qazan xan tərəfindən 1295-ci ildə Kür çayının mənsəbində, indiki Salyanın yerləşdiyi ərazidə şəhər salınmışdır. Şəhər Qazan xanın şərəfinə Mahmudabad adlandırılmışdır. Ehtimal olunur ki, şəhər zaman-zaman Muğan, Hüştəsfi və Mahmudabad adını daşımış və sonradan Salyan adını almışdır.

Amma nəzərə alsaq ki, Salyanın indiki ərazisindən hələ qədim dövrlərdən köhnə karvan yolları keçmişdir və bu bu karvan yollarından istifadə edən karvanlar isər-istəməz Kür çayını keçməliydilər. O da məlumdur ki, həmən vaxtlarda Salyan ərazisində Kür çayı üzərindən heçbir körpü olmayib və çayı keçmək yalniz və yalniz “sal , bərə” vasitəsiylə mümkün olub.Çox güman ki, Salyan adı da yuxarıda göstərildiyi kimi salın,bərənin sahilə yan aldığı yer mənasında Salyan olmuşdur. Əlavə olaraq onuda nəzərə almaq lazımdır ki, Salyan şəhərində, Kür çayının sahilində hamının tanıdığı “Köhnə bərə ağzi” deyilən məhəllə bu gun də mövcuddur. Ümumiyətlə Salyan rayonunun ərazisindən Kür çayının üzərindən keçid 1946-ci ilə qədər, yəni birinci Salyan körpüsünün istifadəyə verildiyi ilə qədər yanız sal və bərə vasitəsiylə mövcud olmuşdur.Bütün bunlar onu deməyə əsas verir ki Salyan sözünün şəhər adı kimi tarixi, Mahmudabad və Hüştəsfidən də qədimdir.

1680-ci ildə şahın fərmani ilə Salyan və Quba xanlığı birləşdirilib və mərkəzi Xudat şəhəri olmaqla 1-ci Huseyin xanın hakimiyətinə verilmişdir. (Salyan qazisi Hüseyn xan Rüdbarinin qiziyla evlənib və şiəliyi qəbul etdiyinə ğörə ərmağan olaraq) Quba xanı 1-ci Hüseyinin, Salyan qazisının qızıyla nigahindan qızı döğulur.Sonralar bir qayda olaraq Salyan valiləri Hüseyn xanın həmən qızının nəslinin nümayəndələrindən təyin olunurdilar.

Nadir şahın hökümranlığı dövründə 1735-ci ildə Salyan Quba xanlığının tərkibindən ayrılmış və müstəqil inzibati varlıq kimi birbaşa mərkəzi hakimiyyətə tabe olmuşdur.Həmən illərdə şəhərin valisi Həsənbəy xan olmuşdur.

1747-ci ildə Nadir şahın ölümündən sonraki dövrlərdə Azərbaycanda xaotik formada yaranmağa başlayan yeni xanlıqlar və sultanliqlar dövrundə Quba xanı 1-ci Hüseyinin uzaq qohumu olan İbrahim Rüdbari Salyanda öz hakimiyətini bərpa edərək , Quba xanlığından ayrıldığını və özünü mustəqil xan olduğunu elan edir.Amma cox keçmir ki Rüdbarilərin hakimiyyətindən narazı qalan Salyanın əhalisi Quba xanlığından yardim istəyir.1757-ci ildə hələ o zaman Quba xanlığının taxtina oturmamış vəlihəd Fətəli xan başçılıq etdiyi döyüşçü dəstələri ilə Salyanlıların köməyinə gəlir İbrahim Rüdbarini Salyandan qovur .Beləliklə İbrahim Rüdbarinin 8 illik hakimiyyətinə son qoyulur və Salyan xanlığı yenidən Quba xanlığının tərkibinə keçir. 1757-cı ildən 1768-cı ilə qədər Salyanın hakimi Kəlbə Əli xan olur. Ondan sonra 1782-ci ilə qədər Salyanın xani Qubad xan olur. 1782-ci ildən 1791-ci ilə qədər Salyanın xanı olmuş Şeyx Əli xan isə sonradan Quba Xanı olmuşdur.

1760-cı ildə Salyanda olan səyyah Biberşteyn öz yazilarinda göstərir: “Salyanın əhalisi çoxdur və onların əksəriyyəti zəngin və varlı yaşayırlar. Burada Kür çayında balıq ovundan yaxşı gəlir əldə olunur. Vətəgələrin çoxusu Astarxan vilayətindən gələn tacirlərə icarəyə verilmişdir. İcarə haqqı ildə 50 min gümüş pulla ölçülür” 1774-ci ilin yayında Qaytaq üsmisi Əmir Həmzə Qubaya hücumu və Dərbənd qalasını mühasirədə saxlayan zaman Fətəli xan Salyana sığınır və 10 ay burda yaşayir və qoşun toplayır.

Tarixi mənbələrdə göstərilir ki, miladi təqvimi ilə 1795-ci ildə Ağa Məhəmməd şah Qacar 60 minlik qoşunla Qafqaz üzərinə yürüş edir. Şamaxı istiqamətində hücum zamanı Qacar ordusu Salyanda ciddi müqavimətlə rastlaşır.Qanlı döyüşlərdə şah ordusu coxsayli itkilər verdikdən sonra şəhər əhalisinin böyuk bir hissəssi öldürülmüş, Salyan şəhəri isə tamamilə yandırılıb dağidilmişdir.1797-ci uldə isə Quba Xanı Hüseyn Əli xanin təşəbüsü ilə Salyanın aşaği kəndləri olan Boyat və Qaraimanlı kəndlərinin əhalisi Salyana köçürülmüş və şəhər yenidən tikilməyə başlanmışdır.(Həmən kəndlər indi Neftçala rayonunun ərzaisindədir.)

1852-ci ildə Salyan şəhərinin ərazisi 150 desyatinin (təqribən 1 600 km²) olmuşdur ki, bununda 95 des. tikinti altinda olub. 1852-ci ildə Salyanda 1125 şəxsi ev olub.Bunun 1118-i müsəlmanlara,7-si isə digər millətlərə məxsus olmuşdur.Həmən idə Salyanda 7 məscid, 3 karvansaray, 1 bazar, 5 hamam, 28 özəl müsəlman məktəbi, 5 meydan, 32 küçə, 24 bağ olmuşdur.

1863-cü ildəşəhər idarəçiliyi polis-pristav üsul idarəsinə verilib və həmən ildən şəhərin genişlənməsi başlayıb.1863-cü il kameral siyahıya alınmada aydın olur ki, Salyan şəhərində 1 292 ev 10634 nəfər sakin olmuşdur. 1868-ci ilin fevralında Çar Rusiyası zamanında Bakı quberniyası daxilində Cavad qəzası yaradılır və Salyan bu qəzanın inzibati idarəçilik və mədəni mərkəzi olur.

1881-ci ildə şəhərin ümumi torpaq sahəsi 800 desyatin olmuşdur.Həmən ildə Salyanda 12 kvartaldan ibarət olmağla 35 küçə, 2 meydan, 1 bazar, 2 müsəlman və 1 xristian qəbirstanlığı 1 rus və 12 türk məktəbi olduğu bildirilir.1181-ci ildə Salyanda 2323 kərpic ev olmuşdur. 1897-ci ildə Salyanın 11787 nəfər əhalisi olub.

XX əsrin əvvəllərində Mirxalıq Abdullayev burada illik istehsal gücü 3-4 min tona çatan 3 pambıq təmizləmə məntəqəsi tikdirmişdir. Bununla yanaşı Salyanda istilik elektrik stansiyası, 4 ibtidai məktəb və kitabxana fəaliyyət göstərmişdir. Bu vaxt şəhərdə bez istehsal edən 20 kiçik toxucu müəssisə, 200 dükan, 5 ticarət bankı, 3 karvansara, gəmi körpüsü, poçt stansiyası, karantin gömrükxana, 11 mədrəsə, yeraltı hamam və xəstəxana fəaliyyət göstərmişdir. Bütün cənubi Rusiyada və Qafqazda ilk dəfə olaraq 1864-ci ildə Salyanda metroloji stansiya yaradılmışdır. Xalq sənəti: xalçaçılıq, papaqçılıq, daş üzərində oyma, zərgərlik, ağac üzərində oyma, dəmirçilik. 1973-cü ilə qədər indiki Neftçala rayonun ərazisi də (1939-1959 illər istisna olmaqla)Salyan rayonuna aid olmuşdur.

Coğrafi mövqeyi

Bakıdan Salyan rayonunun mərkəzinədək məsafə 126 km-dir. Rayonun ərazisi Kür-Araz ovalığında Muğan və Cənub-Şərqi Şirvan düzlərində yerləşir. Rayonda 16 yaşayış məntəqəsi var.

Relyefi

Rayon Şərqdən kiçik sahədə Xəzər dənizi ilə hüdudlanır. Tirə və təpəliklər Babazanlı, Xıdırlı, Bəndovan və s. var. Ərazinin çox hissəsi okean səviyyəsindən 28 metrə qədər aşağıda yerləşir. Neogen və Antropogen çöküntüləri yayılmışdır. Palçıq vulkanları Qalmas, Xıdırlı, Babazanlı və s . var. Rayonun ərazisi neft və qaz yataqları ilə zəngindir. Boz-qonur, boz–çəmən, çəmən–bataqlıq, şoran torpaqlar yayılmışdır.

Təbiəti

Salyan rayonu Bala Kür çayı

Bitki örtüyü yarım səhra və səhra tiplidir. Salyanda yerləşən Şirvan milli parkında ceyran, qırmızıquyruq qumsiçanı, kiçik Asiya qumsiçanı, gürzə, kürən vağ, qaşqaldaq, kiçik qarabatdaq, böyük ağ vağ, ala ördək, yaşılbaş ördək, anqut, fitçi cürə, dalğıc, marek, ağquyruq dəniz qartalı, qamışlıq belibağlısı, ağquyruq çökük burun, cüllüt, qaratirinqa, çəmən və iri arıquşu, imperator qartalı, bülbül, bildirçin, kəklik, dovdaq, durna, torağayı, leylək, Suriya ağacdələni, qaratoyuq və s. heyvan və quş növləri vardır.

Düzənlik ərazilərində canavar və çaqqala, Kür qırağı ərazilərdə isə tülkü və vəhşi pişiklərə rast gəlinir.

Kürsəngi və Kürovdağ dağlarında mağaralar, Babazanlı dağında ısə müalicə əhəmiyyətli istisu mövcuddur. Kür çayının sahilini Tuqay meşələri bəzəyir. Bala Kür (Aqquşa) çayınin sahili səhərlər duman qalxanda çox mənzərəli olur. Dünyanın ən şor bulağı Şır-Şır da Salyandadir.



İqlimi

Yayı çox quraq keçən mülayim–isti iqlimi var. Orta temperatur qışda 8,5 °C, yayda isə 33,5 °C-dir. İllik yağıntı 250–400 mm.-dir. İlin ən soyuq gunləri yanvarın axırlarında (-1 °C, -5 °C), ən isti günləri isə avqustun axırı və sentyabırın əvvəlinə (43 °C) təsadüf edir. Salyanda qədimdən sentyabrın isti gunlərinə "qora bişirən", "ceyranı kölgəyə qaçıran", "pambıq istisi" və bu kimi başqa adlar qoyulmuşdur.

İri yaşayış məntəqələri

Plastik yaşayış massivi,Stansiya yaşayış massivi, Babazanlı kəndi

Əhalisi
Milli tərkibEtnik qruplar2009[2] s.a.
Cəmi121 871
azərbaycanlı121 700
türk93
rus57
kürd4
tatar2
ləzgi2
digər8


Görkəmli şəxsləri
Şeyxülislam Axund Məhəmmədəli Hüseynzadə - Qafqazın ilk şeyxülislamı (1823-1846)
Şeyxülislam Axund Əhməd Hüseynzadə (Səlyani) - Qafqazın üçüncü şeyxülislamı (1862-1884)
Axund Mirbağır Ağa Ağazadə — 1937-ci ilin repressiya qurbanı, böyük övliya, görkəmli din xadimi.
Əli bəy Hüseynzadə — böyük Azərbaycan ədibi, ədəbiyyat tənqidçisi filosof, XX əsr Türk-Azərbaycan ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri.
Məhərrəm Dadaşov – Sovet İttifaqı Qəhrəmanı (1941-1945)
Qulu Əsgərov — Azərbaycan müğənnisi. Tanınmış xanəndə və pedaqoq.
Əliağa Kürçaylı — şair, dramaturq, tərcüməçi.
Aşıq Pənah - aşıq, şair, bəstəkar
Xəlil Rza Ulutürk — şair, tərcüməçi, Azərbaycanın xalq şairi.
Həsən Məmmədov — aktyor, Azərbaycanın xalq artisti.
Arif Məlikov - bəstəkar, Azərbaycanın xalq artisti.
Vaqif Axundov — Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik.
Əliağa Hüseynov — Azərbaycan Respublikası Milli Məclisin deputatı, ehtiyyatda olan general-leytenant.
Təbriz Xəlilbəyli— Milli qəhrəman (Xəlil Rza Ulutürkün oğlu)
Rafiq Manaflı 1988-ci ildə başlanan Xalq hərəkatının ilk öncüllərindən olub. AXC-nin təsisçilərindən. Hazırda VHP Ali Məclisinin sədri və İctimai Palatanın Koordinasiya Şurasının üzvüdür.
Namiq Hacıheydərli Şair. 1975-ci il sentyabrın 8-də Salyan rayonunun Varlı kəndində doğulub. 8 kitabın, 50-dən artıq elmi, publisistik və pedaqoji məqalənin müəllifidir. Hazırda Azərbaycan Yazıçılar Birliyinin Muğan Bölməsinin sədridir.
Mətləb Ağayev (Mətləb Ağa)- şair,hüquqşünas.Azərbaycan Yazıçılar Birliyinin üzvü.Prokuror.

İqtisadi xarakteristikası

Ağ balıq,nərə

Rayonun kənd təsərrüfatının əsasını pambıqçılıq, taxılçılıq, tərəvəzçilik və heyvandarlıq təşkil edir. Quru subtropik meyvəçilik, bostançılıq da mühüm kənd təsərrüfatı sahələridir. Salyan rayonunda plastik kütlə emalı, pambıqtəmizləmə və kərpic istehsalı zavodları fəaliyyət göstərir.

Vaxtilə rayonda böyük balıqçılıq təsərrüfatları olub. Hazırda isə respublikada realizə olunan balıq məmulatlarının böyük bir hissəsi Salyanın payına düşür. Salyan rayonu ərazisində, Kür çayından ovlanan ağ balıq və nərə qeyri-adi dada və ləzzətə malikdir. Ümumiyyətlə, mütəxəsislərin və qurmanların yekdil rəyinə görə Salyan rayonunda tutulan ağ balıq və nərə balığı dünyada ən dadlısı sayılır. Burada istehsal olunan qara kürü haqqında isə əfsanəyə çevrilmiş söhbətlər gəzməkdədir. Salyanda istehsal olunan qara kürü bütün dünyada ən baha satılan kürüdür.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

Rayonda "Qələbə" qəzeti fəaliyyət göstərir. (Təsisçilər-Salyan RİH və qəzetin jurnalist kollektivi)

Kür çayı

Köhnə su qülləsi (1943)

Ölkə əhəmiyyətli abidələr
I Babazanlı yaşayış yeri (e.ə. I minillik);
Marışlı yaşayış yeri (XI-XV əsrlər);
Marışlı nekropolu (e.ə II minillik);
Kürsəngi küp qəbirləri nekropolu (e.ə II–e. III əsrlər);
Kürsəngi küp qəbirləri nekropolu (e.ə II–e. III əsrlər);
Mahmudabad yaşayış yeri (I-III əsrlər);
Mahmudabad küp qəbirləri nekropolu (I-II əsrlər);
Noxudlu yaşayış yeri (e.ə II minillik).

Yerli əhəmiyyətli abidələr
Salyan yaşayış yeri;
II Babazanlı yaşayış yeri;
Qırxçıraq yaşayış yeri;
Yuxarı Xalac yaşayış yeri;
Əndovan yaşayış yeri;
Xurşud yaşayış yeri;
Xurşud nekropolu;
Arbatan yaşayış yeri;
Şorsulu nekropolu;
Bəydili yaşayış yeri;
Qarabağlı yaşayış yeri.

Mətbəx

Salyan təndiri

Salyan təndir çörəyi

Salyan mətbəxi öz koloritinə, zənginliyinə və dadına ğörə Azərbaycan kulinariyasında mühüm yerlərdən birini tutur. Salyanın yerləşdiyi coğrafi ərazi və isti iqlimi onun mətbəxinin formalaşmasında böyuk rol oynamışdır. Belə ki yay aylarının isti günlərində ən çox şor balıq və qatiğdan hazirlanmış ovduğ deyilən içkiyə ustünlük verilir. Salyan mətbəxinin əsasını balıq xörəkləri təşkil edir.Ana Kürun və Xəzərin bol balıq məhsulları Salyanın kulinariyasına inanılmaz dərəcədə təsir göstərmişdir. Çətin 2-ci elə yer tapmaq ola ki, orada balığı Salyandakı kimi dadlı və profesionallıqla bişirib hazırlasınlar. Azərbaycanın ən müxtəlif guşələrindən, əsl təndir balığını, nərə kababını, balıq buğlamasını, dolma balığını dadmaq üçün Salyana gəlirlər. Baliq xörəkləri ilə bərabər cücə çığırtması, pomidor çığırtması, narnumuru da xüsusi zövqlə hazırlanır. Salyan təndir çörəyi,Salyan nabatı, arağnanə(ovşala), külçə, da çox yerdə məhşurdur.


Tarix: 16.03.2013 / 17:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1038 Bölmə: Tariximiz ve rayonlarimiz
loading...